Türkiyənin müdafiə naziri: “Rusiyadan “S-400” alınması barədə yekun danışıqlar aparılır”

    Kategori: Siyasət Tarih: 20-03-2017, 16:36
    “Bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik"

    Türkiyənin müdafiə naziri: “Rusiyadan “S-400” alınması barədə yekun danışıqlar aparılır”


    Türkiyənin müdafiə naziri Fikri İşıq “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Rusiya ilə yekun danışıqlar aparıldığını açıqlayıb.
    APA ya əsasən xəbər verilir ki, F. İşıq Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib.
    F. İşıq deyib ki, Türkiyə NATO-ya inteqrasiya edilə biləcək hava hücumundan müdafiə sistemləri almağa üstünlük versə də, belə komplekslərə malik NATO-ya üzv ölkələr çox yüksək qiymət açıqlayıb, bu silahların hazırlanma texnologiyası ilə bağlı Türkiyə ilə məlumatları bölüşmək istəməyib: Sonra Türkiyə başqa ölkələrdən belə silahların alınması ilə bağlı danışıqlar aparanda qiyamət qoparmağa başladılar. Bu, qəbul edilə bilməz. Türkiyənin hava hücumundan müdafiə sistemləri ilə bağı ehtiyacının təmin edilməsi istiqamətində bir çox işlər görülüb.

    Türkiyənin müdafiə naziri: “Rusiyadan “S-400” alınması barədə yekun danışıqlar aparılır”


    “S-400” məsələsi ilə bağlı yekun danışıqlar aparılır. Müzakirələr müsbət yekunlaşarsa, “S-400” alınması ilə bağlı müqaviləyə imza atılacaq. Ya NATO Türkiyənin bu sahədə ehtiyacını təmin edəcək. Ya da Türkiyəni bu məsələ ilə bağlı tənqid etməyəcək. Biz “S-400” alan zaman bu sistemləri NATO-ya inteqrasiya etməyəcəyik, Türkiyənin milli sistemi olaraq istifadə edəcəyik”.
    F. İşıq Türkiyənin milli uzaq mənzilli raket və hava hücumundan müdafiə sistemi yaratması üzərində iş apardığını da açıqlayıb: “Bunun üçün 5-7 illik bir zamana ehtiyacımız var. Bu sahədə gərgin iş aparılır”.
    Xatırladaq ki, bu Türkiyənin NATO blokundan kənar silah anlaşmasıdır.

    Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər

    Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir"....



© 2017 Milliyyətçi Hərəkat