Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb

    Kategori: Aktual Tarih: 18-03-2017, 22:28
    Bakıda məscidi partlatmaq istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

    Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb


    Bakı Apellyasiya Məhkəməsində Bakının Qaraçuxur qəsəbəsində məscidi partlatmaq istəyən Elnur Ələkbərovun apellyasiya şikayətinə baxılıb.
    Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

    Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb


    Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar.

    Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb


    Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

    Bakıda məscidi partlatmaq istəyən PKK-çının şikayətinə baxılıb


    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib. Hökmdən yalnız E. Ələkbərov apellyasiya şikayəti verib.

    Mənbə: APA

    TİT Kərkükdə PKK və İŞİD anlaşmalarını açıqladı

    PKK-lı Kərkük Valisi Nəcməddin Kərim İşid ilə Peşmərgə arasındakı işbirliyi anlaşmalarını təşkil etdi....

    Dərbənddə Nizaminin heykəlini alçaltdılar

    Dərbənd şəhərində baxımsızlıqdan kol-kos basmış və əslində, yalnız heykəlin mövcudluğuna görə Nizami Gəncəvi parkı adlana bilən parkda daha bir biabırçılıq yaşanmaqdadır....

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...

    “Novruz mühazirəsi” keçirilib

    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib....



© 2017 Milliyyətçi Hərəkat