Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Kategori: Siyasət Tarih: 16-03-2017, 14:54
    "Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq".

    Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki,

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər


    "Bu şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına 2007-2009-cu illərdə aktiv mərhələdə vacib rol oynayıb. Sonra bu normallaşma prosesi dayandı. Lakin tərəflərin razılığa gəlmək, ciddi və məsuliyyətli qərar qəbul etmək bacarığı nümayiş etdirmələri vacibdir. Əminik ki, Ermənistan və Türkiyə mövcud problemləri həll etməyə qadirdir. Bununla yanaşı çox şey onların özlərindən asılıdır. Belə ki, siyasətçilərin keyfiyyəti təkcə onların obyektiv çətinlikləri real analiz etmələri ilə deyil, həm də optimist olmaları və öz vətəndaşlarının istəklərini reallaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq".

    Xatırladaq ki, Türkiyə Qarabağın qaytarılmayacağı tədqirdə sərhədlərin açılmayacağını bildirmişdir.


    Mənbə : APA

    Donbas separatçıları Rusiyaya daş kömürü ixrac etməyə başlayıblar

    Ukraynanın şimalındakı qondarma “Donetsk Xalq Respublikası” separatçı rejimi Rusiyaya daş kömürü ixrac etməyə başlayıblar....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...



© 2017 Milliyyətçi Hərəkat