DİLİN ELMİ GÜCÜ İNFORMATİVLİYİNDƏDİR

    Kategori: Bloq Tarih: 29-06-2017, 18:15
    Dil insanı heyvanlardan fərqləndirən və şüurun ən əsas alətidir. Dilin ortaya necə çıxdığını hələ heç kim izah edə bilmir. Məhz dilin sayəsində Homosapienslər Neadertallara qalib gələ bildi və bu günkü mədəniyyəti yarada bildi.

    DİLİN   ELMİ   GÜCÜ   İNFORMATİVLİYİNDƏDİR


    21-ci əsr informasiya əsridir. Informasiyanın nə olduğunu anlamaq üçün sadəcə əlimizdəki informasiya texnologiyalarına və onların inkişafı ilə bərabər, həyatımızın necə dəyişdiyinə baxaraq fikir söyləmək olar. Insan beyni ətrafdan informasiyanı alır və onu analiz-sintez edərək, yeni bilgi ürətib digər tərəfə ötürür. Modern dünyada insana ən çox informasiya kitablardan, bilgisayardan, youtube-dən və sairədən gəlir və bunun 90 %-ni sözlə , dillə gəlir. Belə olan təqdirdə dilimizin önəmini bir daha düşünməliyik.

    Hər bir toplumun inkişafı o dildə nə qədər çox bilimsəl, maariflendirici material çoxdursa, o qədər sürətlə və daha rahat gedir. Heç təsadüfi deyil ki, latınlar " non ist medicine sins latincum " latıncasız tibb yoxdur deyirdilər. Zira Roma böyük imperiya idi, dövlət dili latınca idi və bütün tibbə , astronomiyaya dair bilgiləri o dildə yazırdılar. Təəsüf ki, bizim imperiyalarımızda belə gələnəklər olmayıb. Dilimiz bu və ya digər səbəblərdən informasiya daşıyıcılarına bilgi verə bilmir. Latınlar dillərində bütün bilgiləri saxlayır və yazılı akademik dilin də əsasını yaradırdılar. " Verba vollent scripto monnet " söz uçar, yazı qalar prinsipi ilə fəaliyyət göstərib öz dillərini demək olar ki, özlərindən sonra da Bilim dili edə biliblər, hətta Avropada Nation dövlətlər yaranana qədər bu belə olub.

    Biz İslam dinini qəbul etdikdən sonra və ərəb xilafətinin apardığı siyasətə uyğun olaraq ərəb dilində yazdıq. Türk dili yalnız orduda özünü saxladı. Təbii olaraq dilimizə uymayan ərəb əlifbası və ərəb dilindəki elmi əsərləri toplum kütləvi olaraq öyrənə bilmirdi. Avropada 1660-lar sonrası ingilis dilində elmi əsərlərin yazılması, toplumun dil barieri olmadan bir başa bilimə çata bilməsini təmin elədi. Nəticədə toplumu aydınlatma baş verdi. Təəsüf ki , bizdə bu olmadı... Toplumun çoxluğuna aid olan dildə elmi əsərlər yazılmadı.

    Çarlıq Rusiyası da bu siyasəti davam etdirdi... Nəticədə toplumun bilimə kütləvi çıxışı olmadı və aydınlanma getmədi. Dilimiz Bilimsəl olaraq kullanılmadı və bu səbəbdən axsadı. Bu dil 50 milyonun anlaya biləcəyi dildir. Əgər güneyimizdə demokratiya olarsa, Bakıda çap olunan istənilən əsərin 8 milyon yox, 35-40 milyonluq bazarı olar. Yəni yazarlar da bundan yararlanar ... .. həm də kitab çapı dilimizə daha ucuza başa gələr. Nəticədə bu sahəyə kapital qoyular ... Bu eyni zamanda bizim dildə Reklamların da yolunu açar ki, bu reklam şirkətləri bu bazarda Azərbaycan reklam şirkətlərinə də xeyirli olar .

    ( ardı olacaq )



    Farid Axmedov



© 2017 Milliyyətçi Hərəkat