TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Kategori: Araşdırma Tarih: 22-03-2017, 17:15
    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır.

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ


    Bütün həyat canlanır, torpaq oyanır. Baharın gəlişi əksər toplumlarda insanlar tərəfindən bayram olaraq qeyd edilir. Türk milləti də baharın gəlişini xüsusi ilə qeyd edir və təbiətin oyanışını bayram havasında yaşayır. Əksər Türklər də bu bayrama farslar kimi Novruz deyir. Bu yazımda "Novruz nədir?" , "digər millətlərdə və biz Türklərdə ilk yaz bayramının önəmini" , "Novruzun Türk tarixində Ergenekonla əlaqəsi"-ni qeyd edəcəyəm. Gecəylə gündüzün bəraberləşdiyi və qışın bitib, baharın başladığı 21 mart gərək heyvandarlıqla, gərəksə də əkinçiliklə məşğul olan toplumlar üçün həyatın dönüm nöqtəsi olan önəmli bir gündür. İqlimdəki dəyişikliklər insanların həyat tərzi və məşğuliyyətlərindəki dəyişikliklərin başlanğıcı olan 21 Mart tarixi bir çox qövm və kültürdə yeni il olaraq qəbul edilib, bayram kimi qeyd ediləcək qədər önəmlidir (Çobanoğlu 2000: 33-34) (1). Qeyd etdiyimiz kimi gecə və gündüzün bərabərləşdiyi 21 mart günü, bütün mədəniyyətlərdə soyuq və məşəqqətli olaraq bilinən qışın bitməsi; isti, olumlu və şəvqətli olaraq qəbul edilən Yayın başlanmasıdır. Baharın gəlişi, təbiətin oyanışı və dolayısıyla törəmənin və inkişafın başlanğıcıdır(2).
    Öncədən də qeyd etdiyimiz kimi Baharın gəlişi əksər irqlərdə və toplumlarda bayram kimi qeyd edilir. Bu bayramları bəziləri dini motivlər qataraq yenidən güncəllənmişdir və yenidən isimləndirilmişdir (Önal 2000: 184) (3). Bunlar yəhudi inancında, Musa peyğəmbərin yəhudiləri Fironun Zülümündən qurtararaq Sinay yarımadasına gətirməsi, gününün xatirəsinə "Pesah" bayramına, Xristianlıqda isə İsa peyğəmbərin yenidən doğuşunu təmsil edən "Paskalya-Pasxa" bayramına dönüşdürülmüşdür (Güngör 1995: 33,Öztürk 1996: 71, İnan 1976: 176, Günay 2006: 245) (4). Ayrıca başda ruslar olmaqla slavyan köklü xalqlar tərəfindən hər il 3-9 mart günləri arasında qeyd edilen "Maslenitsa" həm qeyd edilmə səbəbi, həmdə qurluşu ilə Türk dünyasinda qeyd edilən Novruz -Ergenekon Bayramıyla bənzərlik təşkil edir (Alyılmaz 2009: 29-54) (5). Novruz sözü farscadır, iki sözün, nev (yeni) və ruz (gün) birləşməsindən əmələ gəlmişdir. Əski İran təqviminə görə "yeni ilin ", baharın başlamasıdır. Bundan başqa Səlcuklu hökumdarı Cəlaləddin Məlikşahın tərtib etdirdiyi təqvimdə də Novruz (Takvim-i Cəlali) qeyd edilməkdədir. Burda Novruz İran Novruzundan 6 gün sonra gəlir. 21 22 martda günəş qoç bürcünə girir, gecə ilə gündüz bərabərləşir (6).

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ


    Novruz gününün doğuşu ilə əlaqədar rəvayətlər çeşidlidir-müxtəlifdir. Rəvayətlərin birində Zərdüşt dönəmindən İran höküdarı Cəmşidin Azərbaycana gəldiyi və buranı çox bəyənib, burda başına tac qoyduğu gün olaraq qeyd edilir (7). Bir digər rəvayətə görə atəşin Cəmşid tərəfindən kəşf edilməsinə aiddir. Bu rəvayətə görə atəşi ilk dəfə kəşf edən iranlılar qorxu ilə atəşə səcdə etmiş və müqəddəs hesab etmişlər. Beləliklə atəşin bulunduğu ilk günü İranlılar Novruz olaraq qəbul etmişlərdir(8). İsalamdan sonra isə buna dini motivlər qatılmışdır. Buna görə Allah yer üzünü Novruz günü yaratmışdır. Hz Adəm torpaqdan o gün yaradılmış, Hz Adəm ilə Hz Həvva Ərəfatda o gün görüşmüşdür. Hz Nuh Tufandan sonra o gün yer üzündə torpağa ayaq basmışdır. Hz Yusuf o gün atıldığı quyudan qurtulmuşdur. Hz Musa Qızıl dənizi o gün keçmişdir. Hz Yunus balığın qarnından o gün qurtarılmışdır(9). Hz Alini doğum gününü, Hz Əlinin xəlifə olmasını və Hz Məhəmməd peyğəmbər olmağı kimi əlamətdar gün olaraq görmüşlər(10).
    Novruz Türklərdə miladdan öncə III yüz ildən bəri qeyd edilən bayramdır. Adlandırma və qeyd etmək şəkilləri müxtəlif olsa da Türk dünyasında Novruz eyni anlamda və bir-birinə uyğun adət ənənələrlə qeyd edilməkdədir (Tutar 2002: 611), (11). Türk dünyasında Nevruz, Navruz, Novruz, Sultan-ı Nevruz, Sultan-ı Navrız, Navrez, Nevris, Naorus, Novros, Navrıs, Noruz gibi bəzı tələffüz fərqlilikləri ilə ifadə edilməkdədir (Türkdoğan 1996: 29), (12). Novruz, Türkiyənin çeşidli bölgələrində Yılsırtı, Mart Dokuzu, Mart Bozumu, Sultan Nevruz, Güz Dönümü, Yeni Gün gibi Türkçə isimlərlə bilinməkdə və qeyd edilməkdədir. Həmən hər Türk coğrafiyasında və Türk toplumlarında Novruzun izləri görülməkdədir. Altay Türkləri " Cılgayak Bayramı", Azərbaycan Türkləri " Ergenekon", "Bozkurt Bayramı", Başkurt Türkleri " Ekin Bayramı", Doğu Türkistan "Yeni Gün", "Baş Bahar", Qaqavuzlar "İlkyaz", Xakas Türkləri "Cılsırtı", "Ulu Kün ", Karaçay-Malkar Türkləri "Gollu", "Gutan", "Saban Toy", "Tegri, Toy", Qazax Türkləri " Ulus Günü", Kazan Türkləri ve Karakalpaklar "Ergenekon Bayramı", Türkmənlər "Teze Yıl", Uygur Türkləri "Yeni Gün" kimi fərqli isimlərlə Novruzu qeyd etməkdədirlər.
    Çinli Prof .Dr . Ch in-chug-mainin əski Çin Təqvimləri mövzusunda apardığı araşdırmalara görə Miladdan öncə VIII yüz illərdə yaşayan qədim Türk qövmü"Ti"-lər, "Nug-li" adlı həm ay, həm də günəşə görə düzənlənən və mart ayını yeni il hesab edən bir təqvim istifadə edirdilər (13). Chou Sülaləsinin tarixinin "GöyTürk təzkərəsi" bölümündə isə "Göktürklər bitkilərin yaşardığı zamanı yeni il olaraq qeyd edirler" deyilir(14).
    Türklərdə Novruzla əlaqədar inanışlar və qaydalar miladdan öncə III yüzildən başladığını qeyd etmişdik. Yəni Mete Xan zamanında da davam etdiyi bilinir. Minlərcə ildir Müsəlman Türk dünyası, Xristiyan Qaqauz və Çuvaşlar, Şamanist Yakut Türləri daxil olmaqla bütün Türk milləti Novruzu qeyd etmişdir(15).

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ


    Türklərin Novruz -Ergenekon Bayramı ənənələri ilə əlaqədar tarixi qaynaqlarda geniş bilgi almaq mümkündür. Bu qaynaqların bəziləri: Firdovsinin "Şahnamə", Kaşğarlı Mahmudun " Divân-ı Lügat’it Türk", Yusuf Has Hacibin " Kutadgu Bilik", Ömər Xəyyamın "Nevruzname", Hüca Ali Termizinin " Novruzname", Mevlana Lütfinin "Gül ve Novruz " (Racabov 2000: 146), Ebulgazi Bahadır Xanın "Şecere-i Türk " (Ebulgazi Bahadır 1925: 35-38) adlı əsərləridir. XI yüz ildə yaşayan məşhur alim Əl-Buruni Novruzun yeni il olduğunu və Türklər daxil bütün asya xalqları arasında kutlandığını qeyd edir. Mahmud Kaşğarlı da öz əsərində belə qeyd etmişdir (Kafalı 1995: 25), (16). Dahi ədibimiz Nizami Gəncəvi də "İSGƏNDƏRNAMƏ" adlı əsərində miladdan öncə 350-ci illərdə Novruzun Türklər Tərəfindən təntənəli xalq bayramı olaraq qeyd edildiyini yazmışdır (Gencevi vd.1982).
    Türklərdə Novruzla əlaqədar görünən ən önəmli rəvayət bu günün Ergenekon günü oluşudur. Bununla əlaqədar olaraq Çayın Ebulgazi Bahadır Xanın Secere-i Türk adlı əsərindən aldığı Ergenekon Dastanı belədir (Çay 1999: 35-38), (17): "Bir gün bütün qövmlər Göy-Türklərə qarşı birləşərək onları hiylə ilə yendiler. Göy-Türklərin çadırlarını, mallarını, yurdlarını yağmaladılar. Böyüklərin hamısını qılıncdan keçirdilər. Kiçikləri özlərinə kölə etdilər. Bu yağmadan qurtulan Kıyan/Kayan və Negüş/Tukuz bir gecə qadınlarıyla birlikdə düşməndən qaçdılar. Yurda gəldilər. Düşmandan qaçıb gələn dörd maldan (dəvə, at, öküz, qoyun) çox buldular. Dağların içində insan yolu düşməz bir yer izləyib oturalım deyib, dağa doğru sürülərini sürüb getdilər. Vardıqları yerdə axar sular, çeşmələr, türlü otlar, meyvəli ağaclar, türlü türlü avlar var idi. O yeri görüncə Tanrıya şükürlər qıldılar və buraya Ergenekon adını qoydular. Dörd yüz il sonra Ergenekonda özləri və sürüləri o qədər çoxaldılar ki, sığmadılar. Bu səbəbdən buradan çıxış yolları axtarmağa başladılar. O zaman bir dəmirçinin önərisi ilə-tövsiyyəsiylə dağın geniş yerinə bir qat odun, bir qat kömür düzdülər və atəş yandırdılar. Tanrının gücüylə atəş qızdıqdan sonra dəmir dağ əriyib axdı. Yüklü dəvə çıxa biləcək qədər yol oldu. O günü, o ayı, o saatı bəlirləyib dağdan çıxdılar. O gündən bəri yeni ilin başladığı gecə Gök-Türklərdə adət oldu. O günü bayram saydılar. Bir parça dəmiri atəşə salıp qızdırırlar. Öncə Kağan-Xaqan bunu maşayla tutub örsə qoyar, çəkiçlə döyər. Ondan sonra bəylər də eynən təkrarını edər. Bu günü müqəddəs bilərlər, beləcə Tanrıya şükr etmiş olardılar.
    Farslar isə Novruzu XI yüz ildən etibarən qeyd etmişlər. Bu da fars milliyyətçisi Firdovsinin təşviki ilə olmuşdur. Firdovsi bu bayramı fars bayramı olaraq görmüşdür. Halbuki Novruzu-Ergenekon bayramını farslar Türklərdən öyrənmişlərdir. İranda bu gün də Güney Azərbaycanda 4o milyon Türk yaşayır. Qəznəlilər, Səlcuqlu, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Qacarlar, Avşarlar kimi bir çox Türk dövləti yüz illərcə İL bu bölgəyə hakim olmuşlardır.
    Türklərdə bilinən ən qədim Təqvim 12 heyvanlı Türk təqvimidir (Turan 1998: 92-93). Bu təqvimdə yeni il 21 Mart, yəni Novruzdur (Genç 1997: 1-2). Türklərin kullandığı- istifadə etdiyi təqvimlərdən biri də Celali Təqvimidir. Takvim-i Celalî-də yəni il və ilk bahar başlanğıcı olan bu gün, Rum’î Təqvimə görə 9 Marta təsadüf etməkdə və Novruz olarak qəbul edilməkdədir (Tepekaya 2002: 600). Səlcuqlularda bu gün əyləncələr düzənləyib, şənliklər edib, özəl yeməklər bişirildiyi və özəl hədiyyələr alınıb verildiyi bilinməkdədir (Turan 1998: 92-93), (18).
    Bütün bu Tarixi faktlar Novruzun gələnəkdən gələn milli Türk bayramı olduğuna işarə edir. Biz türklər İslam dinini qəbul etmədən öncədə və etdikdən sonra da tarix boyu Novruz -Ergenekon bayramını dinimizə örfümüzə uyğun şəkildə qeyd etmişik. Amma bəzi etniklər (kürdlər) dünyaya hökm edən Türk millətindən təsirlənərək bu bayramı sonradan qeyd etmələrinə baxmayaraq siyasətlərinə uyğun olaraq, başqa yönlərə çevirməyə, öz maraqlarına uyğun hala gətirməyə çalışırlar. Bəziləri sual verirlər ki, nədən bu bayramı Türk dövlətləri farsca "Novruz" olaraq adlandırır. Amma bunun səbəbi bəllidir. Bu gün ingilis dilli beynəlxalq dil hesab edildiyi kimi o dönəmlərdə fars və ərəb dilləri siyasət elm dili hesab edilirdi. İlk çağlarda, orta çağlarda farsca Tarix, ədəbiyyat və siyasət sahəsində önəmli dil olduğundan, Güneydəki Türk dövlətlərində, Türk hakimiyyəti olan bölgələrdə bu farsca söz - Novruz yayğın halda istifadə edilmişdir. Amma bu vəziyyət Qaqauz Türklərində və Yakut Türklərində belə deyil. Bunu öncədən qeyd etdik.
    Sizin diqqətinizi bölücülərin Novruzu Zərdüşə qədər enən bir tarixdən gəldiyi iddasına yönəltmək istərdim. Onlar Zərdüştü Kürd peyğəmbər olaraq tanıtdırır və bu tamamən yanlışdır. Burdanda onlar bu bayramı Novruzu " Dəmirci Kava" dastanında qaynaqlanan bir başqaldırış-üsyan günü olaraq qeyd etmək istəyirlər. Ancaq Kava olayının anladıldığı Firdovsinin " Şahnamə "-sinə baxdığımızda bu hadisənin 31 avqusta təsadüf etdiyini görərik. Bunun 21 mart Novruz-Ergenekon günüylə heç bir əlaqəsi yoxdur. Novruzu "Dəmirçi Kava" ilə uyğunlaşdırmaq həm elmi həm də məntiqi baxımdan doğru deyildir(19).
    Türk Yurdu Aərbaycanda Novruz -Ergenekon xüsusi ilə qeyd edilir. Milli bayramımız olan Novruza aid ənənələr illər, yüz illər keçsə də qorunub saxlanır. Çərşənbələr önəmlə qeyd edilir və bayram gününə hazırlıqlar başlayır. Bir-birindən ləziz yeməklər, şirniyyatla-tatlılar bişirilir. Uşaqların yaddaşında Novruz "şəkərbura, paxlava və rəngli boyalarla boyanmış yumurtaların olduğu bayram" kimi qalır. Türk Şairi M.Hüseyn Şəhriyar "Heydər Babaya Salam" şeirində Novruz bayramının adət ənənələrində xüsusi ilə bəhs edirdi:

    Bayram olub, qızıl palçıq əzəllər,
    Naxış vurub otaqları bəzəllər,
    Taxçalara düzmələri düzəllər,
    Qız gəlinin fındıqçası, hənası
    Həvəslənər anası, qaynanası

    Və Ya

    Yumurtanı göyçək, güllü boyardıq
    Çaqqışdırıb sınanları soyardıq
    Oynamaqdan bircə məgər doyardıq?
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə NOVRUZGÜLÜ dərərdi.

    Sonda sizə Azərbaycanın qurucusu və Türk millətinin tanınmış milli düşünürü Məhəmməd Əmin Rəsulzadənin fikirlərini xatırlatmaq istəyirəm:
    "...Milli Hökümətin qurulmasında təqəddüm edən illərdə şəkilləşən milli hərəkat və ümumi Türkçülük davasında Novruz və ya Yeni günün özəl bir yeri olmuşdur. Türkçülük və millətçilik yoluna girən Azərbaycanda Novruz bayramı Cəmşid və ya Şiə Səfəvi ənənələrinə deyil, Ərgənəkon əfsanəsinə bağlanır və adına da Qurtuluş Bayramı deyilir. Əsrlərcə özlərinini çevirən dağlar arasında mahsur qalan (mühasirədə qalan) Türklər, bir dəmirçinin mərifəti və Bozqurdun dəlalətilə əsarətdən qurtularaq geniş dünyaya qovuşmuş və azad olmuşlar. 9 martda baş verən bu uğurlu hadisə, yeni təqvimlə 21 marta təsadüf edən bir yeni gündə, bir Novruzda olmuşdur.... İran -Turan ənənələrini özündə birləşdirən Novruz Bayramı Azərbaycandakı özəlliyi ilə həddən ziyadə gərçək bir təbiət, həyat və hüriyyət bayramı olaraq, xalq kütlələrinin adət və ənənələrində yer almaqda və əsil dəyəri də bu nöqtədədir". M.Ə.Rəsulzadə "Novruz Bayramı" məqaləsi , "Azərbaycan " jurnalı , Ankara. yıl:3 Sayiı12(24), mart 1954-cü il.

    İstifadə edilən mənbələr:
    1.ÇOBANOĞLU, Özkul (2000), “Türk Dünyası Sosyo-Kültürel Bağlamında Nevruz Bayramının Yapısal ve ĠĢlevsel Bakımlardan Halkbilimsel Çözümlemesi”, Uluslar arası Nevruz Sempozyumu Bildirileri, 33-38.
    2.Türklerden başka diğer halklarda bahar gelenekleri ve Nevruzla iliĢkileri hakkında bakınız: Kemalettin Köroğlu; “Mezopotamya’da Yeni Yıl Törenleri Nevruz’un Kökeni” Türk Dünyasında Nevruz, Yay. Haz. Nadir Devlet, Ġstanbul 1999, s. 35-39; NeĢet Çağatay; “Kuzey Yarımküre Halklarının YılbaĢı Günü Nevruz”, Uluslar arası Nevruz Semineri Bildirileri, 21-23 Mart 200 Ankara, s. 19-23
    3.ÖNAL, Mehmet Naci (2000), “Muğla’da Nevruz”, Muğla Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi I (3): 183-197.
    4.GÜNGÖR, Harun (1995), “Önasya Kültürlerinde Yeniden DoğuĢ ve Türklerde Nevruz”, Türk Kültüründe Nevruz Uluslar arası Bilgi Şöleni Bildirileri, Ankara.
    5.ALYILMAZ, Semra (2009), Maslenitsa ve Nevruz Bayramları Arasındaki ĠliĢki”, Uluslararası Sosyal Araştırmalar Dergisi (Karadeniz Sosyal Araştırmaları Özel Sayısı) II (7): 29-54.
    6.Marmara Üniversitesi yayin no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan: Prof.Dr.Nadir Devlet
    7.Marmara Üniversitesi yayın no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan: Prof.Dr.Nadir Devlet İstanbul 1999.NEVRUZ \I
    8. ÇAY, Abdulhalûk M. (1999), Nevrûz Türk Ergenekon Bayramı, Ankara.
    9..Marmara Üniversitesi yayın no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan: Prof.Dr.Nadir Devlet İstanbul 1999.NEVRUZ \I
    10.MAKAS, Zeynelâbidin (1987), Türk Milli Kültüründe Nevruz, Ġstanbul: Türk Dünyası AraĢtırmaları Vakfı Yayını
    11.TUTAR, Hasan (2002), “Tarihte ve Mitolojide Nevruz”, Türkler, C. 3: 611-621
    12. TÜRKDOĞAN, Orhan (1996), “Eski Bir Kültür Kodu Olarak Nevruz”, Türk Dünyası Araştırmaları Dergisi, Sayı 100: 23-38.
    13.Nevruz’u kutlamaktadırlar (http://www.necatidemir.net/images/demir/bkosem/nevruz.pdf) 1 Nuraniye-Erkin H. Ekrem, “Uygurlarda Nevruz Kutlamaları”, Nevruz, s. 157.
    14.Ekrem, agm, s. 157’den naklen.
    15.Reşat Genç, “Türk Tarihinde ve Kültüründe Nevruz”, Nevruz, (Yayına hazırlayan: Sadık Tural), Atatürk Kültür Merkezi yay., Ankara 1995, s. 22-23.
    16.RACABOV, Nazar (2000), “Nevruz Asya Halklarının Ezeli Bayramı (Özbekistan Örneğinde Nevruz)”, Uluslar arası Nevruz Sempozyumu Bildirileri, 145-157. EBULGAZİ Bahadır Han (1925), Şecere-i Türk, Yayına Haz. Rıza Nur, Ġstanbul. FEDAİ
    KAFALI, Mustafa (1995), “Türk Kültüründe Nevruz ve Takvim”, Türk Kültüründe Nevruz Uluslar arası Bilgi Şöleni Bildirileri, 20-22 Mart 1995, Ankara
    17.ÇAY, Abdulhalûk M. (1999), Nevrûz Türk Ergenekon Bayramı, Ankara
    18.TURAN, Mustafa (1998), “Tarihi Kaynaklar IĢığından Nevruz’un MenĢei Meselesi”, Milli Folklor V (37): 90-104.
    GENÇ, ReĢat (1997), “Türk Tarihinde ve Kültüründe Nevruz”, Anayurttan Atayurda Türk Dünyası, Sayı 12: 1-9
    TEPEKAYA, Muzaffer (2002), “Türk Kültüründe ve Tarihinde Nevruz”, Türkler, C. 3: 600- 610.12: 1-9.
    19.Prof.Dr. Abdülhaluk Çay .Nevruz :Türkün Ergenekon bayramı. turlsolu.com.tr.

    Verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə xüsusi təşəkkürümü bildirirəm, sayqılarımla.

    AYNUR TALIBLI. İstanbul, Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırması Bölümü, Yüksək Lisans.

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    Kərkük şəhərini Kürdüstana daxil etmək istəyirlər

    Kərkük şəhərinin dövlət binalarında İraq Kürdüstanın bayrağı dalğalandırılmışdır....

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...

    “Novruz mühazirəsi” keçirilib

    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib....



© 2017 Milliyyətçi Hərəkat