ODKB-Rusiya məsələsi

    Kategori: Bloq Tarih: 10-09-2018, 01:24
    Təəssüflə qeyd etməliyik ki, son günlərdə bəzi Azərbaycan rəsmiləri və onlara bağlı yandaş mətbuat

    ODKB-Rusiya məsələsi


    ölkəmizin müstəqilliyinə və suverenliyinə təhdid olan ODKB/KTMT-yə daxil olmaq və/və ya Rusiya ilə “əməkdaşlığ”ımızı daha da genişləndirməyi nəzərdə tutan fikirlər irəli sürür, hətta bunu “vətənpərvərcəsinə” əsaslandırmağa da çalışırlar. Həmin “uzaqgörənlər”in ümumən tezisləri budur: ‘Ermənistanla Rusiyanın münasibətləri artıq pisdir. Ağıllı davranmaq gərək, Rusiya ilə münasibətlərimizi daha da istiləşdirməliyik. Bununla da Qarabağ münaqişəsində mövcud durum bizim xeyrimizə dəyişəcək’.

    Hazırda ölkəmizdə bu yöndə yandaş mətbuatda ciddi təbliğatın getməsi açıq-aydın bəllidir. Zənnimcə, “Rusiya Ermənistandan imtina etdi”, “Ermənistan Rusiyadan üz döndərdi”, “Rusiya Azərbaycanla razılaşdı” başlıqlı xəbərlərə etibarlılıq donu geyindirmək amacı ilə belə xəbərləri çürümüş, formal xarakter daşıyan qəzetlər yox, az-çox nüfuzlu sayt və özünü müstəqil jurnalist adlandıran kəslər yayırlar. Hətta buna “tarixi fürsət” deyən, Rusiya-Azərbaycan qardaşlığını (?!) tarix baxımından əsaslandırmağa çalışan dönüklər də oldu.
    Görünən nədir? Odur ki, bir neçə saat öncə Paşinyan rusiyalı həmkarı ilə görüşdü və “mətbuatdakı pessimizmə rəğmən Rusiya ilə münasibətlərin dinamik inkişaf etdiyini” bəlirtdi. Son 4 aydakı 3-cü görüşü isə “ölkələrarası münasibətlərin xüsusi xarakter daşıdığına görə” olması kimi dəyərləndirdi. Bundan əlavə, görüşdən sonra Nikol Paşinyan eks-prezident Sarqsyandan fərqli olaraq açıq-aydın “Artsaxın (Qarabağın — qeyd) Ermənistanın bir hissəsi” kimi gördüyünü söylədi. Üstəlik, Rusiya-Ermənistanın özəl layihəsi çərçivəsində Ermənistan Suriyaya humanitar yardım edəcək. Erməni prezidentin dediyinə görə, humanitar yardım Hələbdəki erməni icmasına yönəldiləcək və humanitar missiyanın nümayəndələri Ermənistan bayrağı altında fəaliyyət göstərəcək.

    Bütün bunları nəzərə alaraq demək olar ki, Paşinyan Putinlə danışıqlardan maksimum nəticəni əldə edə bilib:
    - Rusiya ilə birgə Suriyaya (ermənilərə) yardım edəcək. Ölkənin imicini qaldıracaq.
    - Danışıqlardan sonra Qarabağın gələcəkdə Ermənistanın bir hissəsi olaraq gördüyünü dedi.

    Bizim zurnalistlərin görüşdən öncə oxuculara sıramaq istədikləri “iddialar”, “etibarlı” xəbərlər isə gözlənildiyi kimi boşa çıxdı. Çünki bütün bunlar bir mərkəzdən idarə olunur və bilincli şəkildə edilir.


    Alparslan Öztürk

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib....

    Rusiya XİN: PKK və PYD terrorist təşkilatı deyil

    Rusiya Xarici İşlər Nazirliyi PKK və PYD -ni terror təşkilatı olaraq saymır....

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....



© 2017 Milliyyətçi Hərəkat