Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.

    Kategori: Bloq / Siyasət Tarih: 1-04-2017, 15:28
    Hər millətin onu təcəssüm etdirən bir simvolu, predmeti vardır.

    Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.


    Bu simvol və predmet millətlərin yaşadığı coğrafi ərazinin fərqlilikləri ilə müəyyənləşir, assosasiya olur.(Çünki, müxtəlif ərazilərə görə müxtəlif nəsnələr toplumların həyatında önəmlilik daşıyır). Məsələn, Elias Canettinin qeyd etdiyi kimi isveçrəli üçün dağlar, ingilis üçün dəniz, holland üçün dənizin önünü kəsib ölkəni qoruyan dambalar, almanlar üçün meşə (həm də meşəni imitasiya edən ordu) misal olaraq göstərilə bilər. Önəmli məqamlardan biri budur ki, kütlələrin bu simvolları dəyişərsə onların xarakterik özəllikləri də dəyişimə məruz qalar.

    Məsələn, isveçrəliləri dağlıq ərazidən səhralığa köçürsək, yaxud dağlar partladılaraq yox edilsə, onların xarakterik mahiyyətinin təcəssüm qaynağı dəyişimə uğrayar və illər sonra var olan isveçrəli toplumu əvvəlki toplumdan istər düşüncə, istərsə də xarakter olaraq böyük fərqliliklər göstərər.

    Elias Canetti maraqlı bir məqam kimi almanların “Versal” müqaviləsi dövrünü analiz edir. O, deyir ki, alman millətinin simvolu olan ordunun ləğv edilməsi önəmli problemlər yaratmışdır. Bunu edən Adolf Hitler isə çıxışlarında hər dəfə təkrar-təkrar “Versal diktatı” şüarından istifadə edir, millətin yarasının qaysaqlanmasına imkan vermirdi, yoxsa, əks təqdirdə almanı “alman” edən( hər millətin öz xarakteristik spesifik mahiyyəti onu var edən əsas faktordur.) spesifik mahiyyət itirilə bilərdi.

    Bu gün türk millətinin də simvolik dəyərləri itirilmişdir(əlimizdən alınmışdır). Bu simvolika çox ehtimal ki, türklərdə də ordu idi. Çünki, yaşadıqları coğrafi bölgələrin fərqli özəlliklərinə baxmayaraq bütün türklər üçün ortaq təcəssüm ordu ilə ehtiva olunur. Bu gün türk dövlətlərində ordunun diqtəsi, avtoritetliyi yox edilmişdir. Biz bu dediklərimizə önəmli örnək olaraq Atatürk dövrünü çox əsaslı şəkildə göstərə bilərik. Atatürkün yaratdığı dövlət modern milli-dövlət strukturlu dövlət idi, ancaq dövlətin mahiyyətini ordu təşkil edirdi. Yəni, ordunun diqtəsi, avtoritetliyi və mahiyyətlilik müstəvisində dominantlığı mövcud idi. (Nəzərinizə çatdırım ki, keçmiş türk dövlətlərində olduğu kimi Atatürk də bir sərkərdə olaraq dövlət qurmuşdur).
    Bu da Atatürk Türkiyəsinin türk toplumunu dirçəltməsi və Bilgə Kağanın dediyi “Ey türk, titrə və özünə dön. Sən özünə dönəndə güclü olursan (yəni özün olursan, türk olursan).” sözünün realizasiyası idi. Bu, toplumun milli qürur və heysiyyat məhfumlarının öz təfəkkür və xarakterik aktlarında təzahür etdirməsinə nail oldu. Ancaq, illər sonra dövrümüzdə ordunun diqtəsinin Türkiyədə azaldılması, digər türk dövlətlərində yox edilməsi hal-hazır ki, şikəst, xarakteristikasını itirərək başını da itirmiş türk toplumun yaranmasına səbəb olmuşdur. Önəmli məqam budur, hər millətin, toplumun birləşdiyi təşkilati-sturukturu olan dövlətin təşkil edilməsi onun spesifik mahiyyəti ilə şərtləndirilməlidir.

    Qeyd: Bir milləti və onun spesifik xarakterini var edən digər nəsnələrdən biri də o millətin özünəməxsus kültürüdür. Bu kültürün də önəmli məhfumu dildir. Çünki dil var olan şüurun xarakterini açmaqla yanaşı, özü də zamanla şüuru formalaşdıran bir faktor kimi analiz edilir.

    Mete Türksoy.

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....



© 2017 Milliyyətçi Hərəkat