Nargin memorialı

    Kategori: Bloq Tarih: 7-09-2018, 23:21
    Çoxlarımız dəniz kənarında gəzişərkən, arabir yaxınlıqdakı adanı görürük !

    Nargin memorialı


    Nə qədər insan həmin adanın Böyük Zirə olduğunu bilir ?!
    Ümumiyyətlə gənc nəslin diqqətində olubmu ?! Bəs 50 il sonra necə, bütün hər şeyi unudacağıqmı ?! Yoxsa ancaq tarix kitablarından şagirdkən, ötəri oxuduqlarımızı xatırlayacaq, imtahan verib keçəcəyikmi ?!

    Əksər yaşlı insanlar həmin adanın Nargin olduğunu bilir !
    “Dar boğaz” mənasını verən Nargin adı, bizə dar boğazımı xatırladırmı ?
    Hamı bəlkə də bir ağızdan oranın məzarlıq olduğunu deyər !
    Insanlar, bu adanı görərkən şüuraltındakı vahimənin , xofun rəmzi olan Nargin adını yada salınır.

    Bu xalqın gələcəyini düşünən insanların Nargində edam edildiyinin vahiməsi ola bilərmi ?!
    Bəlkə də “imperializmə qarşı mübarizənin nəticəsi Nargində ölməkdir” kimi də başa düşülən xofdur !
    Və ya Nargində gülələnməyə aparılan insanların yerində olmadıqları üçün sevinənlərin də rəmzidir .

    Kim bilir !
    Milli məsələlərə “kim bilir “ deyə cavab vermək, cəmiyyətin biganəliyinin nümunəsi deyilmi ?

    Bir ara ortaya lahiyə də atılmışdı ki, Nargində dəbdəbəli şəhər tikiləcək !
    Bu lahiyəni səbirsizliklə gözləyənlər adanın məzarlıq olduğunu bilirdimi ?
    “Məktəbi yaxşı oxusaydılar bilərdilər, belə lahiyələrə də etiraz edərdilər” demək də olar ! Bəlkə də o qədər məktəbi yaxşı oxuyublar ki, işbazlıq edərək gözümüzün önündə olan tarixi faciələrimizi unutdurmağa çalışırlar !

    Bəs cəmiyyət olaraq biz nə edirik ?!
    Müstəqil ölkəyik, imperializmlə mübarizə aparan xalqıq…. !

    15 sentyabr Bakının bolşevik-erməni qüvvələrindən azad olunduğu gündür. Bu tarixin xüsusi paradla qeyd olunması təşəbbüsü əladır. Təklif edirəm ki, xalqımızın düşünən beyinlərinin, mübarizə aparan fərdlərinin, imperializmə qarşı çalışmış insanlarının xatirəsinə, Nargin adasındakı məzarlığa böyük bir rəmzi abidə ucaldılsın ! Məktəblilərin, tələbələrin , hərbiçilərin və sərbəst olaraq vətəndaşların ziyarət edilməsi üçün təşkilatçılıq olunsun !
    Bununla o insanlarımıza mesaj verilsin ki, bir daha düşünən beyinlərimizi, sapı özümüzdən olan baltalara qurban verməyəcək !
    Bir daha işğala məruz qalıb, xalqın intelektləri və mübariz fərdləri edamlara məhkum olunmasın ! Gələcək nəsillər, Nargində edama məhkum olunanları yad etməklə, daha xalqımızın imperial məhbəsə düşməməsi üçün daim çalışsın !

    Hələ bu yaxınlarda yenidən imperiyanın köləsi olmaq üçün vətəndaşlara hay vururdular ! Heç ağıla gəlməyən millət vəkili, sifarişlə yazan jurnalistlər . Elə 1920-ci ildə də eyni formada hay vururdular. Şirin vədlər verirdilər ! Nəticəsi Nargin məzarlığı oldu !

    p.s.
    Stefan Zveing Jozef Fuşe haqqında yazdığı kitabda maraqlı nüans var. Napolionun 100 günlük hakimiyyəti sona çatanda, O, hakimiyyəti Jozef Fuşeyə təhvil verərək sürgünə gedir. Qısa bir müddətlik də olsa Fransa J.Fuşenin nəzarətində olur. Tarixin ironiyasına baxın ki, inqilabçı, kralın edamına səs vermiş biri, Robespieri edama aparmış, respublikaçı, Napoleonun polis naziri olmuş Fuşe, indiyənə qədər hakimiyyətdə təmsil olunmaq üçün cilddən cilidə girmiş və sonda müəllifin də qeyd etdiyi kimi “alçaq qəlbli insanlar azadlıqda qala bilmirlər, ilk fürsətdə öz sahibini axtarır. Fuşe həyatı boyu hamını satmışdı, ancaq o bu dəfə öz keçmişini satır və hakimiyyəti Burbonlara verərək, krala sadiq olacağına and içib polis naziri olur.


    Gündüz Sadiqov


© 2017 Milliyyətçi Hərəkat