NADİR ŞAHIN OĞURLANMIŞ QURD BAŞLI QILINCI

    Kategori: Araşdırma Tarih: 13-06-2017, 11:44
    Xəncərin hər iki tərəfində özünün tarixi yazılıb. Naməlum dəmirçi tərəfindən xəncərin sol üzünə həkk olunan yazıda deyilir: “Bu xəncər 473-cü ildə (Hicri tarixi ilə) Lahorda hazırlanıb.

    NADİR  ŞAHIN  OĞURLANMIŞ  QURD  BAŞLI  QILINCI


    Bu xəncəri Kainatın qalibi – Teymur Sultan Məhəmməd-Şah Nəsirəddinin 801-ci (Hicri tarixi) ildə Qucarata qaçdıqdan sonra saxladığı digər əşyalarla birgə qənimət kimi ələ keçirib və onu qurşaqlayaraq İran ölkəsinə qayıdıb”.
    Xəncərin sağında isə “... Nadir şah bu xəncəri qənimət kimi Deli şəhərində Qurxan hökmdarlarından olan Cahan şahın oğlu Məhəmməd şahın bacısı Rəvşanın xəzinəsindən götürüb və 1152-ci (Hicri tarixi ilə) qurşağına bağlayıb.

    NADİR  ŞAHIN  OĞURLANMIŞ  QURD  BAŞLI  QILINCI


    Bu gözəl Qurd başlı xəncər Dehli sultanları üçün bu günkü Pakistanın Lahor şəhərində döyülüb. 1398-ci ildə Əmir Teymur Hindistan səfərində Dehli şəhəri qarşısında sultan Mahmud Şahı məğlubiyyətə uğradıb. Sultanın qaçarkən itirdiyi bu xəncəri Teymur özünə qənimət götürüb.
    Xəncər Teymurun əlində Osmanlıdan tutmuş Çin torpaqlarınadək gəzmişdir. Əmir Teymurun ölümündən sonra hakimiyyət davasında öz nəticəsi Babur şah ona sadiq qoşunları və Teymurun xəncərini götürərək Orta Asiyadan çıxır.
    Şah İsmayıl Xətainin dəstəyi ilə onun bütün düşmənləri məhv edilir və Babur yenidən Özbəkistana qayıdır. İsmayılın Çaldıranda məğlubiyyətindən sonra Baburun qarşısında hakimiyyət daxilində yenidən düşmənlər peyda olur. Səbəb isə İsmayılın qonşusuna kömək eləmək iqtidarında olmaması olur.

    NADİR  ŞAHIN  OĞURLANMIŞ  QURD  BAŞLI  QILINCI


    Səmərqənddə möhkəmlənə bilməyən Babur cənuba irəliləyərək 1518-ci ildə Cənubi Əfqanıstana, ordan isə Hindistana - Dehli sultanı İbrahim Ludinin üzərinə yeriyir. 21 aprel 1526-cı ildə Panipat döyüşündə Babur qələbə çalaraq özünü Hindistanın şahı elan edir. Beləliklə Böyük Moğol İmperiyasının əsası qoyulur. Xəncər yenə Hindistana qayıdır.
    Atadan oğula keçən xəncər Hindistan sultanı Məhəmməd şaha çatır. Onun dönəmində isə - 1739-cu ildə Dehli qapılarını Nadir şah Əfşar kəsir. Nadir şahın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı əfqanlara qarşı Hindistan sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. Əfşariyənin möhkəmləndirilməsi üçün ciddi narahatçılıq mənbəyi olan əfqan qiyamçılarının əsas qüvvələrinin birdəfəlik susdurulması Nadir şahın məqsədlərindən biri idi. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Məhəmməd Şah Nadirin göndərdiyi elçinin qayıtmasına icazə vermir. Bundan qəzəblənən Nadir şah Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlir. 1739-cu ilin 24 fevralında Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şahın 300 minlik ordusu Nadirin 160 minlik ordusu ilə üz üzə gəlir. 6 saat davam edən döyüşdə böyük itkilərlə Moğollar məğlub olur.

    NADİR  ŞAHIN  OĞURLANMIŞ  QURD  BAŞLI  QILINCI


    Məhəmməd şah da türksoylu sülalədən olan bir şah idi. Ona görə Nadir şah onun şahlığını əlindən almadı, bu mərhəmət müqabilində isə 75 milyon kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə bəzi ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması imzalandı. Hədiyyə kimi Nadir sultandan döyüşdə əlində gördüyü xəncəri xahiş etdi. Zülfüqar qılıncın yeni sahibi artıq Nadir şah idi. Bu xəncərlə Nadir əfqanlar, osmanlılar, ruslar, Türküstan üzərində yüzlərlə qələbə çaldı.
    Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azı uğursuz olsa da heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərini məğlub etmişdir. 1741-ci il sentyabr ayının 12-də Nadir şah avar dəstələrinin zərərsizləşdirilməsi üçün Dağıstana doğru hərəkətə başlayır. Lakin havanın soyuqlaşması, dağların qarla örtülməsi Nadir şahı geri dönməyə və Dərbənd ətrafında düşərgə salmağa məcbur edir. O, Dağıstan səfəri zamanı sevimli xəncərini itirir bunun üçün qoşununu dağlara salıb günlərlə axtartdırır. Xəncər isə Dağıstanda məşhur olan Çubanovlar ailəsi (avar) tərəfindən tapılıb fəxrlə 200 il saxlanılır. 1936-cı ildə xəncər 300 rubla Dağıstan muzeyinə satılır.
    90-cı illərdə Nadir şahın Avropada yaşayan nəslindən bir nəfər Dağıstanın KQB agenti ilə razılaşır. 1 milyon dollar qarşılığında qaçırılmağı istənilir. Hətta Maxaçkala hava limanına təyyarə belə göndərilir bir şərtlə ki, xəncər göyərtədə olduğu zaman pul veriləcək. Muzeyə daxil olan oğru Stepanov köməkçiləri ilə iki mühafizəçi öldürərək xəncəri və bir neçə başqa qiymətli əşyanı oğurlayıb qaçmağa müvəffəq olurlar. Dağ yollarında qaçdıqları zaman yerli dağıstanlılar tərəfindən tutulub döyülürlər. Oğrunun biri elə yerində döyülməkdən keçinir (onun özü elə həmən kənddən imiş).

    NADİR  ŞAHIN  OĞURLANMIŞ  QURD  BAŞLI  QILINCI


    Xəncər bu günə qədər Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydə qorunurdu. 11.06.2017-ci il tarixində naməlum şəxslər tərəfindən oğurlanıb. Qiyməti “qara bazar”da 2 milyon dollarla dəyərləndirilən qılıncdan başqa 90-dan çox eksponat oğurlanıb. DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir.


    Orxan Vəliyev

    Cümhuriyyəti satan adam: Çingiz İldırımın xəyanəti və qəribə aqibəti - TARİXİ ARAŞDIRMA

    O, imkan düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin əlinə keçən bolşevikləri azad etdirirdi....

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır....



© 2017 Milliyyətçi Hərəkat