"Azərbaycan" sözünün işlədilməməsi gərəkən ifadələr

    Kategori: Bloq Tarih: 12-09-2018, 01:16
    Bütün problem anlamı Türkcə olmayan kəlimədən yola çıxaraq Türk millətinin dilinin, kimliyinin, tarixinin, ədəbiyyatının və kültürünün adını ifadə etməkdən yaranır.

    "Azərbaycan" sözünün işlədilməməsi gərəkən ifadələr


    Anlamı Türkçə olmayan bu kəlimə coğrafi termin olan “Azərbaycan” adıdır. Antik çağ, pəhləvi, erməni və gürcü qaynaqlarında Atropatakan, Aderbaygan, Adrpatakan, Adirpatianu, Adirbican ve s. formalarda keçən bu ad ən son ərəb işğalı zamanında ərəb yazılı qaynaqlarında onların tələfüz şəklinə uyğun olaraq “Azərbaycan” şəklini almışdır. Son zamanlar bəzi araşdırmaçılarımızın qaynaqlarda fərqli formalarda keçən bu adın ən son halı olan, daha doğrusu ərəb işğalı zamanı ərəblər tərəfindən “Azərbaycan” şəklində tələfüz olunan və qaynaqlara keçən “Azərbaycan” forması üzərindən yola çıxaraq sözün anlamını açıqlamağa və dahası kəlimənin birinci hissəsindəki “Azər” adından Türk boy adı yaratmağa çalışırlar. Bir sözün sonrakı yüzilliklərdə dəyişmiş tələfüz şəkli üzərindən yola çıxaraq etnik kökən arayışına çıxmaq acınacaqlı və gülünç bir durumdur. “Azərbaycan” adının söz açımı Türk dilində olsa belə bu ad millət adı deyildir, Türk millətinin tarixini, dilini, kimliyini bu adla ifadə etmək yanlışdır.
    İnsanlarımız da bu yanlışa inanıblar, hətta inanmaqdan ötə bu tarixi saxtalaşdırmanı özlərində müqəddəsləşdiriblər. Məsələn, bugün “Azərbaycan” adının Türkcə olmadığı demək belə əslində saxta tarix konsepsiyası ilə uyudulmuş millət içində təhlükəlidir. Təhlükəlidir, bu mənada ki, saxtalaşdırılmaları özlərində müqəddəsləşdirən toplumun kəskin qınağına tuş gəlinə bilər. Toplumu da qınamaq lazım deyil, tarixi o qədər yarımçıq yazılıb ki, toplum özündə yarımçıqlıq sindromu yaşayır və qeyri-ixtiyari olaraq öz varlığını təsdiq etmək üçün yalanlardan yapışır.

    1. Azərbaycan Tarixi ifadəsi.
    Bu yarımçıqlıq sindromu tarix dərs kitablarından və ölkədə tarix elminə olan yanaşmadan başlayır. İlk və ən böyük yanlışlıq Türk millətinin tarixini ifadə edərkən “Azərbaycan tarixi” ifadəsinin işlədilməsidir. “Azərbaycan tarixi” ifadəsi ilə biz yalnızca Azərbaycan coğrafi adının sınırları içərisində baş verən olayları öyrənirik. Türk milləti olaraq tariximiz bu sınırlardan kənara çıxmır və ona görə də millət olaraq qüdrətimizi, şöhrətimizi yalnızca bu torpaqlar içrəsində arayırıq. Təbii, Türk millətinin tarixinin bu torpaqlarda şanlı səhifələri vardır. Ancaq bu böyük Türk millətinin tarixini ifadə etməyə yetməz və tariximizi bir bölgəyə sıxışdırmış olarıq. “Azərbaycan tarixi” ifadəsi bütün hallarda elmi cəhətdən yanlışdır. Gəlin bu ifadənin mümkün olan iki halda əla əlınmasından yola çıxaraq bunu açıqlayaq.
    1. “Azərbaycan” sözünü coğrafi anlayış olaraq ələ aldıqda “Azərabycan tarixi” ifadəsi yanlışdır. On görə ki, biz bu zaman yalnızca bu coğrafyanın tarixini öyrənməliyik. Coğrafiya olaraq tarixini öyrənməyə başladığımızda isə bu bölgədə ilk dövlət qurumlarının yaranmasından başlayaraq bugünümüzə qədər olan tarixi öyrəncəyik və necə ki bugün bizə öyrədirlər. Bu zaman isə bir bütün olan Türk tarixi yarımçıq şəkildə və yalnızca bu coğrafiyaya aid olan hadisələri ilə öyrəniləcək. Bu yanaşma bir bütün olan Türk tarixini yarımçıq hala saldığı kimi Türk milləti olaraq bu coğrafiyada bizi də yarımçıq hala salır. Biz də millət olaraq bu yarımçıqlığı doldurmaq üçün bu coğrafiyanın bizə aid olmayan hadisələrini “Türkləşdiririk”. Bu yarımçıqlıq kompleksindən yaranır. Bunun başqa bir adı yoxdur. İnsanlarımız elə düşünür ki, “Azərbaycan” sözü Türkcə deyilsə biz Türk olmayacağıq və ya eramızdan əvvəlki dövrlərdə yaranmış hansısa dövlət Türk deyilsə biz Türk olmayacağıq. Bizim Türk milləti olaraq o qədər böyük tariximiz var ki, belə yanaşmalardan asılı qalmaq bizə yaraşmaz. Məsələni daha da aydınlaşdırmaq adına Türkiyəmizdən örnək verək. Türkiyədə bu gün istər akademiki istərsə də sıradan vətəndaşı şövqlə, sinəsini qabağa verərək “Biz 1071`də gəldik” deyirlər. Bu zaman da heç vaxt 1071-ci ildən qabaq Anadolu coğrafiyasında yaranmış mədəniyyətləri, yaşamış millətləri inkar etmirlər, nə də onları Türkləşdirmirlər. Hətta köhnə yunan adları daşıyan şəhər adlarını Türk dilinin tətləfüzünə uyğun bir şəkildə işlədirlər də. Kimsə də onlara bax bu şəhər adı qədim ermənicə, hiticə, yunancadır demir. Deməsinə də ehtiyac qalmır. Türklər özləri bunu deyirlər. Doğrudur, Azərbaycan adlanan coğrafyada Türklərin məskunlaşması eramızın əvvələrindən başlayır və bu məskunlaşma Səlcuq Türklərinin gəlişi ilə tamamlanır. Bizim məmləkətdə tariximiz sadəcə kiçik bölgəyə sıxışdırılaraq öyrədildiyi üçün biz yarımçıq qalırıq, yarımçıq qaldığımız üçün də bizə aid olmayanları Türkləşdirməyə çalışırıq və nəticədə saxta tarix orataya çıxır. Bu saxtakarlıq bizim heç də xeyirimizə olmur. Ancaq bilinməlidir ki, bugün quzeyli-güneyli Azərbaycan adlanan coğrafiyanın tam hüquqi və mənəvi sahibi Türk millətidir.
    2. “Azərbaycan” sözünü siyasi termin olaraq əla aldıq da yenə də “Azərbaycan tarixi” ifadəsi yanlış olar. Azərbaycan adı siyasi termin, yəni dövlət adı olaraq 1918-ci ildən başlayır, o zaman da gərək biz 1918-ci ildən bugünə olan tarixi dövrü öyərənək. Bu isə mükünsüzdür. Doğru olan ifadə isə Türk Tarixi ifadəsidir, yalnız bu adla bizim tariximiz və millətimiz bütünüylə ifadə edilə bilər.

    2. Azərbaycan ədəbiyyatı.
    Bu ifadə də “Azərbaycan tarixi” ifadəsi olaraq yanlışdır. Çünki, ədəbiyyat hər hansısa millətə məxsus olur, ədəbiyyatın daşıyıcısı və yaradıcısı millətdir bu baxımdan hər hanısa bir ədəbiyyatdan danışarkən o ədəbiyyatı təmsil edən və yaradan millətin adı işlədilməlidir. “Azərbaycan” adı millət adı olmadığı üçün “Azərbaycan ədəbiyyatı” ifadəsi də yanlışdır. Ən önəmlisi isə ədəbiyyatımız Türk ədəbiyyatıdır. Biz ədəbiyyatı bölgə edı ilə ifadə edə bilmərik. Məsələn Türkmənistanda, Türkiyədə, Kərkükdə bilinən və yaşayan Dədə Qorqud, Koroğlu və s. dastanları biz heç bir haqla “Azərbaycan ədəbiyyatı” adı altında ifadə edə bilmərik. Dədə Qorqud dastanı Azərbaycanda yaşayan Türklərin də ədəbiyyatıdır ancaq biz bunu bu adla ifadə edə bilmərik. Biz, Fizulini, Yunus Əmrəni, Nəsimini bir bölgəyə sıxışdıra bilmərik. Nağıllarımızın, bayatılarımızın, sayaçı sözlərimizin kökləri, izləri Türkitsan, Anadolu, Sibir və s. kimi geniş coğrafiyalarda yaşadığı halda biz bunları sadəcə “Azərbaycan ədəbiyyatı” olaraq ifadə edə bilmərik. Doğru olan ifadə “Türk Ədəbiyyatı” ifadəsidir ki, yalnız bu adla ədəbiyyatımız bütün olar.

    3. Azərbaycan bayrağı.
    Bayraq, dövləti təmsil edən millətin kimliyini gəstirir. Bu səbəbdən bayrağa onu təmsil edən millətin adıyla Türk bayrağı deyilməlidir. Bir haldakı bayrağımızda millətimizin kimliyinin simgəsi olan rəng bizə bunu deməyə əsas verir. Bayrağımız multukulturalist yöndən icad edilmiş qarışıq rənglərdən ibarət bir bayraq olsaydı buna ölkə adından yola çıxaraq ümumi ad olaraq “Azərbaycan bayarağı” demək olaradı. Ancaq bu bayraq Türk milli kimlliyinin ifadəsi olduğu üçün buna Türk bayarağı deyilməlidir. Əslində “Azərbaycan bayrağı” ifadəsini işlətmək o qədər də xətalı olmazdı... O zaman ki, bizim məmləkətdə Türk millətinin kimliyi, dili, tarixi və s. düzgün doğru adla ifadə edilsəydi. Bizim dilimizin, kimliyimizin adı coğrafı adla ifadə edildiyi üçün bayrağımızın da adını bu siyasətlə “Azərbaycan bayrağı” olaraq ifadə edirlər.

    4. Azərbaycan xalqı.
    Bu ifadə də problemlidir. Problem burada işlədilən “xalq” sözündədir. Çünki, “xalq” sözü bir çox mənada işlədilir. 1. Bir ölkədə yaşayan, eyni kültürün daşıyıcısı olan və eyni soydan gələn insanlar birliyi. Türk xalqı. 2. Eyni soydan gələn, ancaq fərqli ölkələrdə yaşayan insan topluluğu. Türk xalqları. 3. Bir ölkə daxilində yaşayan və fərqli soylardan gələn insanların birliyi. Azərbaycan xalqı. 4. Kiçik bir bölgədə yaşayan insanların cəmi. Məsələn, bir kəndin, şəhərin xalqı. Azərbaycan xalqı ifadəsini işlədərkən sıraladığımız anlamlar içərisindən yalnızca iki məna nəzərda tutula bilər: A) Bir ölkədə yaşayan, eyni kültürün daşıyıcısı olan və eyni soydan gələn insanlar birliyi. Türk xalqı. B) Bir ölkə daxilində yaşayan və fərqli soylardan gələn insanların birliyi. İndi biz “Azərbaycan xalqı” deyərkən bunlardan hansını nəzərdə tuturuq? Birincini, A) variyantını nəzərdə tuturuqsa “Azərabycan xalqı” ifadəsini işlətməyə gərək qalmır və bu halda bu ifadə anlamsız olur. Yəni Azərbaycanda yaşayan və eyni soydan gələnləri ifadə etmək üçün soy adı bildirməyən “Azərbaycan xalqı” ifadəsi yox elə Türk xalqı ifadəsi işlədilməlidir. Bu halda xalq sözü yerində və doğru işlədilmiş olar. İkinci mənada B) variyantından bir ölkə daxilində yaşayan ancaq fərqli soylardan gələn insanlar üçün “Azərbaycan xalqı” ifadəsini işlətmək bir yerə qədər doğru olar, ancaq bu yanlışlıqlara yol açacaq. Bu yanlışlıqlar “Azərbaycan xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti ifadələrində özünü göstərəcək. Tarix, mədəniyyət, ədəbiyyat hər millətin ayrıca özünün olduğu üçün qarışıq anlam ifadə edən “Azərbaycan xalqı” ifadəsinin mədəniyyəti, tarixi, dili olmaz. Bu fərqli soylar içərisində kimin tarixi, mədəniyyəti, ədəbiyyatı nəzərdə tutulacaq? Hər şey yenə dönüb dolaşıb “Azərbaycan” adının etnik kimlik, millət adı ifadə etməməsinə gəlir çıxır.

    5. Azərbaycan dili.
    Dil məsələsi də hər kəs üçün açıq aydın bir məsələdir. Bu yanlışlığı hər kəs görür. Özəlliklə də Azərbaycan Milli Elmlər Akademiyasını işğal edən və “Azərbaycan dili” ifadəsinin doğru olduğunu savunan saxtakarlar. Bugün ölkədə danışdığımiz dilin Türk dilinin hansı qrupuna, şöbəsinə və s. aid olduğu yazmağa belə gərək yoxdur. Bunlar orta məktəbdə “Azərbaycan dili” kitablarında yazılır şagirdlər üçün. Bir məsələyə diqqət edək, Türkcəmizin adı tarix boyu hansı vaxtlarda dəyişdirildi? 1918-ci ildə Cümhuriyyətimiz zamanında dilimizin adı Türkcə olaraq rəsmiyyətə keçdi və bu durum Stalin hakimiyyətinə qədər davam etdi deyə bilərik. Stalindən sonra Sovet işğal rejimi dağılana qədər dilimiz “Azərbaycan dili” adlandırıldı. Bağımsızlığımızı qazandıqdan sonra Ə.Elçibəyin zamanında yenidən dilimiz öz doğru adıyla Türkcə olaraq adlandırıldı. Ə.Elçibəydən sonra isə yenə dilimizin və kimliyimizin adı dəyişdirildi və Stalin zamanındakı kimi adlandırıldı. İndi günümüzdə dilimizin “Azərbaycan dili” olduğunu söyləyən fasonlu ədəbazlar Stalin yolçuları deyillər mi?



    Odər Əlizadə MGT Türkiyə rəhbəri.


© 2017 Milliyyətçi Hərəkat