QANLI ÇƏRŞƏNBƏLƏR

    Kategori: Araşdırma Tarih: 23-06-2017, 02:15
    Təsadüflər həqiqətən varmı, yoxsa hadisələrə məcburiyyət qarşısında qalaraqmı istəmədən təsadüf deyirik ?!
    Mənim düşüncəmə görə ölkə səviyyəsində olan heç bir şey təsadüfən deyil və hər zaman bir-biri ilə əlaqəlidir.

     QANLI  ÇƏRŞƏNBƏLƏR


    Bu düşüncəyə əsaslanaraq Türkiyədə baş verən sui-qəsd və faili məchul cinayətləri qısa olaraq araşdırdım. Kənardan baxıldığı zaman hər biri ayrı yerlərdə, fərqli tarixlərdə olan hadisələrdir. Yalnız diqqətlə araşdırdıqda görəcəyik ki, bir çoxu 'Çərşənbə' günü baş tutmuşdur.

    Böyük Birlik Partiyası lideri Muhsin Yazıcıoğlunun vertolyotunun Kahramanmaraşa bağlı Göksun mahalında şübhəli şəkildə düşməsinin zamanı diqqətimi çəkdi. Yazıcıoğlu və bərabərindəki qrupun keçirdiyi qəzanın Çərşənbə gününə təsadüf etməsi ağlımda sual işarəsi meydana gətirdi. Ölkə gündəminə bir anda oturan, milyonların reaksiyasını çəkən çox sayda sui-qəsd və faili məchul cinayətin Çərşənbə günü reallaşdırılmış olması diqqətimdən qaçmadı.
    Sirri heç bir cür aydın ola bilməyən "Çərşənbə".
    Türkiyədə səs gətirən bir çox sui-qəsd və sui-qəsd cəhdi Çərşənbə günü reallaşdırıldı.

    Hiram Abbas, Muammer Aksoy, Qaffar Okan, Nəcib Hablemitoğlu, Eşref Bitlis ...
    Hamısı da Çərşənbə günü öldürüldü və ya əsrarəngiz bir qəzaya qurban getdi.
    Mütəxəssislər, bu ortaq nöqtənin yəni Çərşənbənin sirrini heç bir cür həll edə bilmədi.
    Bu bir təsadüf idimi? Yoxsa şüurlu bir seçim mi? Ya da bir imza mı?
    Elə ki, Çərşənbə sirri Respublikanın ilk illərinə qədər uzanır. Son anda ortaya çıxardılaraq maneə törədilən Atatürkə sui-qəsd cəhdi də yenə bir Çərşənbə günü 16 İyun 1926-cı ildə gərçəkləşdirildi.
    "Ergenekon istintaqı ilə yenidən gündəmə gələn Danıştay hücumu, Respublika qəzetinin bombalanması da yenə Çərşənbə gününə təsadüf etdi.
    Buyurun, çərşənbə günlərinə bərabər gələn əhəmiyyətli sui-qəsd və qanlı hücumlar:

    26 Sentyabr 1990-cı il Çərşənbə. MİT köhnə məsləhətçi müavini Hiram Abas, İstanbulda "çarpaz atəşə məruz qalaraq" öldürüldü.

    31 Yanvar 1990-cı il Çərşənbə. Jurnalist Muammer Aksoy evinin az irəlisində yenə "çarpaz atəşə tutularaq" öldürüldü.

    30 Yanvar 1991-ci il Çərşənbə. Jandarma Asayiş Birlikləri Kolordusunun komandiri təqaüdçü General Hulusi Sayın təşkil edilən sui-qəsd nəticəsində öldürüldü.

    29 İyul 1992-ci il Çərşənbə. Jurnalist Çetin Ababay Batmanda başına açılan atəş nəticəsində öldürüldü.

    17 Fevral 1993-cü il Çərşənbə. Jandarma Ümumi Komandiri General Eşref Bitlisin olduğu hərbi təyyarə Ankara Güvercinlik üssündən qalxdıqdan dərhal sonra düşdü. Bitlis ilə yanındakı üç zabit və bir astsubay həyatını itirdi.

    3 Sentyabr 1997-ci il Çərşənbə. Jurnalist Ayşe Sağlam öldürüldü

    24 Yanvar 2001-ci il Çərşənbə. Diyarbakır Təhlükəsizlik Müdiri Gaffar Okka, 4 qoruması və sürücüsü ilə birlikdə "çarpaz atəş" nəticəsində öldürüldü.

    18 Dekabr 2002-ci il Çərşənbə. Dr. Nəcib Hablemitoğlu evinin qarşısında başına atəş edilməsi nəticəsində öldürüldü.

    10 May 2006-cı il Çərşənbə. Respublika qəzetinin Şişlidə olan mərkəz binasına əl bombaları ilə hücum təşkil edildi.

    17 May 2006-cı il Çərşənbə. Danıştaya təşkil edilən hücum da Dövlət Şurasının İkinci Dairə üzvü Mustafa Yücel Özbilgin həyatını itirərkən 4 üzv yaralanıb.

    18 Aprel 2007-ci il Çərşənbə. Malatyadakı Ton Yayıncılıkda meydana gələn qırğında, Necati Aydın, Uğur Yüksel və Alman vətəndaşı Tilman Ekkehard Geske öldürüldü.

    25 Aprel 2007-ci il Çərşənbə. YÖK hücum cəhdində oldu. YÖK Başçısı Prof. Dr. Ərdoğan Teziçə silahlı hücumda olmaq istəyən Nurullah İlgin tutuldu.

    25 Mart 2009-cu il Çərşənbə BBP lideri Muhsin Yazıcıoğlunun vertolyotunun Kahramanmaraşa bağlı Göksun mahalında şübhəli şəkildə düşməsi.

    4 May 2011-ci il Çərşənbə Ərdoğana qarşı sui-qəsd cəhdi.


    Təbii ki, bunlar Çərşənbə gününün bir əlaməti olması demək deyil, sadəcə şəxsən hadisələrin təsadüfi olması inandırıcı gəlmir. Çərşənbə gününün bəlkə də bir xüsusiyyəti vardır, bəlkə də yalnız təsadüfən həyata keçirilir, amma bu qədər də təsadüf yaxşı deyil.



    Mərdan Orucoğlu.
    Milliyyətçi Gənclər Təşkilatı Türkiyə Gənəl Başqanı.

    MİLLİ BİRLİK günü şanlı tariximizdir

    Bu gün Milliyyətçi Gənclər Təşkilatı olaraq "6 Aprel - Milli Birlik" gününü qeyd etmək...

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır....



© 2017 Milliyyətçi Hərəkat