"24 illik uzun zaman dilimi bizə hərbi əməliyyatlardan başqa alternativ variant olmadığını sübut etdi"

    Kategori: Bloq Tarih: 31-01-2018, 00:05
    1994-cü ildə imzalanan atəşkəs müqaviləsinin ardından, Azərbaycan Ermənistan “Dağlıq Qarabağ” münaqişəsinin dinc yolla həlli üçün bir sıra dövlətlər, beynəlxalq təşkilatlar və fikir adamları tərəfindən ortaya atılan müxtəlif cür mərhələli və birbaşa həll planları oldu. Ancaq, məsələnin dinc yolla həll olunması üçün ortaya atılan bu saysız hesabsız təkliflər və planlar 24 ildir ki, sadəcə masada qaldı.

    "24 illik uzun zaman dilimi bizə hərbi əməliyyatlardan başqa alternativ variant olmadığını sübut etdi"


    Buna səbəb isə, irəli sürülən təkliflərin, ayrıcalıqda münaqişə tərəflərinin maraqlarına və istəklərinə tərs düşməsidir. Məsələn: Mərhələli xarakter daşıyan Qubl sülh planı, Azərbaycan tərəfini nisbətdə qane etsə də Ermənistan tərəfi təklifi rədd etmişdir. Bundan başqa, eynən mərhələli xarakter daşıyan “Minsk” planları və təklifləri də Ermənistan tərəfini qane etsə də, bu dəfə də Azərbaycan tərəfi ilə razılıq əldə edilməmişdir. Adını sadaladığım və qeyd etmədiyim bir çox plan və təkliflər illərdir maksimum dərəcədə təkmilləşdirilib neytrallaşdırılmağa çalışılsa da, yənə də masada nəticə verməyən boş-boş danışıqlardan o tərəfə keçə bilmədi. Üstəlik bir məqamı da qeyd etmək yerinə düşər ki, münaqişənin həllində özünü can yandıran və səy göstərən tərəf kimi sırıyan bir sıra dövlətlərin məsələyə müdaxiləsi, nəyinki problemin həllinə xeyir vermiş, əksinə münaqişənin içində qarşılıqlı maraq güdən əlavə münaqişələr yaradaraq məsələni daha da çıxılmaz və təhditkar xarakter almasına gətirib çıxarmışdır . Münaqişənin həllində xalqların öz müqəddəratını təyin etmə prinsipinimi (Ermənistana sərf edən tərəf), yoxsa ölkənin ərazi bütövlüyünün pozulması prininsipinimi (Azərbaycana sərf edən tərəf) yekun nəticə kimi götürmək öhdəliyini, 24 ildir ki, nə məsələnin həlli ilə bağlı beynəlxalq təşkilatlar, nədə ki, həmin təşkilata üzv dövlətlər (Türkiyə istisna olmaqla) hələdə bacara bilməyib.

    Bu da bizə iki şeyi düşünməyə məcbur edir:

    1) Ya məsələnin üçüncü tərəf və tərəfləri boş-boş danışıqlarla status kvonu qorumağa çalışır ki, buda Ermənistana sərf edir.
    2) Ya da ki, üçüncü tərəf və tərəflər bu münaqişəni artıq ciddiyə almayaraq “Nə vaxtsa Azərbaycan tərəfi də Dağlıq Qarabağın müstəqilliyi ilə barışacaq və bitəcək” prinsipi ilə düşünməyə başlayıblar.

    Bəs görəsən Azərbaycanın hazırki, başqa bir sözlə desək 24 illik hakimiyyəti nə düşünür və yaxud hələ də nə düşünməkdədir? Onların nə düşündüyünü bilmirəm, ancaq bir şeyi dərk etmək lazımdır ki, bir dövlət və bir millət olaraq bu məsələdə bizi maraqlandıran və maraqlandırmalı olan yeganə nüans, torpaqlarımızın işğalı, ölkəmizin ərazi bütövlüyünün və milli təhlükəsizliyimizin 24 ildir ki, heç bir nəticə verməyən boş-boş danışıqlara və siyasi oyunlara qurban getməsidir. İstər düşmən, istər məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını vəd edən yalançı və vecsiz beynəlxalq təşkilatlar, istərsə də bu uzun və yarım əsrə doğru gedən zaman dilimi bizə hər gün sübut edir ki, “Dağlıq Qarabağ” münaqişəsinin həlli və ərazi bütövlüyümüzün təmin olunmasında hərbi əməliyyatlardan başqa alternativ variant yoxdur!


    Toğrul Əmiraslanlı


© 2017 Milliyyətçi Hərəkat