Əhatə dairəsi xaricindədir..

    Kategori: Bloq Tarih: 12-09-2018, 00:52
    Əfsuslar olsun ki, bu gün istər Azərbaycan İqtidarı, istər Müxalifəti, istərsə də QHT-ləri (Qeyri Hökumət Təşkilatı) bir mövzu və bir xətt üzərindən ictimai-siyasi fəaliyyətlərini aparırlar.

    Əhatə dairəsi xaricindədir..


    Hər tərəfli olmaq, daha geniş kütlələrə xitab etmək əvəzinə tək tərəfli hərəkət edirlər..
    Məsələn;
    Bu gün Qarabağ işğaldan azad edilsə fəaliyyət göstərən QHT-lərin demək olar ki, yarısından çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaqdır.
    Çünki, tək şaxəli yol ilə hərəkət edilir və məqsədə çatdıqdan sonra görüləcək heç bir iş qalmır.
    Qarabağ mövzusuna rəsmən qrant kimi baxan təşkilatlar yetərincə mövcuddur.

    Siyasi-ictimai həyata tipik müsəlman beyni ilə yaxınlaşırıq.

    " Bunu edək gerisi Allah kərimdir "

    Məsələlərə konseptual olaraq yaxınlaşıb pilləli şəkildə hərəkət etmək lazımdır.
    Məqsədlərə nail olduqca yeni hədəflər təyin edib və bu hədəflərə doğru ilk günkü əminliklə hərəkət etmək lazımdır..
    QHT demək təkcə qrant yeyib ictimai-siyasi sektorunun nümayəndələri ilə şəkil çəkdirmək demək deyil.
    Fəaliyyət göstərmək sırf xalqa xidmət etmək demək deyildir.
    Heç kəs QHT-lərin xidmət etməyinə bir şey deyə bilməz, şübhəsiz ki, hər bir QHT xidmət edir. Amma kimə?
    Əsas xalq üçün xidmətdir, birilərinə xoş olsun deyə addım atmaq və o atdığı addımla xalqa zərrə xeyri dəyməmək hətta ziyan vurmaq nəinki Vətənə xidmətdir əgər demək uyğun olarsa xəyanətdir.

    Qəbul etsək də etməsək də bu minvalla hərəkət edən QHT-lər yetərincə mövcuddur.
    Təbii ki bunların içərisində öz missiyasını layiqincə yerinə yetirməyə çalışanlarda var.

    Müxalif sıralarda da vəziyyət elədə ürək açan deyil.
    Ölkədə təşkil edilən mitinqlərə nəzər yetirdiyimiz zaman görəcəyik ki, bütün mitinqlərdə demək olar ki eyni sözlər işlədilir.
    İqtisadi və Siyasi dirçəliş haqqında xalqa təklif sunulmur. Milli mövzularımız olan Qarabağ, Güney Azərbaycan və bu kimi məsələlərə toxnulmur. Hakimiyyətdən dəyişiklik və demokratiya tələb edib lakin bir partiyaya illərdir sədirlik edən şəxslər var.
    Yəni hazirki müxalifətin ölkədə gələcək üçün irəli sürdüyü bir proqram yoxdur. Tək amal, tək hədəf indiki iqtidarı devirməkdir.

    Bəs sonra bəylər?
    Belə düşünək müxalifətin iqtidardan tələb etdiyi bütün məsələləri həll edəcək yeni bir iqtidar var və xalq olaraq yaşayış səviyyəmiz arzuolunanın üzərindədir müxalif partiyaların missiyası necə olacaq? Hansı yöndə fəaliyyət göstərəcəklər?
    Bəzi partiyalar var ki, hələ də partiya proqramı yoxdur...

    İqtidarında elədiyi siyası səhvlər kifayət qədər mövcuddur. Millət vəkillərinin və politoloqların çıxışları ölkənin siyasi elitasının hansı vəziyyətdə olmasına bariz nümunədir.
    Nə qədər ki, sovet təfəkkürlü insanlar var, nə qədər ki qurtuluşu başqalarının boyunduruğu altına girməkdə görənlər var, nə qədər ki anti milli ruhda uşaq tərbiyə edən ailələr var, nə qədər ki, hər gələn iqtidar özündən əvvəlki siyasi elitanın fəaliyyətni qaralamala və həyatda olanları təqib etməklə məşğuldur, nə qədər söz azadlığı demək olar ki, kağız üzərindədir elə o qədərdə vəziyyət bu cür olacaqdır.

    Hazır ki, iqtidarın bir qismini sevməmə səbəbimiz hədsiz dərəcədə Rusiya meyilli olmasıdır. Gəl ki, müxalifətin bir qismi də Avropa meyillidir. Bizim üçün iki tərəfdə qurtuluş deyil.
    Bizlər Milli hökumət,milli müxalifət arzusundayıq. Düşdüyümüz bütün çətinliklərdən yalnız Milli ruh sayəsində çıxa bilərik.
    İqtidarda bizimdir, müxalifətdə bizimdir!

    Hazır ki, İqtidar da, Müxalifət də hətta QHT-lər də milli mücadələnin əhatə dairəsi xaricindədir.


    Mərdan Orucoğlu


© 2017 Milliyyətçi Hərəkat