Çakkal Carlosa ömürlük həbs cəzası verildi

    Kategori: Siyasət / Dünya Tarih: 28-03-2017, 19:48
    "Çakkal Carlos" ləqəbi ilə tanınan Venesuelalı İlich Ramirez Sanchez-ə ömürlük həbs cəzası verildi.

    Çakkal Carlosa ömürlük həbs cəzası verildi


    Anadolu xəbər mərkəzinin verdiyi xəbərə görə Paris Ağır Cəza Məhkəməsində "Çakkal Carlos" ləqəbilə tanınan Venesuelalı İlich Ramirez Sanchez-in 1974-cü ildə Parisdə bir mağazaya təşkil etdiyi hücumla bağlı ömürlük həbs cəzasına məhkum edilmişdir.

    Bu hücumla bağlı 3 Martda başlayan məhkəmə prosesi dünən tamamlandı. Məhkəmədə Sanchez-in vəkili Francis Vuillem bildirmişdi ki, müttəhimin daha öncə də iki dəfə ömürlük həbs cəzasına məhkum edildiyini xatırladaraq, prosesin reallıqda heç nəyi dəyişməyəcəyini bildirmişdir.
    Sanchez-in 1974-cü ildə "Drugstore Publicis" adlı mağazaya əl bombası ilə etdiyi hücumda 2 nəfər ölmüş, 34 nəfər yaralanmışdır.
    Uzun müddət axtarışdan sonra 1994-cü ildə Sudanda tutulan "Çakkal Carlos", 1975-ci ildə Parisdə 3 nəfərin öldürməsi haqqında məhkəmə işində ömürlük həbs cəzasına məhkum edilmişdi.
    Sanchez, 2011-ci ildə də 1982-1983-cü illərdə Fransada 11 nəfərin ölümünə və 140-dan çox adamın yaralanmasına səbəb olan 4 hücumla bağlı da ömürlük həbs cəzası almışdı.
    Məhkəmədə ona verilən suallarda o bildirmişdi ki, "mən profesional bir inqilabçıyam".

    Belarusiyada mitinqlər kütləvi xarakter almaqdadır

    Belarusiyada xalq etirazları kütləvi xarakter almışdır. Polislə ciddi toqquşmalar olmuşdur....

    BMT xəbər verir ki, Yəməndə müharibə başlayandan 4 min 773 insan ölmüşdür

    BMT-nin açıqlamasında bildirilir ki, iki ildir Yəməndə başlayan müharibədə 4 min 773 insan ölmüş,...

    MGT Türkiyə Genel Mərkəzinin bir sıra tədbirləri keçirilib

    MGT Türkiyə Genel Merkezinin bir sıra tədbirləri keçirilmişdir....

    Rusiya Milli Qvardiyasının Şimali Qafqazdakı hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib

    TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib....

    Kərkükdə Kürdcə məcburi dil oldu, Türkcə yasaqlandı

    Peşmərgə başçısı Barzaninin təyin etdiyi Kərkük Valisi, şəhərdəki dövlət idarələrində Kürdcəni “məcburi dil” etdi....



© 2017 Milliyyətçi Hərəkat