Qərbi Hun imperatorluğu

    Kategori: Araşdırma Tarih: 16-03-2018, 08:42
    Böyük Hun imperatorluğu dağıldıqdan sonra tarixdə "Xalqların böyük köçü " adlanan Hun tayfalarının qərbə doğru uzunsürən və əziyyətli köçü başladı.Hunların təsiri ilə qotlar,alanlar,və digər xalqlarda Qərbi və Mərkəzi Avropaya köç etdilər.
    "Xalqların böyük köçü" eramızın 4 -cü əsrindən başlayaraq 6 -cı əsrə kimi davam etmişdir.Bu proses slavyanların Bizans ərazisində məskunlaşması ilə başa çatmışdır.
    Hunlar ilk olaraq Volqa və Uralboyu torpaqlarda məskunlaşmış,daha sonra isə Fransaya qədər çıxmışdılar.
    Hunlar 370 -ci ildə Don çayı sahilində alanları məğlub etdilər.Daha sonra isə onlar Azovətrafı əraziləri , Tereki və Kubanı tutdular.Kırım ərazisində Ostoqot tayfalarını ilə 371 ci ildə məğlub etdilər.Bu məğlubiyyətə dözməyərək Ostoqot çarı Germanarix 375 ci ildə özünü öldürdü.
    Krımı ələ keçirdikdən sonra Hunlar burada quldarlıq münasibətlərinə güclü zərbə endirdilər.
    Hunlar Dnsetr sahilində yaşayan vestoqotlarla qarşılaşdılar.Vestqot kralı Hunların döyüş əzmindən xəbərdar idi və onlara qalib gəlməyin mümkün olmayacağını düşünərək hiyləyə əl atmaq fikrində idi.Lakin Hunlar onun hiyləsini başa düşdülər .Onlar Dnestr çayını keçərək vestqotların arxada gizlənmiş əsas qüvvələrinə hücum etdilər.Özünü itirən Atanarix öz ordusu ilə Qərbi Roma imperiyasının himayəsini qəbul etdi və orada məskunlaşdı.
    400 -cü ildə Dunay sahillərinə gələn Hunlar digər qot tayfalarını məğlub edərək Pannoniyada ( indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər.
    Hunların digər hissəsi 395 - ci ildə Şimali Qafqazdan keçib Dərbənd keçidi vasitəsi ilə Azərbaycana gəldilər.Dəclə və Fərat çayları arasını , Fələstini və Suriyanı tutdular və "Yanar odların" (indiki Abşeron yarımadasının) yanından keçərək Qərbə qayıtdılar.Hunların güclü ordusu var idi, Hun hökümdarı Balamir (374-400) ordunun güclənməsi üçün bir sıra addımlar atdı.
    Balamirdən sonra hakimiyyətə oğlu Ulduz xan gəldi (400-410).


    Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmacısı Şaiq Əliyev.
    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Güvenlik Kodu (CAPTCHA)
    Kodu Güncelle





© 2017 Milliyyətçi Hərəkat