Qəlbinizdəki cəmiyyətə ehtiyacımız var

    Kategori: Bloq Tarih: 12-10-2018, 21:09
    İnsan daim keçmişə qayıtmaq, etdiyi səhvləri düzəltməyin və ona qarşı olunan səhv hərəkətlərə "kaş belə edərdim"in arzusunda olur. Sözsüz ki, hər bir şəxs müəyyən müddət keçdikdən,

    Qəlbinizdəki cəmiyyətə ehtiyacımız var


    təcrübə topladıqdan sonra etdiyi bəzi düzlərin səhv və ona olunan bəzi yaxşılıqların pislik olduğunu başa düşür. Lakin mənəviyyat olan yerdə aldatmağa və ya aldanmağa lazım təcrübəyə ehtiyac qalmır. Yəni, əgər sən mənəviyyatlısansa, canlıları, insanları, insanlığı, xeyirxahlığı sevirsənsə, hər şey sənin üçün qarşılıqlı olacaq və sən həyatda digərlərindən daha təcrübəliyəm, onlardan ağıllıyam deyib onların haqqına girərək öndə olmaq arzusunda olmayacaqsan. Haqsız olsa belə, azlıq çoxluğa tabe olur, yəni bir neçə insan bir cəmiyyətdir, cəmiyyətin fikri də çoxluğun fikrinə əsaslanır və çalışmaq lazımdır ki, kəmiyyət yox keyfiyyət yüksək olsun.
    Əksər bazarlarda, ticarət mərkəzlərində gündəlik şahidi olduğumuz satıcı davranışı. Satıcılar ancaq mənfəətliliyi məqsəd qoyduqları zaman qeyri-etik davranışlara ünsiyyətə yol verir, alıcı məmnunluğunu unudurlar, istər iqtisadi cəhətdən, istərsə də sosial cəhətdən satıcının gələcək fəaliyyəti üçün mənfi təsirlərə səbəb olur. Başqa bir sahəyə baxaq, məsələn, ictimai nəqliyyat xidmətinə. Nəqliyyat vasitəsi sanki, müharibə meydanıdır, hər iki tərəf qarşı tərəfin səhv etməsini gözləyir. Düzdür, sərnişinlərdən də çox şey asılıdır, amma insanlar sərnişin kimi nəqliyyat vasitəsində olduqları müddətdə sürücünün rəhbərliyindədirlər və o, əsas idarəçilik təminatçısı kimi çıxış edir.
    Bu iki sahənin timsalında cari dövrdə cəmiyyətimiz bəzi şəxsi maraqlar naminə bir çox belə hadisələrlə qarşılaşır. Bu kimi problemlərə diqqətsiz qalmamalı, müəyyən dərəcədə həllinə çalışmalı, istər sürücülər, istərsə satıcılar və bu kimi digərləri müəyyən sahə ilə məşğul olmazdan əvvəl, mədəni-psixoloji sistemli dərslər almalı və ondan sonra fəaliyyətə hazır olmalıdır.
    Hər kəs yalnız özünün deyil, cəmiyyətinin digər üzvlərinin qayğısına qaldığı zaman cəmiyyət daha yaxşı inkişaf edər!


    Bağırov Mirkazım
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

    Kredit sistemi

    Kredit Sisteminin fəlsəfi konteksdə analizi....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat