İntibah dövrünün filosofları Tomas MoR və Tomazzo Kampanella

    Kategori: Bloq Tarih: 10-11-2018, 22:28
    XIV-XV əsrlərdən başlayaraq Avropa ölkələrində bir sıra ciddi dəyişikliklər başlayır.

    İntibah  dövrünün  filosofları Tomas MoR  və Tomazzo Kampanella


    Bu dəyişikliklər tarixə İntibah adı ilə düşmüş dövrün başlanğıcıdır. İntibah dedikdə inkişaf,çiçəkləmə,dirçəliş hesab olunur. Aralıq dənizi hövzəsində ticarətin çiçəklənməsi, bu regionda əlverişli coğrafi mövqeyə malik olan İtaliyada şəhər respublikaların sürətli inkişafını şərtləndirir. Nəhəng kəşflər bir-birini əvəzləyir: kitab çapı; odlu silah; Kolumbun Amerikanı kəşf etməsi; Vasko de Qamanın Afrikanı dolanaraq Hindistana gedən dəniz yolunu tapması; Magellanın dünya səyahəti ilə Yerin kürə formasında olmasını əyani şəkildə sübut etməsi; coğrafiya və kartoqrafiyanın elmi fənn kimi formalaşması və.s bu kimi önəmli proseslər baş verir. İntibah (çiçəkləmə) dövrünün ən görkəmli filosoflardan biri də Tomas Mor olmuşdur (1478-1535). Londonda hüquqşünaslar ailəsində anadan olmuş, ilk təhsilini dini məktəbdə alsa da, sonralar Oksford Universitetində təhsilini davam etdirmişdir. Tomas Morun məşhur əsəri “Utopiya”nı qeyd etməmək olmaz. Bu əsər Tomas Mora ümumavropa məşhurluğu gətirmişdir. Əsas sosial-siyasi baxışları yazdığı “Utopiya” (yun. utopos –olmayan yer) əsərində ideal dövlət modelini göstərməyə çalışmışdır. Utopiya sözü bir çoxlarımıza məlum olan sözdür.Hansı ki olmayan bir fikri,bir şeyi qeyd edərkən utapik fikir,söz,bir şey və.s bu şəkildə ifadə olunur.Məhz Morun da əsərində olmayan,onun özündə ideal hesab etdiyi bir cəmiyyət formalaşır. O, iddia edirdi ki: “Harada ki, xüsusi mülkiyyət var, harada ki, hər şey pulla ölçülür, orada dövlət işlərinin uğurlu gerçəkləşməsi çətin ki, mümkün olsun”.

    Onun “Utopiya”da təsvir etdiyi ölkədə hamı öz bacarığı və zövqünə görə çalışır, tələbatına görə alır. Ölkədə nə varlı var, nə də kasıb, çünki bu ölkə əhalisinin birgə əməyinin ümumi məhsulu hamıya məxsusdur. Hamının əməklə məşğul olması, bütün əhalinin bolluq içərisində yaşamağa imkan verir, ona görə də altı saatlıq iş günü müəyyənləşdirilir. Qadın və kişilər bərabər hüquqlara malikdir. «Utopiya» ideal respublikadır, burada hamı qanun qarşısında bərabərdir və hamı ahəng və sülh şəraitində yaşayır. Tomas Mor vicdanlı, öz ölkəsinə sadiq insan idi. O, çox böyük mənəvi miras: o cümlədən, çoxsaylı nitqlər, poemalar, epiqramlar, mənzum əsərlər qoymuşdur. İdeal cəmiyyətin digər nümayəndəsi italiyan filosof və şairi T.Kampanella (1568-1639) olmuşdur. Ömrünün 27 ilini zindanda keçirən Kampanella ictimai-siyasi fikir tarixinə əsasən yazdığı “Günəş Şəhəri” əsəri ilə düşmüşdür. Əsərdə hadisələr fantastik günəş şəhərində baş verir. Bu şəhərin sakinləri –solyarilər sosial ədalət prinsipinə əsaslanmış ideal cəmiyyət qurmuş, həyat və əməkdən zövq alaraq xoşbəxt ömür sürülər. Kampanellaya görə Günəş Şəhərində bütün sosial ədalətsizliklərin mənbəyi olan xüsusi mülkiyyət yoxdur. Hər bir solyari məhsuldar əməklə məşğul olur, bu əməyin nəticəsi cəmiyyətin ümumi mülkiyyəti olur, sonra isə onun üzvləri arasında bərabər bölünür. Əməklə bərabər təhsilə də böyük önəm verilir. Burada əsas diqqət uşaqların tərbiyəsinə yönəldilir: yeni doğulmuş uşaq valideynlərindən alınaraq xüsusi məktəblərdə tərbiyə edilir, müxtəlif elmi biliklərə yiyələnir, kollektiv həyata alışdırılır və onlara Günəş Şəhərinin digər qaydaları öyrədilir. Günəş Şəhəri də bir növ Morun utopiyasına uyğun gəlirdi. Yəni mövcudluğu bir o qədər mümkün olmayan ideal cəmiyyəti göstərməyə çalışmışdır. Hansı ki hamı bərabərdir,hər şeyin insanlar arasında bərabər bölüşdürülür və.s


    Əliyeva Mələkzadə
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi

    KORPORATİZM

    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif düşüncələrini formalaşdırmış,...

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...



© 2017 Milliyyətçi Hərəkat