QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA, SABAH DÖYÜŞ !!!!

    Kategori: Bloq Tarih: 25-08-2017, 01:39
    Qarabağ , bizim qanıyan yaramız, eynən Təbriz kimi, Kərkük kimi heç bir zaman unutmadığımız və həsrətlə qovuşacağımız günü gözlədiyimiz vətən torpağımızdır. Sizlərə də məlum olduğu kimi çox oldu biz Qarabağ ismini qəlb ağrısı ilə yad edirdik. Hardasa 30 ilə yaxındır ki, ürəkdən , sevinərək biz Qarabağımızı yad edə bilmirdik .

    QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA, SABAH DÖYÜŞ !!!!


    Amma zaman keçdi və biz Avropada Danimarkanın paytaxtında Qarabağ futbol takımımızın-komandamızın qələbəsi ilə sevinərək " Qarabağ bizimdir" deyə sevinc hislərimizi dilə gətirə bildik. Bu bizim çoxdan gözlədiyimiz qələbə idi. Unutmayın , bu təkcə bir futbol komandasının qələbəsi deyil, bizim qürurumuzu yenidən yüksəldən , hər bir Azərbaycanlı Oğuz Türkünün dinməyən acısını azacıqda olsa dindirən bir qələbə idi. Bunu takımımızın baş məşqçisi Qurban Qurbanovun da hisslərini toplamağa çalışsada axan gözyaşlarından hiss etmək çətin deyil. Baş məşqçimizə və Qarabağın bütün kollektivinə Azərbaycan Türkləri adından təşəkkür edirik.


    Vətəndə olan və qürbətdə olan hər kəs dünən eyni uğura sevinirdi, bütün Azərbaycan Türkləri eyni sevinci yaşayırdı. Əllərdə üç rəngli Azərbaycan Türk bayrağı və qəblərdə sevinc hissi ilə bu uğuru, qələbəni qutlayırdı. Türkiyədəki türklərdə eyni dərəcədə sevinir və bizi görən hər kəs bu sözləri deyirdi " Qarabağ Türkündür, Türkün qalacaq!" . Həqiqətən çox qürurlandıq və ümidimiz daha da artdı. Artıq Avropa və erməni sevərlərin hər biri Azərbaycan , Qarabağ ,Türk isimlərini hər daim yanaşı eşitməyə alışsa yaxşı olar. Biz küllərimizdən yenidən doğuruq! Bu qələbəni bu gün futbol meydanında qazandıq. Qələbənin dadı bir kərə alındımı insanda alışqanlıq yaradar. Necə ki, erməni quldurlarından qurtardığımız Cocuq Mərcanlıda bu duyqunu yaşadıq. Sonrada Avropada başımızı Qarabağımız ucaltdı. Bu gün futbol meydanında qazanılan qələbə sabah döyüş meydanında qazanılacaq İNŞALLAH. Biz buna inanırıq. Sabahı ümidlə gözləyirik və Türkün şanlı gücünü düşmana göstərəcəyik. Türkün şanlı bayrağını Qarabağımıza asacağımız gün üçün dualar edirik. Nə Mutlu Türküm Deyənə!



    P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

    AYNUR TALIBLI
    TARİX və MƏDƏNİYYƏT ARAŞDIRMACISI . İSTANBUL 2017.

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    “Qarabağ” avrokuboklara vəsiqəni rəsmiləşdirib

    Apasport.az saytının məlumatına görə, çempionatın sonuna 6 tur qalsa da, ilk “üçlük”dəki komandalardan biri yerini təmin edib....



© 2017 Milliyyətçi Hərəkat