Vətəndaşların hüquqları pozulur

    Kategori: Sosial Tarih: 23-07-2017, 02:12
    Azərbaycan !
    Bu adın hər birimiz üçün nəyi ifadə etdiyini anlamaqda çətinlik çəkmərik yəqin. Ad ümumiyyətlə hər bir şeyin ifadə etdiyi mənanı, öz xarakterik xüsusiyyəti ilə təyin etməkdədir. Bizim üçün doğma diyar, dünyada isə əbədi ünvanımızdır.

    Vətəndaşların hüquqları pozulur


    Bu adın bizlər üçün nəyi ifadə etdiyini özümüzdən başqa heç kimsə təyin edə bilməyəcək. Bəs belə bir sual yaranır : Azərbaycan deyəndə dünyada ilk nə ilə yadaşlara gəlməkdəyik ?
    Məsələn bu yaxınlarda Rusiya saytlarının birində Bakı "rahat sexs" ölkələri sırasında çəkilirdi ! Maraqlıdır, turizmin inkişaf etdiyi bir dövrdə, dünya ölkələri bu baxımdan yarışlara girərək daha sərfəli və daha maraqlı təkliflər təyin etdiyi bir vaxtda Bakı, paytaxtımız, dünyada ən çox tanınan şəhərimiz "rahat sexs" şəhəri kimi ön sıralarda məhşurlaşsın !

    Bu barədə ötən günlərdə sosial şəbəkələrdə və mətbuatda paytaxtın mərkəzi yerlərinin artmaqda olan əxlaqsız qadınların mərkəzinə çevrildiyi barədə yazılar dərc olunmaqdadır. Hətta bildirilirdi ki, "ötən il Azərbaycanın dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2015-ci ildə hüquq-mühafizə orqanları qədim peşə sahibləri olan 387 nəfəri saxlayıb və cərimələyib. Bu ilin sonunda yüngül əxlaqlı qadınlardan dövlət büdcəsinə daxil olan gəlirlərin bir qədər artacağı proqnozlaşdırılır. Çünki 2015-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 524-cü maddəyə əsasən, cərimələr 40-80 manatdan 100 manata qədər artırılıb."
    Digər bir xəbərdə isə bildirilir ki, "Bakıda fəaliyyət göstərən taksi sürücüsünün sözlərinə görə, şəhərə ərəb ölkələrindən turistlər axmağa başlayandan sonra, qədim peşə sahibləri meyllərini onlara salmağa başlayıblar. Çünki onlar kifayət qədər əliaçıqdırlar. Özəl daşıma xidmətinin sürücüsü belə, tanışlıq üçün əlverişli olan bir sıra istirahət yeri və klubları tanıyır. O, tez-tez həmin yerlərə xariciləri daşıyır və hətta ərəb dilini öyrənməyə cəhd göstərir. Qeyd edək ki, praktiki olaraq ölkədə hər cür fəaliyyət növü vergiyə cəlb olunur."

    Bütün bu prosesin ancaq biznes tərəfini düşünənlər bəs, kriminal tərəflərini də düşünürmü görəsən ?!
    Şəhərin mərkəzi turistlərlə dolub daşır, iqtisadi dövriyyə inkişaf edir. Ancaq nəzarətsiz qalan məqamlar göz önündədir. Bu halın toplum üçün mənfi təsirləri gözardı edilməkdədir. Hüquq mühafizə orqanları əxlaqsız qadınlara qarşı reyd keçirməsinə baxmayaraq, onlar mərkəzi küçələrdə rahatlıqla öz müştərilərini axtarmaqdadırlar. Vəziyyət o dərəcəyə gəlib çatıb ki, dünyəvi sekulyar olan ölkəmizin insanlarına narahatlıqlar verməkdədir. Ərəb turistlər görkəmi baxımlı olan hər bir qadına yaxınlaşaraq narahat etməkdədirlər. Hətta ailəvi şəhərin mərkəzi küçələrində hərəkət edən insanlara da pis münasibətləri ilə diqqət çəkirlər. Bir neçə belə hal artıq baş verməkdədir.

    Vətəndaşların hüquqları pozulur


    Bütün bu narahatçılıqlar barədə faktor.az saytında Milli Məclisin deputatlarının "maraqlı" mövqeyi barədə yazılmışdır :

    "Bu vəsaitlər ümumdünya iqtisadi böhranının baş verdiyi bu çətin dövrlərdə dövlət büdcəsini doldurmaq üçün bir vasitədir. Belə olan təqdirdə ortaya bir sual çıxır: Ölkədə heç də az pul qazanılmayan fahişəlik leqallaşdırılmayacaqmı? Yeri gəlmişkən, məhz belə bir təkliflə bir neçə il əvvəl Milli Məclisdə deputat Siyavuş Novruzov çıxış etmişdi. O bildirmişdi ki, fahişəliyin leqallaşdırılması bir çox problemlərin qarşısını ala bilər: “Bir sıra Avropa ölkələri bu problemin həll yolunu tapıb və Azərbaycan da onların təcrübəsindən bəhrələnə bilər”.
    Onun sözünə qüvvət olaraq bildirək ki, fahişəlik bütün dünyada peşə növlərindən biri kimi tanınıb. Artıq 20-ci əsrin sonlarında o,Niderland, Almaniya, Avstriya, İsveçrə, Yunanıstan, Macarıstan, Latviya, hətta Azərbaycanın tez-tez nümunə götürdüyü qonşuTürkiyədə leqallaşdırılıb. Bununla yanaşı, internet araşdırmalarına əsasən, qeyd edək ki, İspaniya və Çexiya hökumətləri fahişəliyə kifayət qədər dözümlü yanaşır.
    Fahişəliyin leqallaşdırılması ideyası kifayət qədər cəlbedici görünə bilər, lakin burada da bir neçə problem var. Misal üçün, bunun parlaq əleyhdarları var. İslam dininə sitayiş edənlər və yaşlı insanlar arasında fahişəliyin leqallaşdırılmasına qarşı ciddi müqavimət var. Və mentalitet yeniliyə müqavimət göstərə bilər. “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bu məsələ heç vaxt parlamentdə qaldırılmayacaq, çünki mövcud qanunvericilik və hökumətin insan alveri ilə mübarizəyə dair fəaliyyəti ilə ziddiyyət təşkil edir: “Leqallaşdırma o deməkdir ki, biz heç vaxt vəziyyətdən çıxış yolu tapa bilməyəcəyik. Leqallaşdırma o deməkdir ki, biz büdcəni süni şəkildə risk qrupunda olan insanların hesabına doldurmaq istəyirik. Bu, insan hüquqlarına, eləcə də qadın hüquqlarına ziddir. Siz əvvəl soruşun görək, seksdən pul qazananların özləri leqallaşdırmanı istəyirlərmi?”.
    Zeynalova əmindir ki, hətta leqallaşdırılacağı təqdirdə belə, qadınlar adlarının “seks işçiləri” siyahısına yazılmasına və sosial sığorta kartında fəaliyyət növünün bu cür göstərilməsinə razı olmayacaqlar: “Heç kəs zəmanət verə bilməz ki, leqallaşdırma qadın hüquqlarının müdafiəsini təmin edəcək”.
    Bununla belə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, hazırki mərhələdə Azərbaycanda fahişəliyin leqallaşdırılmasına zərurət yoxdur. Digər deputat Zahid Oruc isə, ümumiyyətlə bu sualı cavablandırmaqdan imtina edib. Deputat Hadı Rəcəbli isə sualımızı eşitmək belə, istəməyib. Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, fahişəliyin leqallaşdırılması iqtisadiyyatın digər bir sahəsinin, hökumətin xüsusilə diqqət ayırdığı turizmin çiçəklənməsinə səbəb olacaq. Yeri gəlmişkən, Türkiyənin özündə fahişəliyin rəsmiləşdirilməsindən sonra turizm bazarında canlanma baş verib. Amma Azərbaycan qardaş ölkənin təcrübəsindən istifadə etməyə hazırdırmı? Bu sual hələlik açıq qalır."

    Diqqət edirsinizsə ölkədə biznes maraqlarından başqa, cəmiyyətimizə verdiyi fəsadlardan söhbət belə getmir. Ümumiyyətlə bu vəziyyətin məsuliyyəti belə dərk edilmir . Hətta bu tipli mövqeləri ilə insanların hüquqlarının pozulduğu belə dilə gətirilmir. Vətəndaşların öz ölkəsində istirahət hüquqlarının pozulamasına nə ad vermək olar ? Xəbərlərdə dərc olunan faktlar sadalananlardır. Baş verə biləcək kriminal hadisələr necə ? Hər bir vətəndaşın azadlığı ilk növbədə ailəsinin maddi və mənəvi tələblərindən başlayır. İstənilən mövqedə çalışan hər hansı bir vətəndaş əgər öz ailəsi ilə birlikdə kriminal vəziyyətə təhrik olunursa, bunun fəsadlarının məsuliyyətini toplumun üzərinə yükləmək asandır! Baş verəcək problemlər isə hər hansı bir vətəndaşın həyatı ilə oynamaq deməkdir.


    Milliyyet.org

    Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda

    Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...



© 2017 Milliyyətçi Hərəkat