Peloponnes müharibəsi

    Kategori: Araşdırma Tarih: 8-03-2018, 15:10
    Peloponnes müharibəsi


    Peloponnes müharibəsi özünün tarixi əhəmiyyəti davamlılığı nəticələri və miqyası etibarı ilə Yunanıstanda baş vermiş bütün müharibələrdən köklü şəkildə fərqlənirdi. Bu dövrə qədər ayrı-ayrı yunan polisləri arasında baş vermiş müharibələr yerli xarakter daşıyıb kiçik miqyasda aparılırdı.Peloponnes müharibısi isə iki böyük ittifaq arasında baş verən müharibə idi.
    Bu ittifaqlar arasında baş verən müharibəyə Cənubi İtaliya və Siciliya yunan şəhərləri .bir sira qeyri-yunan şəhərləri o cümlədən İran dövlətidə qoşulmuşdu.
    Beləliklə e.ə 431-ci ildən 404 –cu ilə qədər davam edən müharibə nəinki umumuhellin beynəlxalq xarakter almış və yunan tarixində dönüş nöktəsi olmuşdur.
    Peloponnes müharibəsinin başlamasında siyasi amil böyük əhəmiyyətə malik olsada.həlledici rolu icimai-iqtisadi amil oynamışdır. Ticarət və sənətkar dairələrinin mənafeyini təmsil edən quldar demokratiyasını ilə quldar əsilzadə torpaq sahiblərini arasında böyük antoqonizm mövcud idi.
    Hər iki tərəf müharibəni başlamaq üçün bəhanə axtarırdı. Bu bəhanə əmtəə istehsalı və ticarətlə geniş surətdə məşğul olan.Peloponnes ittifaqının üzvü Korinfin Afina ilə toqquşması nəticəsində əldə edildi.
    432- ci ilin sonunda Peloponnes ittifaqının qurultayında müttəfiqlər Afina ilə müharibyə başlamaq qərarına gəldilər.Başlamış olan diplomatik danışıqlarda Spartalılar Afina dövləti qarşısında ultimatium xarakteri daşıyan bir sıra tələblər qoydular.(məsələn Periklin Afinadan qovulması və s.) bu tələblər əlbəttə qəbul edilə bilməzdi.Ekklesiya Peleponnes ittifaqının tələblərinə rədd cavabı verdikdən sonra hər iki tərəf üçün müharibədən başka seçim qalmadı.
    Sparta Afinadan fərqli olaraq öz müttəfiqlərindən foros almırdı. Onun meydana atdığı “Avtomoniya” şuarı bütün yunan aləmində xüsusi ilə Afinanın zülümü altında inləyən Afina dəniz ittifaqı üzüvləri arasında populyar idi.
    Hər iki üçün ədalətsiz təcəvüzkar və qarətçi xarakteri daşıyan Peloponnes müharibəsi 431- ci ilin bahar fəsilində başlandı.Peleponnesin müharibəsinin ilk dövrü (431-421) Sparta çarı 2 ci Arxidamın adı ilə adlanır.
    431- ci ildə hərbi əməliyyatı spartalıların müttəfiqləri olan Fivlilər başladılar Onlar Afinanın müttəfiqi olan Plateya şəhərinə hücum etsələrdə müvəffəqiyyət qazana bilmədilər.
    Plana göre Attika əhalisi Afinaya toplaşıb şəhəri müdafiə etməli .əsas əməliyat isə dənizdə aparılmalı idi.
    427-425 ci illərdə hərbi əməliyyatlara rəhbərlik hələ Niki və onun tərəfdarları əlində idi.Odur ki bu dövr nisbətən sakit dövr olmuşdur.
    425 –ci ildə Afina stateqi Demosfen Pilos sahilini tutur və orada möhkəmlənir.Sparta ordusu isə Pilos şəhərinin qarşısındakı Sfakteriya adasını tutsada lakin Afina donanması Peleponeslilərin Pilos şəhəri ilə əlaqəsini kəsir.Bu vaxt Spartalılar Afinaya elçi göndərim Sulh təklif edirlər bu təklifi Afina rədd edir.
    424- cü ildə Sparta şəhzadəsi Brasil 700 Hilot və min könüllü Peleponnes döyüşçüsü ilə Şimala doğru hərəkət edir. O Fesilliyanı keçərək Makedoniyaya daxil olur.
    Bütün bu hadisələr 422- ci ilin yayında Kleonun 20 gəmi 1200 hoplit .300 süvari ilə Xalkidakiya hərəkəti və Amfopil döyüşü(422) ilə nəticələnir.
    Spartanı sülh bağlamağa vadər edən əsas səbəb Hilot üsyanlarının qorxusu olmuşdur Attika kəndlilərinin də çox hissəsi sülh arzusunda idi .
    420 –ci ildə strateq vəzifəsiə seçilən Alkiviad Spartaya qarşı Aqros dövləti ilə ittifaq bağlayır və onu Sparta ilə müharibəyə vadar edir.Bu müharibədə Afina Aqrosa yardım etsədə Aqros qalib gələ bilmir.Məğlub olan Aqros Afinadan üz döndərib Sparta ilə sülh bağlayır.
    406-cı ildə Arkinus adaları yaxınlığındakı döyüşdə Peleponnes donanması darmadağın edilməsi Afinanın dənizdəki hegemonluğunu bir daha bərpa edir.Lakin bu qələbə Afinanın Peleponnesdə son qələbəsi idi.
    İran dövlətinin böyük maddi yardımından və Afina dövlətinin keçmiş müttəfiqlərindən istifadə edən Sparta sərkərdəsi Lisadr bütün qüvvələrini hellespot ətrafına toplayır.Afina donanmasının nizam intizamının pozulmasından istifadə edən Spartalılar qəfildən onlara hücüm edirlər .405 ci ildə Eqospotamos çayı mənsəbində baş vermiş olan döyüşdə Afinalılar tamamilə darmadağın edilir.
    Afinalılar 404 cü ildə Spartlıların tələblərini qəbul etmək məcburiyyətində qalırlar.
    Tələblər bunlar idi:
    1) Afina dəniz ittifaqı ləğv edilməli
    2) Hündür divarlar və Pirey istehkamları uçurdulmalı
    3) 12 gözətçi gəmidən başka bütün donanma Spartaya verilməli
    4) Sürgün olunan şəxsləri Afinaya qaytarmalı
    5) Afina Lekedemon ittifaqına üzv olmaqla Sparta hegemeonluğunu qəbul etməli idi.

    Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı Şaiq Əliyev


© 2017 Milliyyətçi Hərəkat