BMT Mosulun qərb hissəsindən 9 günə 45 min qaçqın olduğunu bildirir

    Kategori: Aktual Tarih: 17-03-2017, 03:22
    BMT Mosulun qərb hissəsindən olan qaçqınların kütləvi axınından ciddi narahatdır. Bildirilir ki, bu gedişlə insanların yerləşdirilməsi çətinləşəcəkdir.

    BMT Mosulun qərb hissəsindən 9 günə 45 min qaçqın olduğunu bildirir


    BMT-nin İrakdakı humanitar yardım üzrə kordinatoru Liz Qrande РИА Новости- yə müsahibəsində bildirir ki, "İrak hərbi qüvvələrinin İŞİD ilə döyüşdüyü qərbi Mosuldan kütləvi qaçqın axını var. O bildirir ki, qərbi Mosulda əməliyyatlar başlamamışdan qabaq təxmini 800 min insan yaşayırdı. İndiyə kimi rəsmi hesabatlarda bildirilir ki, 120 min insan qaçqın düşmüşdür. Hal-hazırda şəhərdə 650-850 min insan yaşamaqdadır. 400 min insan köhnə şəhər deyilən hissədə yaşamaqdadır. Təxmin edilir ki, həmin insanlar mühasirə vəziyyətinə düşərək çətin halda qalıblar. Hesablamalara görə əgər gündə 50 min insan şəhəri tərk edərsə onların kamplarda yerləşdirilməsi çətinləşəcəkdir. İrak ordusunun qərbi Mosuldakı əməliyyatları davam etməkdədir. Əməliyyatlar 2016-cı ilin oktyabrından ABŞ başçılığı ilə koalisiya qüvvələrinin nəzarətindədir. Şəhərin şərq hissəsi azad olunduqdan sonra fevral ayından qərb hissədə döyüşlər davam etməkdədir".

    Dünya səhiyyə təşkilatı xəbər verir ki, Mosuldan olan qaçqınlardan 12 min insana kimyəvi silahdan zərər gördüyü üçün tibbi yardım göstərilir.

    Kərkük şəhərini Kürdüstana daxil etmək istəyirlər

    Kərkük şəhərinin dövlət binalarında İraq Kürdüstanın bayrağı dalğalandırılmışdır....

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...



© 2017 Milliyyətçi Hərəkat