Tolerantlıq nədir?

    Kategori: Bloq Tarih: 28-10-2018, 22:25
    Qloballaşma ikiqütblü dünyamızı birqütblü kənd halına gətirdi.

    Tolerantlıq nədir?


    Bu kənddə yaşayan əhali də fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Belə yerdə yaşayanlar üçün “başqaları” olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti yaranır. Bu ehtiyac tolerantlıqdır. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır.Tolerantlıq həmçinin din və vicadan azadlığıdıdir.Bizim adətlərimiz ,dəyərlərimiz başqaları üçün qəbuledilməz ola bilər eyni zamanda bizim fikirlərimiz başqaları üçün cəhalət sayıla bilər.Bütün bunlara baxmayaraq biz bir-birimizə səbirlə,dözümlü şəkildə yanaşmalıyıq.Bu məsələdə doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır.Tolerantliq mənimlə eyni fikrə mənsub olmayan insanlra qarşı hislərimi cilovlamaq aqressivliyini gizlətmək deyi,l tolerantlıq ona insan olduğu üçün dəyər verməklə bağlıdır. Tolerantlıq birtərəfli deyil, çoxtərəfli münasibətləri həlqəsinin təzahürüdür.
    Tolerantlıq bəzəndünyagörüşünün prizması kimi başa düşülür. Hər bir digər prizmalar kimi, tolerantlıq da müxtəlif bucaqlar altında sındıraraq həqiqəti təhrif etdirir. Lakin bundan əlavə tolerantlığın özü “yad” dünyagörüşü prizmaları tərəfindən təhrif olunur.“Yad” anlayışına yad insan, yad həyat tərzi, yad ideologiya, yad mədəniyyət, bir sözlə, özünə münasibətdə yadlıq göstərən yad subyekt uyğun gəlir Tolerantlıq anlayışının yaranma səbəbləri: bu anlayış orta əsrlərdən etibarən Avropada formalaşmağa başlayıb. Belə ki, əvvəllər köhnə qitədə tolerantlıq məsələsinə əxlaqi fəzilət, qeyrixristian və ya bidətçi ehkam, ayin, inancların etirafı kimi yanaşılıb. Ümumiyyətlə, tolerantlıq anlayışının uzun dövr ərzində formalaşmasında təkcə zaman deyil, həm də tarixi hadisələr böyük rol oynayıb. Bu baxımdan tolerantlığı Avropada gedən proseslərin məntiqi nəticəsi kimi də qəbul etmək olar. Həmin proseslərin başlanğıc nöqtəsi isə xristianlıqda aparılmış reformasiya, daha konkret desək, protestantlığın meydana gəlməsidir. Belə ki, protestantların sayının çoxalması Avropada hakim olan katolik məzhəbini, xüsusilə Vatikanı ciddi narahat edirdi. Bir çox hallarda bu narahatlıq sərt və amansız münasibətlə müşayiət olunurdu. Protestantların sayının artması bir tərəfdən məzhəblərarası münasibətlərin gərginləşməsinə səbəb olur, digər tərəfdən isə ağıllı insanları sülh yaratmağa və çıxış yolu tapmağa sövq edirdi. Bu baxımdan tolerantlığı Avropanın məzhəblərarası müharibələrdən xilas yolu kimi də qəbul etmək mümkündür. Əslində, bu, həm də dini dözümlülük anlayışının ilk dəfə fərqli dinlər arasında yox, məhz xristian dünyasında məzhəblərarası münasibətlər müstəvisində formalaşdığını deməyə əsas verir.

    Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etmişdir ki, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir. Müsəlmanlar İslamın erkən dönəmindən etibarən fərqli dinlərə mənsub insanlarla bir yerdə yaşama təcrübəsinə malik olmuşlar.Quranda da deyildiyi kimi dində zorlama yoxdur hökmü insanların başqa dinə mənsub olan insanlarla bir yerdə yaşamasına yardımcı olmuşdur.Müsəlmanların yaşadıqları ərazilərdə xristiyanlar ,yəhudilər və digər dinlərə mənsub insanlar rahatlıqla sərbəst şəkildə yaşaya bilmişlər.Ancaq bu gün gəldiyimiz nöqtədə insanlar bu ənənələrini unutmağa başlayırlar.Daha öncə fərqli dinə mənsub insanlarla birgə yaşamaq təcrübəsi olmayan avropalılar heç buna cəhd belə etmək istəmirlər.Halbuki insanın gələcəyi fərqliliklərdən öncə insanın insan olmasının ozü-özlüyündə dəyər olmasını qəbul etməklə bağlıdır.İnsan əgər öz şəxsiyyətini alçaldırsa belə bir yerdə dindəndanışmaq da mənasız olardı.

    Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur.Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olmuşdur.

    Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
    Heydər Əliyev

    Tolerantlıq bu gün mütərəqqi dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biridir. Çünki bəşəriyyətin gələcəyi tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır. Dünyada yüzlərlə din, məzhəb və təriqət var, eyni zamanda, minlərlə xalq və etnik qrup mövcuddur. Amma insanlar yalnız bir planetdə yaşaya bilərlər: Yer kürəsində. Deməli, yüzlərlə dini etiqadın və minlərlə etnik qrupun nümayəndələri Yer kürəsini bölüşməyə məhkumdurlar.Təbii ki ,bunu sülh şəraitində etmək zəruridir. Bu səbəbdən insanları dininə, etiqadına, adətlərinə, fikirlərinə muhakimə etmək olmaz, inasanlara insan olduqları üçün dəyər vermək lazımdır.


    Əsmər Həziyeva


© 2017 Milliyyətçi Hərəkat