Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Siyasət Tarih: 23-03-2017, 22:03
    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Yazının ikinci bölümü: İkinci nəsil milliyyətçi hərəkat
    Yazının sonuncu bölümü: Üçüncü nəsil milliyyətçi hərəkat

    Milliyyətçilik ideologiyasının kökündəki təbii fikir ona hər daim geniş tərəfdar qazandırıb. Xüsusilə bəzi dönəmlərdə bu özünü daha qabarıq göstərir. Belə ki, dövrə uyğun olaraq milliyyətçilik bir zərurət halını alır, kütləviləşir, bu yöndə fəaliyyət göstərən təşkilatlar ortaya çıxır və onlar zərurətdən yaranan istəkləri uğrunda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu sahələr xeyriyyəçilik, ictimai (elmi, mədəni, təbliğat-təşviqat), fiziki (silahlı) və siyasi sahələrdir.
    Belə olduqda yeni bir anlayış- milliyyətçi hərəkat anlayışı daxil edilməlidir. Yuxarıda yazılanları ümumiləşdirərək milliyyətçi hərəkat anlayışını bu cür ifadə etmək olar:

    Milliyyətçi hərəkat- bəlli bir məkanda formalaşan mühitdə milliyyətçilik ideologiyasını mənimsəmiş çoxsaylı insanların təşkilatlanaraq zamanın gərəkdirdiyi milli istəkləri uğrunda apardıqları hərtərəfli mübarizədir.

    Hərəkat ideologiyanın bəlli bir ərazidə, bəlli bir zaman kəsiyi daxilindəki halıdır. Hərəkatlar səbəbdən doğan zərurətdən dolayı yaranırlar. Quzey Azərbaycan mühitində zaman 3 nəsil milliyyətçi hərəkat yetişdirib. Hər birinin özünəməxsus özəllikləri var. Buna görədir ki, 3 nəsil arasında biolojik varislik olsa da, gedilən yol baxımdan bəzi fərqliliklər vardır.
    19-cu yüzilliyin başlanğıcı quzey Azərbaycan mühitində dərəbəylik, feodal zülmü, iqtisadi çətinlik, cahiliyyə və dini xurafatla müşayiət olunurdu. Belə bir mühit, sadalanan problemlər səbəbindən bir təbii zərurət yaranırdı. Bu zərurət var olan problemlərin aradan qaldırılaraq sağlam gələcəyə doğru addımlamaq idi və nəticədə 19-cu yüzilliyin ortalarında quzey Azərbaycanda‪ ‎birinci nəsil milliyyətçi hərəkat‬ formalaşmağa başladı. Hərəkatın ilkin dövrü müəyyən anlamda kortəbii xarakter daşıyaraq əsrin sonuna qədər davam etdi. İlk dövrün mübarizə üsulları maarif işi, xeyriyyəçilik və qaçaqlıq idi. Quzey Azərbaycanın çar Rusiyasının siyasi sınırları içərisinə girməsinə baxmayaraq, əsas məsələ bu deyil, iqtisadi durumun çətinliyi və xalq arasında savadsızlığın, həmçinin, dini xurafatın geniş yayılması və bunların toplumun inkişafına əngəl olması idi. ‪‎

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Mirzə Fətəli Axundov‬un toplumda kök salmış dini xurafata qarşı maarif sahəsində apardığı mübarizə, oxuma-yazmanı asanlaşdırmaq üçün əlifba islahatı layihəsi, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılması üçün səyləri, ilk dramaturq olaraq yazdığı yenilikçi ruhda olan əsərləri milliyyətçi hərəkata passionar enerji verərək onun ilk rüşeymi olmuş və həm sağlığında, həm də ölümündən sonra bir çoxlarına təsir göstərmişdir.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Həsən bəy Zərdabinin "Cəmiyyət-i Xeyriyyə"-si, ilk türkcə teatr tamaşaları, "Əkinçi" qəzetini çıxartması ilə milli mətbuatın əsasını qoyması və yenilikçi fikirləri, ‎Seyid Əzim Şirvani‬ və tələbəsi ‪‎Mirzə Ələkbər Sabir‬in tənqidçi ruhdakı satirik şeirləri, dövri mətbuatdakı yazıları, pedaqoji fəaliyyətləri, Məhəmmədağa Şahtaxtınski‬nin "Şərqi Rus" qəzeti, "təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsi, ‪‎Aleksey Çernyayevski‬nin Qoridəki müəllimlər seminariyasının Azərbaycan şöbəsinə bölgə-bölgə gəzib tələbələr toplaması, oradakı pedaqoji fəaliyyəti, Rəşid bəy Əfəndiyev‬ və ‪‎Firudin bəy Köçərli‬ ilə birgə yazdıqları "Vətən dili" dərsliyi, ‎Nəriman Nərimanov‬, ‪‎Mahmudbəy Mahmudbəyov‬, ‪‎Budaqov‬,‪ ‎Rəşid bəy İsmayılov‬, Sultan Məcid Qənizadə‬nin məktəblər üçün türkcə dərslikləri, sonuncunun "Rus-Tatar" məktəbini yaratması toplumda müsbətə doğru böyük dəyişikliklərə səbəb oldu və artıq hərəkatın ikinci, yəni, mütəşəkkil ictimai-siyasi dövrünə keçid üçün zəmin yaratdı.
    Milliyyətçi hərəkatın ikinci dövrü 20-ci yüzilliyin əvvəllərindən başladı. İkinci dövrdə də maarif və xeyriyyəçilik işləri artan xətt üzrə davam edirdi, lakin, 2 yeni- silahlı və siyasi mübarizə üsulları da bura əlavə olunmuşdu.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Hacı Zeynalabdin Tağıyevin "Müsəlman Xeyriyyə Cəmiyyəti" yaratması və fəaliyyəti, milli kadrlar yetişdirmək üçün xaricdə oxuyan tələbələrə təqaüdlər ayırması, açdırdığı "Qızlar Gimnaziyası" və digər məktəb-texnikumları, yenilikçi və qabaqcıl fikirləri ilə topluma təsir göstərən "Füyuzat", "Həyat" kimi qəzet-jurnallara sponsorluq etməsi,‪ Cəlil Məmmədquluzadə‬nin "Molla Nəsrəddin" jurnalı vasitəsilə tərbiyələndirici fəaliyyəti, ‪‎Əli bəy Hüseyinzadənin‬ tanınmış üçlü düsturu,‪ ‎Əlimərdan bəy Topçubaşovun‬ dövlət dumasında milli haqqların müdafiəsinə yönəlmiş tutumu, ictimai-siyasi sahədəki mübarizəsi, Məhəmməd Əmin Rəsulzadə‬nin Müsəlman Gənclik Təşkilatı, "Açıq söz" qəzetindəki yazıları, Müsavat partiyasındakı fəaliyyəti, ‪

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Əhməd bəy Ağaoğlunun‬ Difai təşkilatını yaratması və təşkilatın gördüyü işlər, Fətəli xan Xoyski‬, ‪‎Hüseyin Cavid‬, ‪‎Abdulla Şaiq‬, ‪‎Abbas Səhhət‬,‪ ‎Ömər Faiq Nemanzadə‬, ‪‎Üzeyir Hacıbəyov‬ kimi şəxslərin, əlavətən, ilk başlarda Hümmət, İttifaqi-əl Müslimin, Müdafiə, İctimai təşkilatlar komitəsi, Milli Şura kimi partiya və təşkilatların fəaliyyəti, hərəkatın ikinci dövründə ictimai-siyasi sahədə özünəməxsus ab-hava, baza yaratmaqla 1918-ci ildə‪ ‎müstəqil dövlətin‬ əmələ gəlməsinə gətirib çıxardı. Dövlətin 23 aylıq fəaliyyətindən sonra ‪işğala‬ məruz qalması isə hərəkatın yönünü dəyişdirərək ‪milli azadlıq‬ mahiyyəti almasına səbəb oldu. Lakin, 1920-37-ci illər arası qırğınlar, repressiya birinci nəsil milliyyətçi hərəkatın passionar enerjisini əlindən alaraq ona son qoydu.


    Zakir Kərimli, Milliyyətçi Gənclər Təşkilatının İdeoloji şöbə üzrə idarə heyəti üzvü

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir"....



© 2017 Milliyyətçi Hərəkat