Dərbənddə Nizaminin heykəlini alçaltdılar

    Kategori: Aktual Tarih: 16-03-2017, 20:32
    Dərbənd şəhərində baxımsızlıqdan kol-kos basmış və əslində, yalnız heykəlin mövcudluğuna görə Nizami Gəncəvi parkı adlana bilən parkda daha bir biabırçılıq yaşanmaqdadır.

    Dərbənddə Nizaminin heykəlini alçaltdılar


    Virtuaqlaz.org xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayımlanmış fotoşəkildən göründüyü kimi, parkda səyyar sirk quraşdırılıb. Düz Nizami Gəncəvinin heykəlinin yaxınlığında isə tamaşaçılar üçün biotualet fəaliyyət göstərir.
    Sosial şəbəkələrdə bu biabırçı hala görə Dərbənd şəhərinin rəhbərliyi günahlandırılır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məsələyə müdaxiləsi mütləqdir. Ümumiyyətlə xarici ölkələrdə xüsusən də Rusiya, İran, Ermənistan kimi ölkələrdə Azərbaycan mədəniyyətinin izlərini məqsədyönlü şəkildə məhv etməyə çalışılmaqdadır. Xarici ölkələrdə Azərbaycan mədəniyyətinin irsini qorumaq və davamlılığını saxlamaq üçün tədbirlər görülməsi mütləqdir.

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...



© 2017 Milliyyətçi Hərəkat