Yüz illik müharibə, yenilik deyil !

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Siyasət Tarih: 31-03-2019, 00:15
    Vyana görüşü bizim üçün məyus halda bitmədi !

    Yüz illik müharibə, yenilik deyil !


    Çünki biz onsuz da o görüşdən heç nə gözləmirdik. Çünki biz, bu danışıqları ATƏT-in nəzarəti altında məğlubiyyətimizə gətirib çıxaran proses olaraq görürük. Əvvəllər ordu quruculuğu üçün danışıqlar prosesi əhəmiyyətli idi. Çünki biz dövlət olaraq müharibəyə qəfil yaxalanmış görünürdük. Hərçənd ki, ermənilər son …200 ildəki strategiyalarını müharibə üzərində qurmuşdular. Və xalq olaraq biz, xüsusən də elita saydıqlarımız belə bir prosesi görməli və daha yaxşı hazırlaşmalı idilər. Müəyyən qədər də hazırlaşmışdılar. Sonda gəldiyimiz nəticə isə onu göstərir ki, yetəri qədər təşəbbüskarlıq, təşkilatçılıq və strategiya olmayıb. Əlbəttə ki, bu prosesdə bizim üçün problemlərimizin izahı var. Ancaq belə bir konseptual müharibə hazırlığı getdiyi ərəfədə qəti tədbirlər görülməli idi ki, artıq o dövrdən keçmişik və məsələ indi nə edəcəyikdən asılıdır.

    Əsas ideyalarını həyata keçirmək üçün ermənilər, daim müharibədə iştirak etmək prinsipi ilə maddi və mənəvi resurslar hazırlayırdılar. Mən erməni millətçilərinin fəaliyyətlərini kiçik formada belə araşdırdıqda buna rast gəlirdim.

    Daşnaksütyun Partiyasının ideoloqu Grigori Artsruni və proqramı (Birinci yazı)
    Daşnaksütyun Partiyasının maliyə qaynaqları (İkinci yazı)

    Məsələn, ermənilər “Şərqi Ermənistan” dedikləri bölgədə dövlət yaratmaq hədəfi ilə yanaşı, həmin bölgənin iqtisadi, siyasi , hərbi potensialını, imperialist dövlətlərin həmin bölgədəki maraqlarını araşdırıb, hesablayırdılar. Bu istər liberal, demokrat, istərsə də mühavizəkar və kosmopolit ermənilərin də eyni hədəfə fərqli strategiya ilə getmək kimi konseptual prosesindən ibarətdir. Yəni millət olaraq konkretlikləri ondan ibarət idi ki, əsas hədəflərinə, yəni qırmızı xətləri olan “Böyük Ermənistana” çatmaq üçün əvvəl-axır müharibə edəcəklərini və müharibədən sonra dövləti necə saxlayacaqlarını hesablayırdılar. Məsələn onlar, Irəvan mərkəzli “Qərbi Ermənistan” dedikləri, indiki Ermənistan respublikasından heç vaxt narahat olmayıblar. Çünki ermənilər bilirdilər ki, bu respublikanın yaranması Rusiya-Osmanlı-Iran dövlətlərinin siyasi vəziyyətindən yaranan əsas hədəf idi. Osmanlını türk dünyasından ayırmaq, Iranın Cənubi Qafqaz siyasətinə mane olmaq və Rusiyanın bu bölgədəki əsas hədəfləri üçün var olacaqdılar. Bunun üzərinə ermənilərin də hədəflərin nəzərə aldıqda baş verənləri daha yaxşı anlamaq olur. Və bizə xalq olaraq əyani formada bəllidir ki, ermənilər Qarabağ və 7 rayonu öz hədəflərinin bir hissəsi görür və buna görə işğal ediblər. Eynilə də son vaxtlar özlərinin adlandırdıqları “Şimalı Artsax” yəni Gəncənin də daxil olduğu əraziləri istəyirlər.

    Indi hal-hazırda hamımız bilir ki, #Qarabağ məsələsi Rusiyanın bölgəyə yeni müdaxilə strategiyasının çərçivəsindədir, həm də Iranın. Çünki Azərbaycan bu qədər itkilərə baxmayaraq dövlətçiliyini bərpa edərək, bölgədə olan əsrlik siyasi mərkəz roluna yenidən qayıtdı. Bu nə Irana, nə də Rusiyaya sərf edirdi. Irana sərf etmir, çünki hələ 90-cı illərdə deyildiyi kimi Cənubi Azərbaycanın müstəqilliyinin siyasi dəstəyi ola bilərdi və Qarabağ konflikti daim bizim əleyhimizə davam etməli idi. Rusiyaya da öz postsovet ərazisinə müdaxilə üçün vacib idi. Bəs “Şimalı Artsax” işğalının ideoloji hazırlığını aparan ermənilər, hansı siyasi çərçivəyə arxayındılar? Bu da Rusiyanın BTC boru kəmərini təhlükədə saxlamaq, Bakı-Tiflis-Qars dəmir yol xəttini, qısası qərbin Orta Asiya ilə əlaqələrini kəsməyə xidmət edən siyasi çərçivəsində növbəti erməni işğalına hazırlıq prosesidir.

    N.Paşinyan Vyana görüşündən sonra öz açıqlamasında bildirdi ki, görüş heç bir inqilabi dəyişiklik yaratmadı. Əksinə o deyir ki, danışıqlar sıfır mərhələsindədir və bu bir başlanğıcdır. Yəni 20 illik danışıqlar boşdur və yenidən başlayırıq. Azərbaycan tərəfi status-kvonun dəyişilməməsini bildirdi. Yəni dolayı bizdən başqa hamının marağına xidmət edən yeni proses başlayır !

    Bu açıqlamaların arxasınca isə Nyu-York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” açıqlamasını verdi.

    Bəli canlanan mənzərənin də göstərdiyi kimi, onlar daim müharibəyə hazırlaşıblar, bölgəni özününküləşdirmək üçün etnik təmizləmə aparıblar. Siyasi dəstəyi də hamının (regionda marağı olanların) marağı naminə adlandıraraq qazanıblar. Mühavizəkarları, radikalları işi görüb, liberalları və demokratları dünyanı yönləndirib, kosmopolitləri insanlıq naminə olduğunu, sivilizasiyanın inkişağı üçün olduğunu deyib malalayıblar.

    Yəni biz, elan olunduğu kimi qeyd şərtsiz ölüm və qalım müharibəsi üçün maddi və mənəvi resurslarla hazırlaşmalıyıq. Bu müharibə qaçınılmazdır ! Bütün resurslardan xalq olaraq istifadə etmək üçün Bütöv Azərbaycan olaraq hazırlaşmalıyıq. Bu yeni düşmən qazanmaq deyil, köhnə və gizli düşmənləri eyni sırada görmək üçündür. Müharibənin bütün formaları bizim üçün məqbul ola bilər.

    Məsələn, Ukraynanın öz vətəndaşlarına Qarabağ və 7 rayona getməyi qadağan etdi. Belə bir ənənəni bütün tərəfdaşlarımıza əsas şərt olaraq qoymaqla başlaya bilərik. Ilk öncə də Türk Dünyası ölkələrindən ! Çünki biz konkretliyimizi göstərməliyik. Düzdür xalq olaraq bu qədər şəhid, qazi verməyimiz konkretliyimizin əyani sübutudur, ancaq yetəri deyil. Biz oliqarxlarımızı, ziyalılarımızı da böyük müharibəyə hazırlamalıyıq. Yəni xalqımızın elitasının da konkretliyini göstərməliyik. Əlbəttə ki, strategiyalar fərqli ola bilər. Indi burada bir çox problemlər, subyektiv hadisələrin yaratdığı daxili toqquşmanın da yaratdığı narahatlıq var, ancaq konkretliyimizi bildirərkən, həll edəcəyimiz ilk problemlərdən biri daxili məsələlərdi.
    Milliyyətçilərin isə fikirləri bu prosesdə konkretdir. Bir sözlə ciddi hazırlaşmalıyıq !





    Gündüz Sadiqov


© 2017 Milliyyətçi Hərəkat