Amerika və Avropa Trampa qarşı

    Kategori: Bloq Tarih: 21-12-2018, 23:34
    Suriyadan ABŞ ordusunun çəkilmə qərarı gözləniləndən də sərt qarşılandı.

    Amerika və Avropa Trampa qarşı


    Hadisə ABŞ Müdafiə Nazirinin istefasına qədər gətirib çıxartdı ki, bu da o qədər gözlənilən deyildi. Hətda deyilənlərə görə ABŞ ordusu içərisində bu qərar xeyli ajotaja səbəb olub.
    Qərara qarşı çıxanlar arasında Cümhuriyyətçilərin də olması (az sayda deyil) yenə Trampı narahat edəcək kimi görünmür.
    Palitoloqların və mətbuatın bu mövzuda ən çox üzərində durduğu məsələlərdən biri də "ABŞ ən yaxın müttəfiqlərindən olan kürtləri Türkiyəyə təslim etdi" kimi bənzəri fikirlərdir.
    Tramp zatən çoxdanın dəlisidir. Beyninə bir şeyi qoydusa edəcək. Bu adam bu fitrətin daşıyıcısıdır. Qaşıqçı məsələsində də verdiyi açıqlama aləmi qatmışdı bir-birinə.
    Bu ayrı mövzu. Ancaq düşünürəm ki, həqiqətən də bu qərar nə qədər Rusiyanın xeyrinə olsa da, Türkiyə də bölgədə başlayacağı geniş miqyaslı hərbi əməliyyatlarla PKK-PYD-YPG terror qruplarına çox ciddi tarixi zərbələr vurma şansı əldə edib.
    ABŞ ordusunun illərdir yetişdirdiyi və toxunulmaz bloka çevrilən YPG-PYD indi rəsmən Türkiyənin ovucunun içərisindədir.



    Toğrul Əmiraslanlı

    Amerika ordusu Suriyaya daxil oldu

    Amerika ordusu İordaniyadan Suriya ərazisinə keçməyə başladı....

    Rusiya XİN: PKK və PYD terrorist təşkilatı deyil

    Rusiya Xarici İşlər Nazirliyi PKK və PYD -ni terror təşkilatı olaraq saymır....



© 2017 Milliyyətçi Hərəkat