Fəlsəfənin həyatımızdakı rolu

    Kategori: Araşdırma Tarih: 22-11-2018, 20:43
    Fəlsəfə yunan dilindən “müdriklik sevgisi” mənasını ifadə edir, amma bu, çox səthi və qeyri-fəlsəfi tərifdir.

    Fəlsəfənin həyatımızdakı rolu


    Əksinə fəlsəfənin orijinal tərifi onun praktikasında, yəni öz təcrübəsində görünür. Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagoruşu xarakterli problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir.
    Fəlsəfənih əhəmiyyəti onun "dünya - insan" sistemində ümumi problemlər üzərində mülahizələr yürütməklə insanlan təbiət və cəmiyyət aləmində istiqamətləndirə bilməsindən ibarətdir. İnsan öz həyatının müəyyən anlarında seçim zərurəti qarşısında qalır və öz seçimindən asılı olaraq azadlığını reallaşdırır. Fəlsəfə insarın daha düzgün seçim etməsinə kömək etməlidir. Bu məsələnin həlli üçün fəlsəfə ən ümumi ideyaları, idealları, prinsipləri, baxışları, kateqoriyaları, təcrübə formalarını aşkara çıxarır, davranış meyarlarını, dəyərlərin iyerarxiyasını müəyyənləşdirir və onların zəkanın tənqidi süzgəcindən keçirilərək dəyişən dünyada yenidən qiymətləndirilməsinə kömək edir.

    Fəlsəfə:qaranlıq bir otaqda qara bir obyekti axtarmaq kimidir.Həqiqətən də fəlsəfə bir axtarşdır,fəlsəfə bir prosesdir,fəlsəfə həmişə soruşur. Fəlsəfə nəticə ilə maraqlanmır. Tapmağa çalışır amma nəticəyə çatıb baxmamağı o qədər əhəmiyyətli deyil.
    Dünyanın nə üçün yaradıldığını, insanların nə üçün yaradıldığını, yeratanı, yaradılan hər şeyi maraq eder.İnsanların ağlının ala bilməyəcəyi o qədər hadisələr yaşanır ki, fəlsəfə də bu hadisələri həll etməyə çalışır. '' Hədəfə çatmayacaqsa, niyə fəlsəfə vardır? '' Deyə bir sual ağla gələ bilər.Bu problemin cavabı belədir ki, fəlsəfə insanların düşüncəsini inkişaf etdirməyə, hadisələrə baxış bucağını dəyişdirməyə, qısacası insanları düşünməyə sövq edir. Belə ki insanlar düşünərkən inkişaf edir.Yəni düşünmə əsnasında irəliləyərlər və o müddətdə elmi inkişaflar gərçəkləşər.Bu baxımdan ifadə edəcək olsaq, fəlsəfə elmin təməlini meydana gətirir deyə bilərik.
    Fəlsəfənin əsl hədəfi bir şeyi ortaya çıxarmaq deyil, insanları düşünməyə və araşdırmaya sövq etməkdir.Fəlsəfənin bir hədəfi vardır və hədəfinə çatmışdır.
    Cəmiyyətlərə baxacaq olsaq; düşünən, araşdıran cəmiyyətlərin daha irəliyə getdiklərini görərik.Düşünmədən nəsibini almayan, oxumağı sevməyən cəmiyyətlər isə həmişə geridə qalmış, texnologiya istehsal edən deyil, yalnız texnologiya istehlak edən cəmiyyət olmuşdur ki,bu da geri qalmışlığın ifadəsidir.

    NƏTİCƏ:
    Həm fərdlərin, həm də cəmiyyətin inkişafı üçün fəlsəfəni həyatımıza qoymalı və fəlsəfədən maksimum dərəcədə faydalanmalıyıq.Düşünməyi sistemli hala gətirməli olmağımız qaçınılmaz bir gərçəkdir.

    Mənbə:
    • http://www.felsefehayat.net/felsefe-yapma-nedir-yararlari-ve-icerigi.html
    • http://absheron.cls.az/front/files/libraries/89/books/515921423915619.pdf
    • http://www.felsefe.gen.tr/felsefeye_giris/felsefenin_insan_hayatindaki_yeri_nedir.asp
    • http://lutdurak.blogcu.com/felsefenin-hayatimizdaki-onemi/4834092


    Rüstəmova Elmira
    Əliyeva Günel



© 2017 Milliyyətçi Hərəkat