Kitab oxumağın faydaları

    Kategori: Bloq Tarih: 3-12-2018, 23:56
    Ən son nə vaxt bir kitab və ya bir jurnalda yayımlanan məqalə oxumusunuz?

    Kitab oxumağın faydaları


    Gündəlik oxu vərdişləri tweets, Facebook yeniləmələri və ya mətbəxdə istifadə üçün göstərişlər ilə məhdudlaşırmı? Daimi oxu vərdişləri olmayan bir çox insanlardansınızsa, fikir vermədiyiniz bir şey var: Oxumaq çox faydalara malikdir və bu faydalardan bəziləri sizin üçün aşağıda verilmişdir.
    1.Stres Azaltma. İş yerinizdəki, şəxsi əlaqələrinizdə və ya gündəlik həyatda qarşılaşdığınız bir çox mövzuda nə qədər stressli olsanız da özünüzü möhtəşəm bir hekayə ilə dünyadan uzaqlaşdırdığınız zaman , hamısı yox olar. Gözəl yazılmış bir roman sizi digər xəyallara apararkən, sevdiyiniz bir məqalə diqqətinizi başqa yerlərə çəkə bilər və gərginliyinizi azaldar və rahatlamağa imkan verər.
    2. Məlumat. Oxuduğunuz hər şey sizin beyninizi yeni məlumatlarla təmin edəcək və bu məlumatların nə vaxt işə yarayacağını bilə bilməzsiniz. Daha çox məlumat əldə etdiyinizdə, daha tədbirli olacaq və həyatınız boyunca mübarizələrinizdə daha güclü olacaqsınız. Unudulmamalıdır ki, işinizi, pulunuzu və hətta sağlamlığınızı itirə bilərsiz, amma əldə etdiyiniz məlumatlar heç vaxt sizdən alına bilməz.
    3. Söz ehtiyatının artması. Daha çox oxuduğunuz üçün, daha çox söz öyrənmək və bu sözləri gündəlik həyatınızda istifadə etməyə başlayacaqsınız. Düşüncələrinizi rahatca ifadə edərək yaxşı danışmaq hər cür işdə sizə kömək edəcək, özünə inamınızı və özünə hörmətinizi artıracaq. Hətta; daha gözəl danışmaq, müxtəlif mövzularda məlumat sahibi olmaq, gündəmi və ədəbiyyatı izləmək iş həyatınızda yüksəlməyə kömək edəcək.
    4. Yaddaş inkişafı. Bir kitabı oxuduğunuzda o kitabdakı şəxsləri, fonları, ambisiyaları və bu şəxslərin istəklərini yadda saxlamaq lazımdır. Yaranan hər bir xatirə sizin beyninizdə yeni keçidlər yaradır və artıq mövcud olanları gücləndirir. Bu yaddaşınızı gücləndirməyə kömək edir.
    5. Daha inkişaf etmiş konsentrasiya imkanı. Gündəlik həyatımızda bizi narahat edən bir çox amillər var. 5 dəqiqəlik müddət ərzində bir şəxs bir işlə məşğul ola bilər, elektron poçtunu yoxlaya, telefonuna baxa və həmkarları ilə danışa bilər. Bu stress səviyyəsini artırır və məhsuldarlığımızı azaldır. Kitab oxuduğunda, bütün diqqətinizi ona verirsiniz. Bir gün işə getməzdən əvvəl 15-20 dəqiqə oxumağa cəhd edə bilərsiniz və ofisə getdiyinizdə daha yaxşı diqqətinizi verdiyinizi görərsiniz.
    6. Yazı bacarıqlarının inkişafı. Daha yaxşı yazılmış kitabları oxuduğunuzda, digər kitab yazarların yazı üslublarını görəndə və söz ehtiyatınız geniçləndikcə yazı bacarıqlarınız da inkişaf edəcəkdir. Musiqiçilər və rəssamlar bir-birinə necə təsir edirlərsə, yazıçılar da digər yazıçılardan ilham alırlar.
    7. Hüzur. Gözəl bir kitabın rahatlatmasına əlavə olaraq, oxuduğunuz kitabın mövzusu ilə geniş daxili sakitlik qazanmaq mümkündür. Ruhani məzmunlu kitabları oxumaq qan təzyiqini azaldır və zehni rahatlıq verir, fərdi inkişaf kitabları isə əhval-ruhiyyənin pozulmasında və zehni yorğunluqlarda oxucuya dəstək ola bilər.
    8. Pulsuz fəaliyyət. Bir çoxlarımız kitab almağı və kitablarını yığmağı sevə bilərik, amma bu büdcədən asılıdır. . Büdcəniz məhdud olarsa, yerli kitabxanalara gedə bilər və ya dostlarınız ilə kitab mübadiləsi edə bilərsiniz. İnternetdən kitabxanaların onlayn olaraq, kitablarına da daxil ola bilərsiniz.
    9. Müxtəlif mədəniyyətləri tanımaq imkanı. Kitab oxumaq, bilmədiyiniz və ya çox az fikir sahibi olduğunuz mədəniyyətlər haqqında məlumat verəcəkdir. Misal üçün, bir Geyşənin Xatirələrini oxuyaraq, Yaponiyanın naməlum bir üzünə şahidlik edə bilərsiniz və ya Kite Hunter oxuyaraq Əfqanıstanda baş verənlərdən xəbərdar olarsınız.
    Bədən üçün hərəkət nədirsə, zehnimiz üçün də kitab oxumaq odur.
    Yuxarıda sadalanan maddələrdən aydın olduğu kimi, oxumaq daha sağlam bir ağıl və inkişaf etmiş bir təxəyyül, daha geniş söz ehtiyatının yaranmasına , dünya haqqında daha çox məlumat və daha az stresli bir həyat keçirmək üçün kömək edir. Daha çox kitab oxumaq, müzakirələrə daha çox cəlb olunmağa, ətrafınızdakı insanların diqqətini cəlb etməyə , problemləri asanlıqla həll etməyə və müasir həyatda narahatlıqdan qorunmağa kömək edəcək.
    Klassik ədəbiyyat, şeir, dini mənbələr, şəxsi inkişaf, elmi-fantastika, komediya kitabları, esselər,həyəcan, cinayət və ya romantik romanlar və s. arasından sizləri maraqlandıran və təsəvvürünüzü genışlədən bir şey tapa bilərsiniz. Bunu etmək üçün isə sadəcə olaraq, kompüterinizdən, televizorunuzdan və ya smartfondan biraz uzaqlaşmalı və kitabınızın səhifələrində dərinlərə dalmalısınız.


    Əbilzadə Aynaz
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
    İnzibati İdarməetmə fakültəsi


© 2017 Milliyyətçi Hərəkat