Yüz illiyin əvvəlində TƏMP və MP nə idisə bu günlərdə MGT odur!

    Kategori: Milliyyətçi Hərəkat / teklif Tarih: 12-08-2018, 15:14
    Bugün məmləkətimizdə 1870-ci illərdən başlayaraq mədəni və elmi bir idealogiya kimi meydana gəlmiş, 1890-cı illərdən isə siyasi bir idealogiya şəklini almış və bu gəlişmələrin bir sonucu olaraq, XX yüz illiyin başlanğıcından etibarən milli istiqlal ideyasının gerçəkləşməsinə səbəb olan Türkçülük idealogiyasının şərəfli yükünü öz çiyinləri üzərinə almış mübaliğəsiz tək bir təşkilat vardır. Bu təşkilat, Azərbaycanda Türkçü camiyanı təmsil edən, Milliyyətçi Gənclər Təşkilatıdır.

    Yüz illiyin əvvəlində TƏMP və MP nə idisə bu günlərdə MGT odur!



    Təşkilatlanmayan heç bir ideologiya hədəfə çata bilməz. İdeologiyalar yalnız təşkilatlandıqdan sonra başarılı olurlar. Bu elmi-sosioloji bir gerçəklikdir. Biz bunun örnəyini yüz illiyin başlarında Nəsib bəy Yusifbəyli öndərliyində "Türk Ədəmi Mərkəziyyət partiyası" və M.Ə.Rəsulzadə öndərliyində "Musavat partiyası" ətrafında birləşən Türk millətini son nəticədə Azərbaycan Cümhuriyyətini qurmasında gördük. Eyni zamanda erməni qatliamlarına qarşı uğurlu dirənişi və qarşılıq vermə gücünü Ə.Ağaoğlu öndərliyində qurulan "Difai" adı altında təşkilatlanmaqla bacara bildik. Bütün bu uğurların səbəbi təşkilatlanmaqla mümkün oldu.
    Bizlər fərd olaraq millətimiz və dövlətimiz üçün hər nə qədər hünər göstərməyə çalışsaq da bu işlər ayrı-ayrılıqda görüldükdə təsirli olmur. Ən güclü, sistemli təşkilat dövlətdir. Bugün bizim müstəqil dövlətimiz var. Ancaq bu dövləti təmsil edən millətə öz içində “təşkilatlanmağa gərək yoxdur”, “dövlət bizim etmək istədiklərimizi edər” kimi yanlış düşüncələrə qapılmağa əsas verməməlidir. Dövlət gücünü millətdən alır. Güclü təşkilatlı millət güclü dövlətin təminatıdır. Azərbaycanda millət içərisində təşkilatlanma milli yöndə və milli ruhda olmalıdır. Əks halda dövlət anlayışına və milliyyət anlayışına qarşı ortaya çıxan təşkilatlanmalar dövlətə və millətin milli bütünlüyünə zərər vurar.
    Bugün məmləkətimizdə güclü bir milliyyətçi təşkilat vardır. Hər bir Türk milliyyətçisi bu təşkilatın, yəni Milliyyətçi Gənclər Təşkilatının ətrafında sıx birləşməyə məcburdur. Günümüzdə yeni-yeni təşkilatlar qurmaq fikrinə düşən dostlarımız olur. Onların niyyətlərinin təmizliyinə heç bir şübhəmiz yoxdur. Ancaq, onlar anlamalıdırlar ki, bu cür işlər Türk milliyyətçiliyinin fərqli təşkilatlarda təmsil olunmasına və nəticədə bölünməsinə gətirib çıxardar. Milliyyətçi Gənclər Təşkilatı hər hansı bir şəxsin adına bağlı deyil, xarici və daxili heç bir qurum və ya şəxslər tərəfindən maliyələşdirilib, yönləndirilməyən bir təşkilatdır. Durum belə ikən, heç bir şəxsin MGT ətrafında birləşməməsinə bir gərəkcə qalmır. MGT sözünün həqiqi mənasında Azərbaycanda Türk millətinin təşkilatıdır və bu adla meydana çıxan ilk sivil gənclik təşkilatıdır.


    MGT Türkiyə rəhbəri Odər Əlizadə.


© 2017 Milliyyətçi Hərəkat