QATARIN İQTİSADİ TƏHLÜKƏSİZLİYİ ACİZ VƏZİYYƏTDƏDİR

    Kategori: İqtisadiyyat Tarih: 9-06-2017, 01:39
    Dövlət müstəqilliyinin, dövlətin daimiliyinin qarantı üçün iqtisadi təhlükəsizlik çox böyük önəm kəsb edir. Bu günlərdə buna Qatarın timsalında bir daha şahid oluruq.

    QATARIN  İQTİSADİ  TƏHLÜKƏSİZLİYİ ACİZ  VƏZİYYƏTDƏDİR


    Qatar indiyədək bu sahədə (iqtisadi təhlükəsizlik) heç bir iş və yaxud çox az iş gördüyündən indi adambaşına düşən ÜDM-in həcminə, insanların rifah səviyyəsinə və var-dövlətinə görə dünyanın ən qabaqcıl ölkələrindən biri olduğu halda ciddi ərzaq qıtlığı problemi ilə üz-üzədir. Ölkə bu uzun illər ərzində özünü ən zəruri istehlak şeyləri ilə minimum səviyyədə belə təmin edə biləcək sənayeyə yiyələnməyib. Qatar iqtisadiyyatı 1-2 istisna xaric, neft və qaz sənayesindən təşkil olunub. Ancaq Qatar, zamanında ölkə sənayesinin neft-qazdan ifrat asılılığını önləsəydi, istehsalını və ixracatını şaxələndirsəydi bu gün ən azı daxili tələbatlarının yarısını ödəməyə qadir olan iqtisadiyyata sahib olardı. Daha indiki kimi "boynubükük" şəkildə başqa ölkələrə ağız açmalı olmazdı.
    Qatarın iqtisadi təhlükəsizlik sahəsində zəifliyi, onu bu gün regionun siyasi konyukturasında baş verən ani dəyişiklərə və onun doğurduğu iqtisadi problemlərə tab gətirməkdə aciz qılır. Bu vəziyyət isə yuxarıda qeyd etdiyimiz kimi, ölkəni digər ölkələrə ağız açmağa məcbur edir ki, bu da öz növbəsində ölkənin başqa ölkələrin siyasi marağının icraçısına çevrilməyinə səbəb ola bilər. Deməli, müstəqil dövlət siyasətinin yürüdülməsinin başlıca şərtlərindən biri də yüksək iqtisadi təhlükəsizliyə nail olmaqdır.
    Qatarın bugünki vəziyyəti iqtisadiyyatı neftdən asılı olan, iqtisadi təhlükəsizliyi zəif təmin olunmuş digər dövlətlər üçün də örnək olmalıdır.

    Sakit Mahmudov

    YENİ NƏSİL MİLLİYYƏTÇİ HƏRƏKAT

    Üçüncü nəsil milliyyətçi hərəkat...

    KORPORATİZM

    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif düşüncələrini formalaşdırmış,...

    İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub

    Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra...

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....



© 2017 Milliyyətçi Hərəkat