Milliyyətçi Gənclər Təşkilatının Bəyanatı

    Kategori: Milliyyətçi Hərəkat / Aktual Tarih: 1-08-2017, 23:01
    Milliyyətçi Gənclər Təşkilatının Bəyanatı

    Bəyanat


    30 İyul tarixində Gəncə şəhərində Milliyyətçi Gənclər Təşkilatının Gəncə özəyinin üzvlərinin, Mingəçevir özəyindən və İdarə Heyətindən nümayəndələrin iştirakı ilə görüş keçirilmişdir. Görüş məkanından çıxarkən İdarə Heyəti Sədri Müşviq Vəliyev, Təşkilati Şöbə üzrə İdarə Heyəti üzvü İskəndər Osmanlı, Gəncə özəyi Başqanı Məcid Türksoy (Abbasov) və Mingəçevir özəyi Başqanı Elçin Məhərrəmli mülkigeyimlilər tərəfindən həbs edildilər.
    Hansı idarə tərəfindən hara aparıldığı bəlli olmayan üzvlərimizdən 24 saat boyunca tək bir xəbər ala bilmədik.
    Gəncə şəhər Baş Polis İdarəsi, Kəpəz Rayon Polisi etdiyimiz müraciətlər zamanı bu haqda bir informasiyalarının olmadığını dedilər. 102 xidmətinə də axtarış üçün dəfələrlə məlumat verilmişdi. Yalnız hadisədən 24 saat sonra üzvlərimizin Kəpəz Rayon Məhkəməsinə çıxarılacağı bəlli oldu. Polisə müqavimət ittihamı ilə Müşviq Vəliyev, İskəndər Osmanlı və Məcid Abbasov 25, Elçin Məhərrəmli isə 30 gün müddətinə həbs edilərək Gəncə şəhər təcridxanasına göndərildilər. Hazırda həbsdəki üzvlərimizin durumları ilə bağlı hər məsələ MGT İdarə Heyəti və ailələri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır, vəziyyətləri yaxşıdır.
    Dəstək göstərən hər bir kəsə təşəkkürümüzü bildiririk, hadisə ilə bağlı yeniliklər olduqca işıqlandırmağa davam edəcəyik.
    Hazırda bizlər üçün əsas önəmli məqam, üzvlərimiz Elçin Məhərrəmli, Məcid Abbasov, İskəndər Osmanlı və bu gün doğum günü olan Müşviq Vəliyevin tezliklə aramıza qayıtmasıdır.

    01.08.2017
    Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyəti
    Milliyyətçi Hərəkat

    MGT Türkiyə Genel Mərkəzinin bir sıra tədbirləri keçirilib

    MGT Türkiyə Genel Merkezinin bir sıra tədbirləri keçirilmişdir....

    MGT Türkiyənin Samsun özəyi Novruz şənliklərində iştirak etmişdir

    Milliyyətçi Gənclər Təşkilatının Samsun şəhər təmsilçiliyi ( MGT-Samsun )...

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...



© 2017 Milliyyətçi Hərəkat