Azərbaycan Milliyyətçi Hərəkatının Bəyanatı

    Kategori: Milliyyətçi Hərəkat / Siyasət / Aktual Tarih: 24-09-2017, 00:25
    Azərbaycan Milliyyətçi Hərəkatının Bəyanatı


    25 Sentyabr tarixində Şimali İraq Muxtar Vilayəti və həmçinin, İraqın digər mübahisəli ərazilərində keçirilməsi planlaşdırılan müstəqillik referendumu İraq parlamentinin və Konstitusiya məhkəməsinin qərarlarına ziddir. Referendumu keçirməklə qanun pozuntusuna yol verəcək Bərzani höküməti bu referendumla hüquqi olaraq kürd muxtariyyətinə daxil olmayan, özəlliklə etnik türkman bölgələri kimi mübahisəli əraziləri də özünə birləşdirərək müstəqil Kürdüstan qurmaq istəyindədir.
    İndiki dövrdə 1990-cı illərdə erməni terrorçularının Azərbaycanın tərkib hissəsi olan Qarabağda törətdiklərinin eynisinin Türkmanelində təkrarlanması təhlükəsi var. Azərbaycan Milliyyətçi Hərəkatı olaraq bildiririk ki, Kərkük, Tuzxurmatu, Təlafər və sair kimi etnik türkman bölgələrində zorla referendum keçirilməsi və Kürdüstana birləşdirmək cəhdləri yolverilməzdir. Bu referendumu dəstəkləyənlər soydaşlarımızın maddi və mənəvi haqqlarını pozmaqla yanaşı, onlara qarşı artan fiziki təhdidi də dəstəkləmiş, həmçinin, insanların taleyinə biganəlik nümayiş etdirmiş olurlar. Dünən Qarabağ işğal edildi, bu gün Kərkükə hücumlar edilir, növbəti hədəf isə Urmiya olacaq. Bugünkü birliyimiz, sabahkı gələcəyimizin təminatıdır.
    Azərbaycan Milliyyətçi Hərəkatı bizim bir parçamız olan Türkmanelindəki soydaşlarımıza qarşı fiziki təhdidləri pisləyir, Kərkük şəhərini türkmanlardan qoparmağa çalışan referendum cəhdini rədd edir və Bütöv Azərbaycandan olan soydaşlarımıza bu həssas mövzunu diqqətdə saxlayaraq gündəmə gətirmələri üçün müraciət edirik.

    Azərbaycan Milliyyətçi Hərəkatı, Milliyyətçi Gənclər Təşkilatı
    23.09.2017

    Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda

    Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur....

    Barzani Iraq Bayrağını Yox Sayaraq Məclisin Kərkük Qərarını Rədd Etdi

    Kürdüstan Demokrat partiyası (Barzani) Iraq Məclisinin qərarını rədd etdiyini açıqlayaraq...

    Iraq Məclisi Kərkük Kürdüstan Bayraq Qərarını Rədd Etdi

    Iraq Məclisi Kərkük Kürdüstan bayraq qərarını rədd etdi....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    Kərkük şəhərini Kürdüstana daxil etmək istəyirlər

    Kərkük şəhərinin dövlət binalarında İraq Kürdüstanın bayrağı dalğalandırılmışdır....



© 2017 Milliyyətçi Hərəkat