Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Kategori: Milliyyətçi Hərəkat / teklif / Siyasət Tarih: 29-03-2017, 01:17
    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Yazının ilk bölümü : Birinci nəsil milliyyətçi hərəkat
    Yazının sonuncu bölümü: Üçüncü nəsil milliyyətçi hərəkat

    İstər müstəqilliyin itirilməsi, sovet dövrü olan qırğınlar, mövcud sərt rejim, istərsə də yuxarı vəzifələrdə qeyri-millətlərin nümayəndələrinin olması, milli kimliyin və dilin sıxışdırılması insanlara təsirsiz ötüşmürdü. Beləliklə, müstəqilliyin itirilməsi və sovet dövrü baş verən hadisələr səbəbindən yaranan milli şüurun artırılması və mövcud rejimə qarşı mübarizə zərurətindən 1940-cı illərdə ikinci nəsil milliyyətçi hərəkat formalaşmağa başladı. Bu zərurətdən yaranan istək isə müstəqilliyin bərpası idi. Əgər 1-ci nəsil hər şeyi sıfırdan yaradırdısa, 2-ci nəslin ilham alacağı 1-ci nəsil vardı. Hərəkatın ilkin gizlin dövrü universitet mühitində yaranan tələbə və akademiklərin təşkilatlanmalarından başlayır. Xüsusilə Bakı Dövlət Universiteti bu sahədə önəmli rol oynayıb.
    Hələ 1941-ci ilin yazında tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə antisovet milliyyətçi qrup fəaliyyətə keçmişdi. Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    1943-cü ildə Gülhüseyn Hüseynoğlu və İsmixan Rəhimovun başçılığı ilə yaradılan İldırım təşkilatı antisovet ruhda fəaliyyət göstərib təbliğat aparan ilk ciddi təşkilatlardandır.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    1957-ci il 28 may tarixində Cahid Hilaloğlu və Çingiz Abdullayevin Qız Qalasında cümhuriyyətin 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın yüksəliş işartısı sayıla bilər.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    İctimai-siyasi xadim Şıxəli Qurbanov milli məsələlərdəki xidmətləri və qətiyyətli tutumu ilə ikinci nəsil hərəkatda canı bahasına layiqli ad qoymuşdur.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    1957-ci ildə Xudu Məmmədov və Oqtay Eldəgəz tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci ildə 95 nəfər milli düşüncəli ziyalını ətrafında birləşdirən “Milli Azadlıq Qərargahı” fəaliyyətə keçdi. MAQ istər uğurlu kadr dəyişikliyi siyasəti, istərsə də Astara-Yardımlı arası rayonların İrana verilməsinin qarşısını alması ilə milliyyətçi hərəkatda iz qoyan qurumlardandır. 70-ci illərdə tələbələr arasında təşkilatlanmalar və təbliğat daha da gücləndi. Bu işdə Əbülfəz Elçibəyin adını özəlliklə qeyd etmək lazımdır.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    80-ci illərdə Xəlil Rza Ulutürk, Əbülfəz Elçibəy, Ənvər Börüsoy, Firudin Ağasıoğlu, Sabir Yanardağ, Məhəmməd Hatəmi Tantəkin, İsfəndiyar Coşğun və digər gənclərin, ziyalıların fəaliyyəti ilə artıq milliyyətçi hərəkatın ikinci - aşkar dövrünə keçid baş tuturdu.

    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Ən əsas Varlıq və Çənlibel təşkilatlarının fəaliyyəti “Meydan” hadisələri üçün təməl rolunu oynadı. 1988-ci ildəki “Meydan”, 89-cu ildəki “Həmrəylik” günü hadisələri milli birliyin və milli şüurun güclənməsində misilsiz rola malikdir. Beləliklə 40-cı illərdən bəri başlayan ikinci nəsil milliyyətçi hərəkat öz istəyinə çataraq 1991-ci ildə dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələndi. Ancaq, sonrakı proseslər və Elçibəyin ölümü 2-ci nəsil hərəkata zərər vurmaqla 2000-ci ildə ona tamamilə son qoydu.

    Zakir Kərimli, Milliyyətçi Gənclər Təşkilatının İdeoloji şöbə üzrə idarə heyəti üzvü


    Yenİ nəsİl mİllİyyətçİ hərəkat

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Rusiya Milli Qvardiyasının Şimali Qafqazdakı hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib

    TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...



© 2017 Milliyyətçi Hərəkat