Qardaş Türkiyə gənclərindən örnək addım

    Kategori: Aktual Tarih: 1-03-2018, 14:42
    Qardaş Türkiyə gənclərindən örnək addım


    Bildiyimiz kimi, Qarabağda türk soyqırımı, Xocalı üçün ölkəmizdə anım tədbirləri keçirilir. Qardaş Türkiyə dövlətində də fərqli qurum və quruluşlar da qan qardaşlarının bu haqq davasını hər zaman sürdürmüşlər. Bu durum Xocalıdakı türk soyqırımının yalnız Azərbaycan türklərinin deyil, bütün türk dünyasının acısı olduğunu bir daha isbat edir. Bizlər bu addımı digər türk dövlətlərindən də eyni səviyyədə gözləyirik. Tariximiz, qanımız bir olduğu kimi dərdlərimiz də birdir.

     Qarabağdakı türk soyqırımı Xocalı ilə bağlı fevral ayının 24-26 aralığında Türkiyədə “Turancı Harekat Platformu” tərəfindən Türkiyənin platformun mərkəzlərinin olduğu il və ilçələrində silsilə şəklində anım tədbirləri və konfranslar keçirilmişdir. “Turancı Harekat Platformu” gerçək anlamda Turançı ideologiyaya sadiq bir təşkilat olaraq Azərbaycan üçün önəmli olan tarixi hadisələri hər zaman anır və buna uyğun olaraq konfrans və digər tədbirlər keçirirlər. Bu duyarlı davranışlarından ötrü “Turancı Harekat Platformu”nun genel başqanı Caner Öztürkə, İzmir şəhər başqanı Onur Arıka, genel başqan yardımçısı Gediz Tolgaya və platformun bütün üzvlərinə Milliyyətçi Gənclər Təşkilatı adından öz təşəkkürlərimizi bildiririk. Bu hadisə hər bir türkün etməli olduğu bir iş olsa da təəssüflər olsun ki, hər kəs bu hadisə ilə bağlı yetəri qədər duyarlı olmur.

     “Turancı Harekat Platformu” 2012-ci ildə İstanbulda qurulub. Qurulduğundan bu yana Türkiyədəki bir sıra türkçü təşkilatları da öz sıralarına qataraq bir platform olmağı bacardı. Bugün Türkiyənin ən güclü sivil gənclik örgütlərindən biridir.

     Odər Əlizadə, MGT İzmir başqanı


    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    Qardaş Türkiyə gənclərindən örnək addım

    MGT Türkiyə Genel Merkezliyi şəhər özəklərində 31 mart soyqırımı anılmışdır

    MGT Türkiyə Genel Merkezliyi şəhər özəklərində 1918-ci il 31 mart soyqırım qurbanları anılmışdır....

    MGT Türkiyə Genel Mərkəzinin yeni şəhər özəkləri yaradılmışdır.

    MGT Türkiyə Genel Mərkəzinin yeni şəhər özəkləri təsis edilərək, özək başqanları təyin edilmişdir....

    MGT Türkiyə Genel Mərkəzinin bir sıra tədbirləri keçirilib

    MGT Türkiyə Genel Merkezinin bir sıra tədbirləri keçirilmişdir....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...



© 2017 Milliyyətçi Hərəkat