“ Sıxıntınız olarsa, mən buradayam! ”

    Kategori: Bloq Tarih: 7-10-2018, 01:50
    Türkiyə lider dövlət olma şərtlərini yerinə yetirmə çabasındadır. Milliləşmə, ordu, istehsal, elmi-texniki inkişaf, rəqabət və digər lider dövlətə qarşı çıxmaq.

    “ Sıxıntınız olarsa, mən buradayam! ”


    Öncəki şərtlər olduğu təqdirdə digər lider dövlətə qarşı çıxdıqda çox şey itirməz və tək qalmaz. Türkiyənin bu yolda qət edəcəyi hələ çox yolu olduğundan lider dövlət olan Amerikaya qarşı çıxdıqda bu prosesin mənfi nəticələri iqtisadiyyata təsirini artıqlamasıyla göstərdi.
    Siyasət və iqtisadiyyat qavramı bir-biri ilə iç-içə anlayışlardır. Tarix boyu bütün maraqlar iqtisadiyyat üzərinə qurulub. Hər hansı bir yerə iqtisadi maraq olduqda siyasi bəhanə ortaya atılır və işğal edilərək resurslar mənimsənilir. Həmçinin siyasi anlaşmazlıq olduqda iqtisadiyyat üzərindən təzyiq də edilir, eyni Amerikanın dolların gücündən yararlanması kimi.
    Türkiyə Feto ilə qərarlı mübarizəsinə davam edərkən rahib Brunsonun Feto cəsusluğu dolayı olaraq Amerika cəsusluğu ifşa edilir. Beləliklə, çevriliş cəhdinin iqtisadiyata vurduğu zərər azmış kimi iqtisadiyyata Brunson zərbəsi də dəyir və heç də xoş olmayan zərər rekordları ortaya çıxır.

    - Türkiyə zərərlərinin artmaması adına Brunsona azadlığını verəcək mı?
    - 13 oktyabr səhəri Brunson üçün günəş doğacaq mı?

    12 oktyabrda məhkəməsi olan Brunson’un ABŞ ilə iqtisadi münasibətlərini düzəltməyə çalışan Türkiyə tərəfindən azadlığa buraxılması gözlənilir. Əslində Türkiyə iqtisadi təzyiqlərə çox dirəndi, lakin yetərsiz iqtisadi çarə girişimləri heç bir fayda vermədi, dollar gün keçdikcə daha da artdı, lirə dəyər itirərək, inflyasiya artaraq rekord vurdu. Xalqın bir hissəsi çarəni “ iphone “ almamaqda gördü, bir hissəsi dollar yandırmaqda. Son olaraq Ərdoğan 19 sentyabrda amerikan iş adamları ilə iclas etdi. Bu iclasda bir sıra vədlər verildi. Ərdoğan iclası “ Siyasət ilə iqtisadiyyatı qarışdırmayacağıq. Özünüzü ölkənizdə kimi hiss edin. Sıxıntınız olarsa, mən buradayam. “ sözləri ilə bitirdi. İclasın ardından lirə nisbətən dəyər qazanaraq, 5.98 səviyyələrinə çatdı. İrəli də Ərdoğan amerikan şirkətlərinin sıxıntısına çarə olarmı bilinməz, amma Ərdoğan bu iclasın faydasını elə iclasdan sonra gördü. Ardınca Türkiyə iqtisadiyyatını amerikan şirkəti Mckinsey şirkətinin hazırladığı plan əsasında idarə edəcəyini açıqladı. Dövləti Feto’dan təmizləməyə çalışan Türkiyə, iqtisadi sirlərini Mckinsey’ə mi verəcək?! Bu və ya bənzəri suallar artdıqca Ərdoğan Mckinsey ilə fikri danışmanlıq olmayacağını bildirdi. Bu açıqlama ilə belə nəticəyə gəlmək olar ki, Türkiyənin Mckinsey ilə əməkdaşlıq etməkdə məqsədi investorların kapitalının Türkiyəyə yatırım etməsinə nail olmaqdır. Mckinsey qərarı da bir nəbzə də olsa lirəyə dəyər qatsa da, inflyasiya sentyabr ayı üçün 6.3% olaraq, son 17 ilin ən yüksək göstəricisi ünvanını qazanmışdır. İllik inflyasiya da son 15 ilin rekordunu əldə edərək 24.52% olmuşdur. Fətullah Gülənə qarşı Brunsonu əlində tutan Türkiyə hökuməti qəbul etməlidir ki, ABŞ Fətullah Gülənlə işi bitmədən onu Türkiyəyə verməz, amma Brunsonu almaq üçün daha da ağır sanksiyalar qəbul edə bilər. Məhkəmənin yaxınlaşması ilə lirənin günlük olaraq az-az dəyər itirməsi gözlənilir və bununla ABŞ edəcəklərini, Türkiyənin necə böyük risk alacağını nümayiş etdirəcək. Rahib Brunsonu lirədən daha önəmli və dəyərli görən ABŞ Brunsonun azadlığa çıxması nəticəsində Türkiyə ilə iqtisadi münasibətlərini nisbətən normallaşdıra bilər. Brunsonun azadlığı nəticəsində lirənin bir qədər dəyər qazanması gözlənilir. Yaxşı hal olaraq lirə maksimum 4 səviyyələrinə qədər çata bilər. Məhkəmədən olan gözləntilər Brunsonun Amerikaya hədiyyə olunması yolunda olsa da, əks qərar çıxması halında lirənin ucuzlaşması daha bir rekord qıra bilər. Indi isə sayılı günlər qalan məhkəmədən çıxan nəticəni gözləyək...


    Sənan Əhmədli
    Dövlət İdarəçilik Akademiyası tələbəsi

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....



© 2017 Milliyyətçi Hərəkat