Bir diaspor təşkilatı olaraq MGT

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Siyasət Tarih: 2-04-2019, 13:43
    Bildiyimiz kimi Milliyətçi Gənclər Təşkilatı Azərbaycanla birlikdə Türkiyədə də faaliyət göstərir.

    Bir diaspor təşkilatı olaraq MGT


    MGT-nin Türkiyədəki fəaliyyəti Azərbaycanı layiqincə təmsil edən bir diaspor təşkilatı səviyyəsindədir.
    Önəri və tənqidlərinizi bizimlə bölüşməyinizi diliyərək bir diaspor təşkilatı olaraq MGT-nin fəaliyətini qısa şəkildə özətləyərək toplumumuza sunmağı özümüzə bir borc bilirik. Bir diaspor təşkilatı olaraq MGT:

    1. Azərbaycan'ın milli aydınlarını, onların faaliyətlərini başqa bir ölkədə tanıdır.

    2. Azərbaycanın önəmli tarixi günlərinin əhəmiyətini anlayaraq;

    Milli matəmlərimizi anmaqla bu hadisələri bütün dünyaya çatdırır.
    Millli Bayramlarımızı qeyd edib yaşatmaqla ölkəmizi mədəni hadisələrini təbliğ edir.

    3. Azərbaycandan Türkiyəyə oxumaq üçün gələn gəncləri milli-mədəni konferanslarla bir arada tutaraq onlarda dövlət və millət sevgisi aşılayır.

    4. Tamamiylə elmi mövzularda olan bu konferanslar gənclərimizin dərs xaricindəki boş zamanlarının səmərəli keçməsini təmin edir.

    5. Gənclərimizi Azərbaycan dövlətinə qarşı olan dini, siyasi və bənzəri qruplaşmalara meyl etməkdən qoruyur.

    6. Azərbaycana qarşı olan iftira, iddia və təhdidlərə svil toplum təşkilatı səviyyəsində layiqincə cavab verir.

    7. Azərbaycan Dövlətinin yalnız siyasi deyil, mənəvi və kültürəl hüduna daxil olan soydaşlarının da taleyi ilə maraqlanır; onların sorunlarını dünyaya duyurur.

    8. Azərbaycan Türklərinin soydaşlarının yaşadığı Türk Dünyası ilə yaxından ilgilənərək həm dövlətinin həm də millətinin dünyada sayqınlığını artırır.



    MGT Türkiyə Başqanı Odər Əlizadə



© 2017 Milliyyətçi Hərəkat