1-ci Dünya müharibəsində Koreyanın parçalanması.

    Kategori: Araşdırma Tarih: 16-03-2018, 08:47
    Koreya 1910-cu ildən İkinci dünya müharibəsinin sonuna qədər Yaponiya
    imperiyasının koloniyası olmuşdur. 5 aprel 1945-cu il tarixdə Sovet İttifaqı Yaponiya
    ilə aralarında o vaxta qədər qüvvədə olmuş hücum etməmək haqqında Paktı birtərəfli
    qaydada ləğv etdi. 8 avqustda isə ABŞ ilə bağlanmış müqavilənin tələblərinə uyğun
    olaraq Yaponiya imperiyasına müharibə elan etdi. Sovet qoşunları Koreyaya
    şimaldan, amerikalılar isə cənubundan daxil oldu.
    10 avqust 1945-ci il tarixdə yapon kapitulyasiyasının qaçılmaz olması ilə əlaqədar,
    ABŞ və SSRİ öz aralarında Koreyanı 38-ci paralel üzrə bölməyə, yapon ordusunun
    38-ci paraleldən şimalda Qızıl Orduya, cənubda isə ABŞ-a təslim olmalı olduğunu
    razılaşdılar. Beləliklə yarımada şimalda sovet, cənubu isə ABŞ nəzarətində olan iki
    hissəyə bölündü. Nəzərdə tutulmuşdu ki, bu bölünmə müvəqqətidir.
    1945-ci ilin dekabrında isə ABŞ və SSRİ ölkənin müvəqqəti idarə olunması barədə
    müqavilə imzaladılar. Hər iki hissədə – şimalda və cənubda, hökumətlər
    formalaşdırıldı. Yarımadanın cənubunda ABŞ BMT-nin dəstəyi ilə seçki keçirdi;
    başda Li Sın Man olmaqla hökumət seçildi. Solçu partiyalar isə bu seçkiləri boykot
    etdi. Şimalda isə hakimiyyət sovet ordusu tərəfindən başda Kim İr
    Sen olmaqla kommunistlərin əlinə verilmişdi. Antihitler koalisiyası ölkələri təklif
    edirilər ki, bir müddətdən sonra Koreya birləşdirilsin. Amma SSRİ və ABŞ yeni
    başlayan soyuq müharibənin şərtləri çərçivəsində bu birləşmənin detalları barədə heç
    cürə razılığa gələ bilmədilər. Buna görə də 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı
    ABŞ prezidenti Harri Trumenin təklifi ilə Koreyanın gələcəyinə cavabdehliyi öz üzərinə
    götürdü. 1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər
    keçirildi, keçid hökuməti yaradıldı.Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən
    mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan
    edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk
    prezidenti seçildi. Buna cavab olaraq Şimalda da 1948-ci ilin 25 avqustunda Koreya
    Ali Xalq Məclisi yaradıldı. Məclis 1948-ci ilin 9 sentyabrında Koreya Xalq Demokratik
    Respublikasının yaradıldığını elan etdi. Nazirlər Kabinetinə başçılıq Kim İr Sena
    tapşırıldı. O, eyni zamanda Koreya Əmək partiyasının sədri də seçildi. Beləliklə də
    Koreyanın iki yerə bölünməsi hüquqi baxımdan da təsbit olundu.
    Tərəflərdən hər biri özünü qanuni hesab edir, digərinin varlığı fikrini yaxına
    buraxmırdılar. Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki
    supergücün - Sovet İttifaqı və ABŞ-ın üstünlük uğrunda mübarizəsindən irəli
    gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin
    qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları
    1948-ci ilin sonunda, amerika qoşunları isə 1949-cu ilin əvvəlində yarımadadan
    çıxmışdılar. Əslində isə hər iki tərəf müəyyən adlar altında burada yetərincə hərbi
    qüvvələr saxlamışdı və faktik olaraq Koreyanı ikiyə bölən 38-ci en dairəsi qarşı-
    qarşıya dayanmış iki dünya sistemini ayıran cəbhə xətti idi.
    ABŞ-ın Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin mövcudluğu onun strateji
    baxımdan qüvvətli bir durumda olduğuna dəlalət edirdi. Sovet İttifaqı hələlik başı
    Çində kommunistlərin hakimiyyətə gətirilməsi uğrunda mübarizənin təşkilinə
    qatıldığından ABŞ-ın bu duruma dözürdü. Elə ki, Çin 1949-cu ilin sonralarında
    kommunist rejimi idarəsi altına keçdi, bundan sonra Sovet İttifaqının Asiyada
    güclənməsi imkanları kifayət qədər genişləndi. Sovet rəhbərliyi belə düşünürdü ki,
    artıq ABŞ-ı Asiya qitəsindən atmaq zamanı çatmışdır. Bu işi Koreyada həyata

    keçirmək mümkün olardısa, onda ABŞ-ın Yaponiyadan da çıxarılması asanlaşa
    bilərdi.
    Elə bu səbəbdən də Sovet İttifaqının təlimatı ilə KXDR rəhbərliyi Cənubi Koreyaya
    qarşı hərbi təcavüzə qərar verdi. 1950-ci ilin 25 iyununda səhər tezdən KXDR silahlı
    qüvvələri bütün sərhəd boyunca Cənuba qarşı hərbi əməliyyatlara başladılar. Həm də
    bu zaman Şimal elan edirdi ki, hərbi əməliyyatların başlanmasında Cənub
    günahkardır. Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi
    dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955-1956-cı illərdə SSRİ-də
    səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın
    dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirmişdir ki, müharibəni Şimali
    Koreya başlamışdır, təşəbbüs Kim İr Sen tərəfindən irəli sürülmüşdür və İ.V.Stalin
    tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Hərbi əməliyyatların bütün sərhəd boyunca
    aparılması, mütəşəkkil şəkildə müəyyən edilmiş istiqamətlərdə hücumlar edilməsi və
    qısa bir zaman kəsiyində böyük ərazilərin ələ keçirilməsi də müharibənin əvvəlcədən
    yüksək səviyyədə planlaşdırıldığına dəlalət edir. Belə ki, 38-ci en dairəsi boyunca
    cəmləşdirilmiş Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən
    sonra Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma
    gəlmişdir.
    Belə olduqda ABŞ məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxardı, Şimali Koreya
    təcavüzkar elan olundu və ona qarşı mübarizə aparmaq üçün Cənubi Koreyaya BMT
    silahlı qüvvələrinin göndərilməsi qərara alındı. BMT silahlı qüvvələri müxtəlif
    dövlətlərin əsgərlərindən ibarət idi. Ancaq əksəriyyəti ABŞ əsgərləri təşkil edirdi.
    Münaqişə tərəfləri.
    Cənubi Koreya Koreya Xalq Demokratik Respublikası
    BMT: ÇXK(Çin Xalq könüllüləri)
    1)Belçika SSRİ
    2) Yunanıstan
    3)Kolumbiya
    4)Lüksemburq
    5)Niderland
    6)ABŞ
    7)Türkiyə
    8)Tailand
    9)Filippin
    10)Fransa
    11)Efiopiya
    12)Böyük Britaniya
    13)BMT Koreya partizan piyadaları
    Türkiyənin müharibəyə qoşulması NATO-ya üzv qəbul edilməsində mühüm rol oynadı.
    Hərbi əməliyyatların getdiyi bir zamanda 1951-ci ilin iyun ayından atəşin kəsilməsi və
    barış danışıqlarına başlamaq haqqında razılaşma əldə edildi. Danışıqlar təklifi Şimali
    Koreyadan, təbiidir ki, Sovet İttifaqının təşəbbüsü və razılığı ilə gəlmişdi. Danışıqların
    getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri
    İ.V.Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində
    mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan

    şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom kəndində, Keson şəhərinin
    yaxınlığında tərəflər arasında barışıq haqqında saziş imzalandı.
    Qeyd edək ki, istər danışıqlarda, istərsə də barışıq haqqında sazişin imzalanması
    prosesində Çin də «könüllülər» adından iştirak edirdi. Sazişin şərtlərinə görə Şimali
    Koreya və Cənubi Koreya arasındakı sərhəd yenə də 38-ci en dairəsindən keçirdi. İki
    Koreyanın durumunda heç bir dəyişiklik olmadı. Yalnız Sovet İttifaqı və ABŞ-ın
    Koreyadan çıxmayacaqları gerçəkləşdi. Halbuki, sazişin şərtlərinə görə xarici
    qoşunlar 90 gün ərzində Koreyadan çıxmalı idi. Koreyanın birləşdirilməsi və bərpası
    üzrə BMT-nin Komissiyası ölkənin gələcəyi haqqında tədbirlər hazırlamalı və həyata
    keçirməli idi.
    1953-cü ilin 1 oktyabrında ABŞ ilə Cənubi Koreya arasında bağlanan müqavilənin
    şərtləri ilə ölkədə amerika hərbi qüvvələrinin saxlanılmasına hüquqi əsas verilmiş
    oldu.
    Bu müharibə Koreya xalqına böyük bəlalar gətirdi. Çox böyük əksəriyyəti Şimaldan
    olmaqla milyonlarla dinc əhali və əsgər məhv edildi və yaralandı. 1 milyona yaxın çinli
    əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin
    iqtisadiyyatına güclü zərər dəymişdir. Koreyanın 2 yerə bölünməsi ilə minlərlə insan
    ailəsindən ayrı düşmüşdür.


    Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmacısı Tural Mənəfli
    margeamp 10 Ekim 2018 20:06

    Так бывает. Давайте обсудим этот вопрос.

    __________________________________
    сканы паспортов

    Позновательно

    __________________________________
    аккаунты вк

    Посвящается всем, кто ждал хорошего качества.

    __________________________________
    как взломать vk

    Извините за то, что вмешиваюсь… Мне знакома эта ситуация. Можно обсудить. Пишите здесь или в PM.

    __________________________________
    взломать wifi

    Поздравляю, отличная идея и своевременно

    __________________________________
    скан паспорта

    Не могу сейчас поучаствовать в обсуждении - очень занят. Но освобожусь - обязательно напишу что я думаю по этому вопросу.

    __________________________________
    аккаунты вк

    Извините за то, что вмешиваюсь… У меня похожая ситуация. Можно обсудить. Пишите здесь или в PM.

    __________________________________
    как взломать vk

    Могу порекомендовать зайти на сайт, где есть много информации на интересующую Вас тему.

    __________________________________
    взлом wi fi

    Извините за то, что вмешиваюсь… Мне знакома эта ситуация. Можно обсудить. Пишите здесь или в PM.

    __________________________________
    сканы паспортов

    Пустяки!

    __________________________________
    аккаунты вк

    Для всех советую посмотреть

    __________________________________
    как взломать vk

    Извините, что я вмешиваюсь, мне тоже хотелось бы высказать своё мнение.

    __________________________________
    взлом пароля wifi
    Alıntı yap

    Cümhuriyyəti satan adam: Çingiz İldırımın xəyanəti və qəribə aqibəti - TARİXİ ARAŞDIRMA

    O, imkan düşdükcə bolşevikləri silah və ədəbiyyatla təmin edir, polisin əlinə keçən bolşevikləri azad etdirirdi....

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Rusiya Milli Qvardiyasının Şimali Qafqazdakı hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib

    TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib....

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Güvenlik Kodu (CAPTCHA)
    Kodu Güncelle





© 2017 Milliyyətçi Hərəkat