Səfəvilər dövlətinin qurulması

    Kategori: Araşdırma Tarih: 13-03-2018, 01:28
    Səfəvilərin etnik mənşəyi ətraflı tədqiqat tələb edən yeni problem deyil. Lakin xarici tarixşunaslığın səfəvilər sülaləsini formalaşdırmaq üçün inadlı cəhdləri ilə əlaqədar olaraq bu məsələ əhəmiyyət kəsb edir. Ilk səfəvi şeyxləri Ərdəbildə yaşamışlar. Onların doğma dili Azərbaycan dili olmuşdu. Səfəvi dövlətinin yaradılması şübhəsizki Azərbaycan dövlətçiliynin əsasının qoyulması anlamına gəlir. Səfəvilər dövləti tarixi Azərbaycan dövlətidir və müstəqil Azərbaycan səfəvilər dövlətinin tarixi varisidir. Azərbaycan ərazisində tarix səhnəsinə mərkəzləşmiş dövlət kimi çıxmışdır.
    XV əsrin sonlarında səfəvilərin başlıca məqsədi “Səfəviyyə” təriqətinin bir bayraq altında birləşdirmək idi. Bu məqsədlə qızılbaşlar Deyləmdən keçərək Taroma gəlir. Bu zaman qızılbaşların dəstəsinə Şamlı və Rumlu tayfalarından olan dəstələr onlara qoşulur. Qızılbaşların sayı 1500-ə çatırdı. İsmayıl Taromdan Xal-xala sonar isə Ərdəbilə hərəkət etdi. Lakin yerli Ağqoyunlu hakimləri İsmayıla burada qışlamağa imkan vermədi. Ismayıl bu səbəbdən şəhəri tərk etməli olur. O daha sora Astara bölgəsindəki Ərcüvana (1499- cu ilin sonu – 1500- cü ilin əvvəli) gəldi. 1500- cü ilin payızında qızılbaşlar Ərzincandan Şirvana doğru hərəkət etdilər. burada İsmayılın qoşunu şəkililərin dəstəsi ilə qarşılaşdı və onları darmadağın etdilər. daha sonar qızılbaşlar Gülüstan qalasına doğru irəlilədilər İsmayıl 1500- cü ilin sonunda qalanın ətəyində, Cəbani adlanan yerdə Fərrux Yasarın 20 minlik atlı, 6 minlik piyada qoşunu ilə döyüşə girməyə məcbur oldu. Onlar sayca qızılbaşlardan 2 dəfə çox olsada döyüş qızılbaşların qələbəsi ilə başaçatır. Mənblərdə bu döyüdə iştirak edən sərkədələrin adları çəkilir. Həsən bəy Lələ Şamlı, Piri bəy Qacar, İlyas bəy Xunuslu, Xəlil bəy Əfşar və.s Qızıbaşların qələbə çalmasının səbəbi: döyüşdə İsmayılın sərkərdələri ruhlandırması, İsmayılın döyüşdə ön sıralarda vuruşaraq döyüş ruhunu gücləndirməsi və.s bu döyüş tarixdə ən qanlı döyüş kimi yadda qalır. Bundan sonra İsmayıln məqsədi bakını tutmaq idi. O, bu məqsədlə bakıya elçi göndərir, lakin bir nəticə vermir. Mənblərin əldə olunan məlumatlara əsasən İsmayıl qalaya yaxınlaşır və qalanın güclü müdafiəsi olduğunu görür ancaq fikrindən dönmür. O, bakılılara dinc əhaliyəyə dəymiyəcəyini və şəhərlilərin əmlakına toxunmamağı söz verir və qalanın dinc yolla təslim olmasını təklif edir. Həmin vaxt bakı qalasının müdafiəsində Fərrux Yasarın oğlu Qazi bəyin arvadı başçılıq edirdi. Qazi bəyin arvadı qızılbaş elçisinin tələbinə rəd cavabı verir, onun edam olunmasını əmr edir. Bakı darğası Əbülfət bəy qadının yanına gəlir, onu qızılbaşların cavab tədbirilə hədələdi. Cəsarətli qadın şəhərin təslim olmasını təklif edən darğanın edam olunması barədə sərəncam verdi. Bakı qalasını 3 tərəfdən Xəzər dənizi, qurudan isə divar boyunca uzanan və xarici təhlükə zamanı su ilə doldurulan dərin, enli xəndək əhatə edirdi. Bakını xarici aləmlə əlaqələndirən 3 darvaza dənizə biri isə quruya açılırdı. Bakı inadlı müqavimət göstərirdi, lakin qızılbaşlar öz məqsədlərindən dönmək istəmirdilər. Qoşun xəndəkləri asanlıqla keçə bilmək üçün xəndəkləri torpaq və daşla doldururdular. Atılmış lağım nəticəsində qala bürclərindən biri dağıldı, qızılbaşlar şəhərə daxil oldular. Ismayıl şəhərə girmiş qızılbaşlara əmr etdi ki, qarəti dayandırsınlar. O şəhərdən qiymətli daşları, Şirvanşahlar xəzinəsini ələ keçirib, Şirvanşahlar məqbərəsini dağıdaraq bakını tərk edir. Bundan sonra İsmayılı Gülüstan qalasına doğru irəliləyir. Qalanı mühasirəyə aldılar, lakin mühasirə uzandı. Ağqoyunlu Əlvənd Mirzənin Təbrizdən böyük qüvvə ilə yola düşməsi məlumatı alındı, qızılbaşlar mühasirədən əl çəkməyə məcbur oldu. Beləliklə Şirvanşahlar dövləti ağır zərbəyə məruz qaldı.
    1501- ci ilin yazında İsmayıl Təbrizə daxil olur, adına Xütbə oxtutduraraq sikkə zərb etdirir və Azərbaycan taxt-tacına yiyələnir. Beləliklə ( 1501-1524) səfəvilə dövlətinin əsası qoyulur.
    Səfəvilər dövləti Naxcıvan, Muğan, Şirvan, Qarabağ qızılüzən çayına qədərki çayına qədərki Cənubi Azərbaycan torpaqlaını əhatə etmişdir.


    Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı Ramil Quliyev
    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Güvenlik Kodu (CAPTCHA)
    Kodu Güncelle





© 2017 Milliyyətçi Hərəkat