Toplum və bilim

    Kategori: Bloq Tarih: 10-06-2017, 18:45
    Toplum və bilim


    Toplum və bilim

    İlk insan əkinçilik inqilabından öncə 20-30 il yaşaya bilirdi. Xarici faktorlar və qida tapa bilmək kimi səbəblər buna misaldır. Əkinçiliyin kəşfi və oturaq həyata keçmək müasir mədəniyyətin əsasını qoydu.
    14-15-ci əsrlərə qədər bir çox iş manual (əl əməyi ilə) şəkildə edilirdi. Kilsə və bilimin toqquşması sonucunda və digər sosial-politik olaylar Avropanı silkələdi. Bu təəssüf ki, İslam şərqində olmadı. Ardından gələn tarixi sürəc yeni dünya yaratdı.
    Buxar maşının kəşfi bəşəriyyəti tam fərqli məcraya apardı. Dünənə qədər yalnız insan və heyvan əzələsindəki ATP (adenozin trifosfat) enerjisi ilə iş görmək olurdusa, artıq ilk dəfə olaraq maddənin daxilindəki bağların enerjisini, yəni, Carbon-Carbon bağlarındakı enerjini mexaniki enerjiyə çevirmək oldu. Bu bəşər tarixində inqilab idi! Kapitalist sistemə mühərriklər öz polad ürəkləri ilə yeni həyat verdilər!
    Burnundan par püskürən paroxod və qatarlar atlardan daha güclü və daha uzun müddətli işləyirdi. At arabaları tarixə qovuşdu! Yeni dünya artıq əl əməyindən istifadə etmirdi. Çartistlər hərəkatını xatırlayanlar var?
    1870-ci illərdən sonra getdikcə insan əməyindən istifadə azalır, əvəzində mexanikləşdirmə prosesi gedirdi. Polad əllər sənayeyə güc qatırdı. Ox yayından çıxmışdı. Bunlar insansız əməyin ortaya çıxacağının ilkin əlamətləri idi.
    1897-ci ildə elektron alqısından 1911-ci il Rezerforda və daha sonra tranzistorlara qədər uzun bir yol gedildi. Yeni dünya yenə də silkələndi - atom bölünmüşdü, Nyuton yasaları atomaltı dünyada işləmədi və yarımkeçiricilərlə kompyuterler yaratmışdılar.
    Orada uzaqlarda bir yerdə Ceyms Fon Braon Fau ilk ballistik roket hazırlayırdı.
    Sialkovskiyə tələbəsi Korolyev (1961-ci ildə ilk kosmik raketin konstruktoru) qulaq asırdı. Dünya durmadan hərəkət edirdi.
    Eneriko Ferme atom bombasını işə salacaq, Kruçatov SSRİ-dən ona deyterium və tritiumu (hidrogenin izotopları) birləşdirib Hidrogen bombası ilə cavab verəcəkdi.
    Orada günəşin batdığı yerdə "GÜNƏŞ" doğulurdu. Gedilməz yerlərə "Apollon 11" gedə bildi. Min illər boyu Aya həsrətlə baxanlar onu fəth etmişdi. Neokorteks (beyinin ən ali hissəsi) fibrinlərə (əzələ liflərinə) qalib gəlirdi.
    Homosapiens yerə sığmırdı! Yer üzündəki bu primat genetik olaraq daima nəsə axtarır. Böyük sürətləndiricilərlə kvarkları tapırdı.
    1933-cü ildə elektron mikroskopu ilə Anton Van Levenhukdan daha detallı görəcəkdi.
    Dünyaya hökm edəcək Sapiens qərbdə çabalıyarkən şərqdə biz nə edirdik? 1950-ci illərdə DNT-nin quruluş daşları öyrənildi. Bu "Human genom" proyektinin yaranması və nəhayət, Colinsin "biz onu oxuya bilirik" deməsi ilə bitəcəkdi. İnsan genomunun kodları atomun parçalanması, kosmosa qalxa bilmək, elektrik kəşfi kimi nəhəng idi. Səhnədə nəhənglərin sinapslarındakı (sinir hüceyrələrinin bağlandığı bilgi mübadiləsi edilən yer) bilim mübarizəsi gedirdi və biz yenə yox idik. (ardı var.)

    Türkcəmizdə bilgiləndirdi:
    Fərid Əhmədov

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    KORPORATİZM

    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif düşüncələrini formalaşdırmış,...



© 2017 Milliyyətçi Hərəkat