Azərbaycanda Ağır Sanəyenin Strateji Yol Xəritəsi

    Kategori: Araşdırma Tarih: 16-11-2018, 23:42
    Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsinin inkişafı üçün münbit şərait mövcuddur.

    Azərbaycanda  Ağır Sanəyenin Strateji Yol Xəritəsi


    İxtisaslı kadr potensialı, yenilənən infrastruktur, işləyən institutlar və yaxşılaşan biznes mühiti sahənin əsas təminatıdır. Ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 2016-cı ildə qəbul edilmiş sənədlər və görülmüş tədbirlər sənaye sahəsinə investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, metallurgiya, maşınqayırma, kimya sənayesi sahələrinə investisiya yatıraraq yeni istehsal obyektləri quran fiziki və hüquqi şəxslər geniş vergi və gömrük güzəştlərindən faydalana bilərlər. Qeyd olunan tədbirlər ölkənin ağır sənaye və maşınqayırma sektorunun inkişafına əhəmiyyətli təsir edəcəkdir. Ağır sənaye və maşınqayırmanın dayanıqlı inkişafını təmin etmək üçün bundan sonra da metallurgiya və neft-kimya sahələri baza məhsullarının təchizatçıları olaraq diqqətdə saxlanılacaq, maşınqayırma kompleksində yeni, əlavə dəyəri yüksək olan məhsulların mənimsənilməsi və keyfiyyət standartlarının yaxşılaşdırılması məqsədilə tədbirlər görüləcəkdir.
    Düşünülmüş dövlət siyasətinin reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da sənayenin bütün sahələrinin inkişafına şərait yaratmışdır. Son on ildə sənayenin həcmi iki dəfəyə yaxın artmışdır ki, bu da əsasən qeyri-neft sənayesi hesabına baş vermişdir. Belə ki, son illərdə qeyri-neft sənayesinin artım tempi davamlı olaraq ümumi sənayenin artım tempini üstələyir. Dünya iqtisadi böhranının davam etdiyi 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faizlik artım nümayiş etdirmişdir. Qeyri-neft sənayesinə daxil olan metallurgiya və maşınqayırma sahələrində də son on ildə ciddi irəliləyiş müşahidə olunmuşdur. Belə ki, bu dövrdə maşınqayırma sənayesində məhsul istehsalı 15 dəfəyə yaxın artmış, sahənin qeyri-neft emal sənayesində payı 21,5 faizə çatmışdır.5 Təkcə 2015-ci ildə maşınqayırma sənayesi sahələrinin istehsal etdikləri məhsul və xidmətlər iki dəfə çoxalmışdır. Bu artımda maşınqayırma kompleksinin vacib sahəsi hesab olunan maşın və avadanlıq quraşdırılması və təmirinin, habelə elektrik avadanlıqları istehsalının böyük rolu vardır.
    Azərbaycan iqtisadiyyatında mühüm yer tutan ağır sənaye və maşınqayırma sektoru, 2015-ci ilin məlumatlarına əsasən, 1 milyard 160 milyon manatlıq istehsal həcminə malik 258-dən çox təsərrüfat subyektindən ibarətdir və burada 21,1 min işçi çalışır. Azərbaycanda neft maşınqayırması məhsullarının böyük hissəsi “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrdə istehsal olunur. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 649 nömrəli Sərəncamı ilə yaradılmışdır. Cəmiyyət 100-ə yaxın çeşiddə və 600-dən artıq növ və ölçüdə maşın və avadanlıqlar, alət və ehtiyat hissələri istehsal edir. Kompleksə 9 zavod və 4 elmi-tədqiqat institutu daxildir.

    Ağır sənaye və maşınqayırma sektorunun GZİT təhlili

    Zəif tərəflər

    *sənaye bazasının və ənənələrin mövcud olması;
    *işçi heyətin texniki bacarıqlarının olması;
    *mədən sənayesi və metallurgiya üçün xammal bazasının mövcud olması;
    *əməkhaqlarının orta rentabelliliyi təmin edən səviyyədə olması;
    *aşağı texniki heyətin az olması;
    *əmək məhsuldarlığının yüksək olmaması;
    *maliyyə çatışmazlığı, avadanlıqların köhnə olması;
    *marketinq, satış, paylama xidmətlərinin aşağı səviyyədə olması;
    *müəssisələrdə müasir biznes modelinin qurulmaması;
    *məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğun olmaması;
    *innovativ fəaliyyətlərin az olması.

    Güclü tərəflər

    *sənaye bazasının və ənənələrin mövcud olması;
    *işçi heyətin texniki bacarıqlarının olması;
    *mədən sənayesi və metallurgiya üçün xammal bazasının mövcud olması;
    *əməkhaqlarının orta rentabelliliyi təmin edən səviyyədə olması.

    İmkanlar

    *ağır sənaye və maşınqayırma sektoruna dövlət dəstəyinin olması;
    *gənclərin sayının çox olması;
    *böyük regional bazarlara yaxınlığın olması;
    *biznes fəaliyyəti üçün ümumi infrastrukturun mövcudluğu;
    * biznes fəaliyyəti üçün güzəştlərin mövcudluğu.

    Təhlükələr

    *xarici maliyyə bazarlarına çıxış ilə bağlı çətinliklərin olması;
    *ölkənin dünya sənayesində gedən proseslərdən və yeni tələblərdən geridə qalması;
    *ətraf mühitin qorunması ilə bağlı artan tələblərin olması;
    *idxal məhsulları ilə rəqabətin güclü olması;
    *idxal olunan xammaldan asılılıq və ölkədə mövcud olmayan xammala idxal rüsumlarının tətbiqi.





    Hüseynov Kamal
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI


© 2017 Milliyyətçi Hərəkat