Haqqımızda

    Kategori: Milliyyətçi Hərəkat Tarih: 3-04-2017, 22:00
    2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra Azərbaycan Respublikasında milliyyətçilik siyasi-ideoloji olaraq dağınıq və toplum içində fəaliyyətsiz hala keçmişdi. Buna görə də dövrün tələblərinə uyğun olaraq, bir-birilərinin varlığından xəbərsiz, dağınıq halda mövcud olan gənc milliyyətçiləri birləşdirmək üçün bir quruma ehtiyac duyulurdu. 2012-ci ilin mart ayından başlanan danışıqların nəticəsi olaraq 26 avqust 2012-ci il tarixində bir qrup gənc tərəfindən Milliyyətçi Gənclər Təşkilatının yaradılaraq fəaliyyətə başladığı elan olundu. 2013-cü ilin yanvar ayından etibarən isə artıq MGT aktiv fəaliyyətə keçərək qısa zamanda toplumun böyük bir kəsimini ətrafına toplamış və heç bir siyasi quruma tabe olmayan müstəqil ictimai təşkilata çevrilmişdir.
    Milliyyətçi Gənclər Təşkilatının strukturu, daxili qaydaları və ideoloji fikirləri haqqında daha ətraflı öyrənmək üçün oxu:

    Nizamnamə, Əsasnamə, Bəyannamə

    Müstəqil Azərbaycan Respublikası daxilindəki ümumi yarıtmaz vəziyyət, belə ki, zərərli yad ideologiyaların sürətlə yayılması, xalqımızın haqq və hürriyyətinin tapdalanması, dövlətçiliyə qarşı xəyanətlərin geniş vüsət alması, xarici mədəniyyətlərə və dövlətlərə asılılıq meylinin sürətlənməsi, milli qalxınma prosesinə törədilən əngəllər, üstəlik, xaricdəki soydaşlarımızın düşdüyü durum və dünyada gedən mədəniyyətlərarası mübarizədə yox olmaq təhlükəsi səbəbindən doğan əski qüdrətin bərpası və çağdaş inkişafa çatmaq zərurətindən hal-hazırda 3-cü nəsil milliyyətçi hərəkat yaranıb böyüməkdədir.
    2000-ci illərin əvvəllərində qurulan bir neçə qısaömürlü təşkilat 3-cü nəsil hərəkat üçün ilkin rüşeym rolunu oynadı. Lakin, bu rüşeymin böyüyüb hərəkata çevrilməyində 2012-ci ildə qurulan Milliyyətçi Gənclər Təşkilatının böyük payı var. Belə ki, MGT yeni nəsil milliyyətçi hərəkatın özəyidir.
    Yeni nəsil milliyyətçi hərəkatın qeyd edilən yaranma zərurəti onu üç əsas məramdan ibarət istəyə kökləmişdir:

    Güclü Millət, Güclü Dövlət, Yüksək Rifah

    Üçüncü nəsil milliyyətçi hərəkat bir proses olaraq öz istəyinə çatanadək 2 mərhələdən keçəcəkdir: İctimai və siyasi mərhələ.
    Hazırda davam edən və MGT-nin qərargah funksiyasını daşıdığı ictimai mərhələ bitdikdən sonra isə siyasi mərhələyə keçid olacaqdır. Siyasi mərhələyə keçid olduqda yetişən yeni nəsil milliyyətçi gənclik "Milliyyətçi Hərəkat" adlı yeni bir siyasi qurumda birləşərək fəaliyyətlərinə davam edəcəklər. Bu qurumun formalaşdırılmasına 2015-ci ilin avqust ayından etibarən başlanılıb və hələ davam etməkdədir. Hazırda qurumun tam fəaliyyətə başlaması üçün
    tərəfdarlar toplanılmasına davam edilir və təşəbbüs qrupuna qəbul edilirlər.

    MGT Türkiyə Genel Mərkəzinin yeni şəhər özəkləri yaradılmışdır.

    MGT Türkiyə Genel Mərkəzinin yeni şəhər özəkləri təsis edilərək, özək başqanları təyin edilmişdir....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    MGT Türkiyənin Samsun özəyi təsis edilmişdir

    Milliyyətçi Gənclər Təşkilatının qardaş Türkiyə Cumhuriyyəti üzrə təsis edilmiş baş nümayəndəliyinin ( MGT Türkiye Genel Temsilciliyi )...



© 2017 Milliyyətçi Hərəkat