Amerikanın müsəlman ölkələrinə müdaxilə səbəbləri

    Kategori: Bloq Tarih: 11-10-2018, 23:56
    Amerika terror qruplaşmaları ilə mübarizə,əhalinin təhlükəsizliyini qorumaq və sairə bəhanələrlə bir çox müsəlman ölkəsinə(Suriya, İraq, Əfqanıstan, Liviya) qoşun yeritmişdir.

    Amerikanın  müsəlman ölkələrinə  müdaxilə  səbəbləri


    Bir çox siyasətçilər düşünür ki,Amerikanın bu ölkələrə hücum etmə səbəbi bu ölkələrdə istehsal olunan neftdir.Amma əsas səbəb bu ölkələrin mərkəzi banklarının Dünya Mərkəzi bankından asılı olmamasıdır.Bu fikrimizi əsaslandırmaq üçün İraq lideri Saddam Heseynin devrilmədən öncə etdiklərini yadımıza salaq.Bu dövrlərdə Səddam neft satdığı ölkələrdən ABŞ dolları əvəzinə Avro istəmişdi.Sonraki dövrdə İraq Amerika tərəfindən işğal olunanda ilk öncə İraq mərkəzi bankı yağmalanmışdı və İraq mərkəzi bankı yenidən qurulmuşdu.Bu bank Dünya mərkəzi bankına daxil edilmişdi.Liviya diktatoru Qəddafi isə daha irəli gedərək Afrikada qızıl dinar adlı vahid pul sistemini qurmağa çalışmışdı.Qəddafinin etdiyi çox böyük səf idi.2010-cu ilin sonunda Ərəb baharı adlanan dövrdə Liviyada da Qəddafiyə qarşı üsyanlar başlamışdı.Bu üsyanların əsas səbəbi kimi 2010 cu ildə qeft qiymətlərinin aşağı düşməsindən sonra xalqın vəziyyətinin pisləşməsi əsas götürülürdü.Ancaq Qəddafinin liderliyi dövründə əhaliyə aşağıdakı güzəştlər edilirdi: Benzin sudan ucuz idi ,1 litr benzin - 0,14 dollar idi. Yeni evlənənlərə mənzil almaq üçün 64000 dollar verilirdi. Təhsil və müalicə tamamilə pulsuzidi. İşsizlik müavinəti - 730 dollar idi. Hər yeni doğulan şəxs üçün 7000 dollar ödənilirdi. Şəxsi biznesin qurulması üçün birdəfəlik 20000 dollar maddi yardım edilirdi. Böyük vergi və rüşvət qadağan edilmişdi. Adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyəri - 14192 dollar idi. Elektrik enerjisi üçün əhali ödəniş etmirdi. Qəddafinin zamanında Liviyanın cənubunda yaşayan zəncilər insan hüquqları əldə etmişdilər. Onun qırx illik hakimiyyəti ərzində Liviya əhalisi üç dəfə artmışdı. Uşaqların ölüm faizi 9 dəfə azalmışdı. Ölkədə uzunömürlülük 51,5-dən 74,5 ilə qədər artmışdı.Deməli üsyanların başlama səbəbləri əsassız idi.Buradada əsas məqsəd Liviya mərkəzi bankınin Dünya mərkəzi bankına tabe edilməsi idi.Bunu üsyanın ilk günlərində görmək olardı,belə ki,usyançılar ilk günlərdə Liviya mərkəzi bankını talan etdilər və Dünya mərkəzi bankına tabe olan yeni mərkəzi bank yaradıldı.Bütün bu işlərdə Amerika üsyançılara yaxından kömək edirdi.
    Amerikanın yeni hədəfi isə Türkiyə cümhuriyyətidir. Son dövrlərdə Türkiyə iqtisadiyyatı çox sürətlə inkişaf edir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, alıcılıq qabiliyyəti pariteti ilə Türkiyədə adambaşına milli gəlir 25 min dolların üzərinə çıxıb. Bu rəqəmlə Türkiyə 13-ci böyük iqtisadiyyatı olub.
    Türkiyə həmçinin terror qruplaşmaları ilə effektiv mübarizəni davam etdirir. Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi.Zeytun budağı əməliyyatı və ya Afrin əməliyyatı, Afrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Afrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Afrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır.
    Türkiyənin bu qədər aktivləşməsi Amerikanı narahat edir.Və bəhanələrlə Türkiyəyə əngəl törətməyə çalışır.Bu əngəllərdən biri rahib Brunsondur. Türkiyə məhkəməsi FETO qruplaşması ilə əlaqəsinə görə Brunsonu həbs etmişdir.Amerika prezidenti Donald Tramp Türkiyədən rahibin azad buraxılmasını tələb etmişdir. Lakin R.T.Ərdoğan rahib Brunson-nun azadlığa buraxılmayacağını elan etmişdi.Bu hadisə iki ölkə arasında munasibətlərin pisləşməsinə səbəb olmuşdur. Amerika Türkiyəyə qarşı muxtəlif sanksiyalar tərtib etmisdir.Bunun nəticəsində Türkiyənin milli vlyutası 3 dəfədən çox dəyər itirmişdir.Mənim fikrimcə bu məsələdə Amerika səhf mövqe tutur.Çünki Türkiyədə çevrilişə cəhd etmiş Fətullah Gülən Amerikanın Pensilvaniya ştatıda yaşayır. Türkiyənin müraciətlərinə baxmayaraq Amerika F.Güləni Türkiyəyə təhvil verməyib. Amerika həmişə özünün haqlı olduğunu hesab edir lakin bu yanlışdır. Amerika güclü düvlətdir deyə hər istədiyini edə bilməz.Türkiyənin qanunları var və hər bir ülkə bu qanunlara hörmət etməlidir.

    Şahlar İsazadə

    Amerika ordusu Suriyaya daxil oldu

    Amerika ordusu İordaniyadan Suriya ərazisinə keçməyə başladı....

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:...

    Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda

    Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur....

    İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub

    Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra...



© 2017 Milliyyətçi Hərəkat