Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Kategori: Milliyyətçi Hərəkat / Siyasət Tarih: 21-03-2017, 22:07
    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı.

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı


    Son bir neçə gün ərzində Türkman elində baş verən hadisələr təbii olaraq bizi narahat etməkdədir. Belə ki, ilk olaraq Novruz bayramı öncəsi Şimali İraq kürd rejiminin rəhbəri Bərzaninin yandaşı, kürd əsilli Kərkük valisi Nəcməddin Kəriminin Türkman eli Kərkükdə , Türkmanların yaşadığı tarixi Türk torpağında qondarma Kürdüstan bayrağının asılması əmrini vermiş, digər bir əmrlə isə Kərkükdə Türkman dilini yasaq, kürd və ərəb dillərinin rəsmi dil olduğunun fərmanını vermişdir.
    Soydaşlarımızın başına gətirilən hadisələr bizi ciddi narahat etməkdədir. Türkman xalqının iradəsi heçə sayılaraq, onların haqq və hürriyyəti tapdalanaraq, məcburi şəkildə, zor gücünə, heç bir hüquqi və mənəvi əsas olmadan, beynəlxalq hüquq normalarına əks olaraq Şimali İraqdakı kürd rejiminə birləşdirilməsi tarixi bir cinayətdir və yeni münaqişə alovunun yaranmasına şərait yaratmaqdadır.
    Yeni nəsil Milliyyətçi Hərəkat olaraq düşünürük ki, soydaşlarımız olan Türkmanların öz müqəddəratını həll etməyə hüquqi ixtiyarı vardır və müstəqil özünü idarə etmə hüququ olmalıdır. Biz bütün Azərbaycan xalqına, Türk dövlətlərinə müraciət edərək bildiririk ki, bu məsələyə səssiz qalmaq soydaşlarımızın ikinci Qarabağ kimi faciə yaşaması ilə nəticələnə bilər. Biz Yeni Nəsil Milliyyətçi Hərəkat olaraq Türkman soydaşlarımızın hər zaman yanında olacağımızı və bu hadisələrə səssiz qalmayacağımızı bildiririk.
    Kərkük Türkündür, Türkün də qalacaqdır.

    Azərbaycan Milliyyətçi Hərəkatı,
    Milliyyətçi Gənclər Təşkilatının bəyanatı.

    Kərkükdə Kürdcə məcburi dil oldu, Türkcə yasaqlandı

    Peşmərgə başçısı Barzaninin təyin etdiyi Kərkük Valisi, şəhərdəki dövlət idarələrində Kürdcəni “məcburi dil” etdi....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...

    TİT Kərkükdə PKK və İŞİD anlaşmalarını açıqladı

    PKK-lı Kərkük Valisi Nəcməddin Kərim İşid ilə Peşmərgə arasındakı işbirliyi anlaşmalarını təşkil etdi....

    Kərkük şəhərini Kürdüstana daxil etmək istəyirlər

    Kərkük şəhərinin dövlət binalarında İraq Kürdüstanın bayrağı dalğalandırılmışdır....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...



© 2017 Milliyyətçi Hərəkat