Rusiya "pantürkçülərlə" mübarizəyə 8,2 milyon pul ayırıb

    Kategori: Siyasət Tarih: 4-09-2018, 23:19
    Rusiya Prezident qrantları fondu Vətəndaş cəmiyyətinin davamlı inkişafının təşviqi mərkəzinin

    Rusiya "pantürkçülərlə" mübarizəyə 8,2 milyon pul ayırıb


    “Qloballaşma və rus millətinin formalaşması şəraitində Rusiyadakı türkdilli gənclərin sosiallaşması” layihəsinə 8,2 milyon rubl ayırıb. Təşkilatın icraçı direktor gənc aktivist, Çeçen ictimai və mədəni birliklərin assosiasiyasının üzvü Əzəmət Mintsayevdir. Mərkəz 2002-ci ildə Moksvada qeydiyyatdan keçib.
    Qrant birgə maliyyələşdirmə şərtləri altında ayrılıb. Alınmış pullardan başqa, təşkilat öz hesabına layihəyə 3,2 milyon rubldan artıq pul xərcləyəcək.

    Ərizəyə görə, layihə Rusiyanın türkdilli gəncliyi ilə beş əsas istiqamət üzrə sistemli işin təşkilini güman edir: elmi, mədəni, ədəbi, idman və biznes istiqamətləri.

    Yuxarıda göstərilən fəaliyyət istiqamətləri üzrə sistemli işin aparılması, layihə ideyalarının populyarlaşması və “brendləşmə”si üçün “İnci” adlı türkdilli gənclərin ümumrusiya ictimai hərəkatını təsis etmək planlaşdırılır, – layihənin təsvirində deyilir.
    Layihənin müəllifləri “gənc ortamda millətlərarası münasibətlərin ahəngləşməsi üçün şərait yaratmaq və Rusiyanın türkdilli əhalisi arasında radikal əhval-ruhiyyəsinin aşağı səviyyəyə endirmək” niyyətindədirlər.

    Layihənin təşəbbüskarları əsas görəv kimi qarşılarına “Rusiyanın türkdilli gəncliyinə xarici təsir rolunun azaldılması”nı qoyublar.
    Layihənin müəllifləri hesab edirlər ki, Rusiyada “pantürkçü təhdid” mövcuddur:
    “Pantürkçü təhdidin gerçəkliyini anlamaq üçün sosial şəbəkələrdə etnik millətçi və pantürkçü toplumların abunəçi sayına baxmaq yetərlidir. Belə ki, “Vkontakte” sosial şəbəkəsindəki pantürkçü “VAHİD TÜRK XALQI – VTX” qrupunda üzvlərin sayı 24900 nəfərdən artıqdır, “Azadlıq” Radiosu” qrupunda – 5300-dən artıq, gənc etnik millətçi tatarların “Azadlıq” qrupunda – 9300 nəfərdən artıq, gənc etnik millətçi başqurdların “Başqurd” qrupunda isə – 30900 nəfərdən artıq”, – ərizənin əsaslandırılmasında deyilir.

    Layihənin təşəbbüskarları “2018-ci ilin 21 mart tarixində Kiyevdə tatar və fin-uqor millətçiləri Ural və Volqaboyu bölgənin Rusiyadan ayrılmaq amacını güdən “Azad İdel-Ural” ictimai-siyasi hərəkatının təsisi edilməsini elan etməklər”inə diqqət yetirməyə çağırır.

    “Azad İdel-Ural”ın ictimai platforması 2018-ci ilin mart ayında Kiyevda yaradılıb. Ümumtatar ictimai mərkəzi İH üzvü Rafis Kaşapov və Ukrayna icmasının nümayəndələri erzə Bolyayen Sıres (Aleksandr Bolkin) və Ojomason Kirdə (Rostislav Martınyuk) diqqəti yerli xalqların problemlərinə cəlb etmək üçün birləşmişdilər. Platformanın əsas prinsipləri beynəlxalq hüquq çərçivəsində tatar, başqurd, udmurt, mari, çuvaş, erzə, mokşanların dövlət suverenliyinin reallaşması məqsədilə qeyri-zorakı fəaliyyətlərdir.

    Azadlıq Radiosu və ya “Azadlıq Radiosu/Azad Avropa Radiosu”nun Tatar-başqurd xidməti 1953-cü ildən fəaliyyət göstərir. Yaranmasından bəri və növbəti onilliklərdə Sovet rejimi tərəfindən səsinin batırılmasına baxmayaraq, Azadlıq tatar və başqurd dillərində bütün dünyaya bütün dünyaya yayımlayan yeganə müstəqil qaynaq idi. Rusiya hakimiyyəti bir il öncə Azadlıq radiosunu “xarici agent” elan edib və hər şəkildə Rusiya Federasiyasının ərazisində onun işinə əngəl olur.


    Alparslan Öztürk

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib....

    Rusiya XİN: PKK və PYD terrorist təşkilatı deyil

    Rusiya Xarici İşlər Nazirliyi PKK və PYD -ni terror təşkilatı olaraq saymır....

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir"....



© 2017 Milliyyətçi Hərəkat