Nizamnamə

    Kategori: Milliyyətçi Hərəkat Tarih: 3-04-2017, 22:03
    Nizamnamə


    I. Ümumi müddəalar.

    1.1 Milliyyətçi Gənclər Təşkilatı (bundan sonra MGT) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökümət təşkilatıdır.
    1.2 MGT dövrün tələblərinə uyğun olaraq, bir-birilərinin varlığından xəbərsiz, dağınıq halda mövcud olan gənc milliyyətçiləri birləşdirmək üçün yaradılıb.
    1.3 MGT-nin mərkəzi, xüsusi hallar istisna olmaqla Bakı şəhərində yerləşir.
    1.4 MGT-nin loqosu və digər fərqləndirici atributları ola bilər.

    II. MGT-nin fəaliyyət növü.

    2.1 MGT öz fəaliyyətini üçüncü nəsil milliyyətçi hərəkatın ictimai mərhələsi əsasında qurur.
    2.2 MGT heç bir siyasi quruma tabe olmayan, müstəqil ictimai təşkilatdır.
    2.3 MGT-nin fəaliyyəti soydaşlarımızın yaşadığı bütün yerləri əhatə edir.
    2.4 MGT üçüncü nəsil milliyyətçi hərəkatın ictimai mərhələsi üzrə qərargah olub, məhz 2 yöndə, 9 məqsəd üzrə ideolojik məktəb olaraq fəaliyyət göstərir. Bundan başqa, MGT gündəmdə olan hadisələrə də öz mövqeyini ortaya qoya bilər.

    III. MGT-nin fəaliyyət yönləri və məqsədləri.

    3.1 Azərbaycan Respublikası (AR) yönündə olan məqsədlər:

    1) Milli kimliyi aşılamaq
    2) Milli tarixi və mədəniyyəti təbliğ etmək
    3) Dost və ya düşmən mövqedə olanları xalqa çatdırmaq
    4) Soydaşlarımızda daha sağlam gələcək naminə "milli amalın" formalaşması üçün çalışmaq
    5) Yenilikçi, yüksək dünyagörüşlü, savadlı gənclərin yetişməsini təmin etmək

    3.2 AR xaricində yaşayan soydaşlarımız yönündə olan məqsədlər:

    1) Milli şüurlarının artması üçün çalışmaq
    2) Yenilikçi, yüksək dünyagörüşlü, savadlı gənclərin yetişməsinə yardımçı olmaq
    3) Öz aralarında təşkilatlanmağa yardım etmək
    4) Qarşılıqlı əlaqələrin artırılması və inteqrasiya prosesini sürətləndirmək

    3.3 MGT öz məqsədlərinə çatmaq üçün qanunla qadağan olunmayan bütün növ fəaliyyətlərlə məşğul olur.

    IV. Üzvlük.

    4.1 MGT-nin bəyannaməsini, nizamnaməsini və əsasnaməsini oxuyub qəbul edən 16 yaş və üstü şəxslər üzvlük proseduruna başlaya bilər.
    4.2 Bunun üçün həmin şəxs “MGT üzvlüyünə namizədlik formu”-nu doldurmalıdır.
    4.3 Üzvlüyə namizədlər İdarə Heyətinin (bundan sonra İH) İdeoloji Şöbəsinin xüsusi təlim-sınaq prosesini keçməlidirlər.
    4.4 Xüsusi təlim-sınaq prosesinin müddəti və tərkibi İdeoloji Şöbə tərəfindən müəyyənləşdirilir.
    4.5 Təlim-sınaq prosesini uğurla başa vuran namizədin üzvlük proseduru özünün, İdeoloji Şöbə üzrə İH üzvünün və İH Sədrinin imzası ilə sənədləşdirildikdən sonra tamamlanmış sayılır.
    4.6 Üzvlər bərabərhüquqludur və aşağıdakı hüquqlara malikdir:
    - MGT-nin seçkili orqanına seçmək və seçilmək (Nizamnamədə nəzərdə tutulmuş tələbləri ödədikdə)
    - İH-nin fəaliyyəti barədə məlumat almaq
    - MGT-nin İdarə heyəti qarşısında hər hansı məsələdə şikayət və ya etirazını bildirmək, təkliflər irəli sürmək
    - İH səlahiyyət verdikdə MGT adından bəyanatla çıxış etmək
    4.7 MGT üzvləri aşağıdakı öhdəlikləri daşıyır:
    - Nizamnamə, əsasnamə və bəyannaməyə əməl etmək, onlardan kənara çıxmamaq
    - MGT-nin qərarlarını yerinə yetirmək
    - MGT-nin tədbir və yığıncaqlarında iştirak etmək
    - İH tərəfindən müəyyən edilmiş məbləğdə büdcəyə aylıq ödəniş etmək
    4.8 Aşağıdakı hallarda İH-nin qərarı ilə üzvlükdən xaricetmə həyata keçirilir:
    - Könüllü surətdə üzvlükdən imtina etdikdə
    - Təşkilatın nizamnamə, əsasnamə və ya bəyannaməsini xəbərdarlığa baxmayaraq dəfələrlə pozduqda
    - Üzrsüz səbəbdən təşkilatda fəaliyyətsizlik göstərdikdə
    - Hər hansı bir şəkildə təşkilatın imicinə zərər vurduqda

    V. MGT-nin idarəetmə strukturu.

    5.1 MGT-nin iç strukturu İH və koordinatorluqlardan ibarətdir.
    5.2 MGT-də idarəetmə fəaliyyəti Sədr tərəfindən başçılıq edilən İH vasitəsilə təmin olunur.
    5.3 MGT-nin seçkili orqanı İH Sədri təsisatıdır. Seçkilər:
    - 3 ildən bir MGT üzvlərinin iştirakı ilə keçirilir.
    - Mövcud İH seçki ilə əlaqədar yaranan məsələləri həll etməli və seçkinin keçiriləcəyi vaxtdan 1 həftə öncə bütün üzvlərə gərəkli bilgini verməlidir.
    - Son 3 ildir təşkilata üzv olan, MGT-nin mərkəzinin yerləşdiyi şəhərdə daimi yaşayan 21 yaş və üstü şəxslər İH Sədrliyinə namizəd ola bilərlər.
    - Seçkinin legitim sayılması üçün üzvlərin ən az 55%-i səsvermədə iştirak etməlidir.
    - İlk turda heç bir namizəd seçkidə iştirak edən seçicilərin ən az 51% səsini toplaya bilmədisə, ən çox səsə malik ilk 2 namizəd növbəti turda yenidən səsverməyə çıxır. Səslər seçicilərin qarşısında sayıldıqdan sonra nəticə açıqlanır.
    - Seçilən İH Sədri təyin etdiyi yeni İH tərkibini seçicilər qarşısında açıqlamalıdır.
    - İH-nin digər üzvləri son 1 ildir MGT üzvü olan, təşkilatın mərkəzinin yerləşdiyi şəhərdə daimi yaşayan 18 yaş və üstü şəxslərdən 3 illik müddətə (Sədrin öz fəaliyyət dövrü daxilində) təyin edilə bilər.
    5.4 İH Sədri sadalanan özəl səlahiyyətlərində təkbaşına qərar vermək haqqına sahibdir:
    - İclaslara üzrsüz səbəbdən ardıcıl olaraq gəlməyən və ya fəaliyyətsizlik göstərən, nizamnamə, əsasnamə və ya bəyannamənin müddəalarını pozan İH üzvünə şifahi və yazılı xəbərdarlıq etmək, bu fayda vermədikdə isə onu yeni birisi ilə əvəz etmək
    - Əsaslandırılmış surətdə növbədənkənar canlı İH toplantısını çağırmaq
    - MGT adından bəyanat və müraciətlə çıxış etmək
    - Digər təşkilatlarla MGT adından əlaqə qurmaq
    - MGT üzvləri arasından birini istədiyi müddətə öz səlahiyyətlərindən bəzilərini verməklə həmsədr təyin etmək
    - Yürüş və ya tədbir keçirmək haqqında qərar vermək, bu haqda digər İH üzvlərinin verdiyi təklifə dair son qərarı bildirmək
    - Nizamnamə, əsasnamə və ya bəyannaməyə əsaslandırılmış düzəliş etmək, bu haqda digər İH üzvlərinin verdiyi əsaslandırılmış təklifə dair son qərarı bildirmək
    - MGT-nin maliyyə vəsaiti ilə bağlı məsələləri həll etmək və büdcənin idarə olunmasında son qərarı vermək
    - MGT-nin bütün üzvlərindən, habelə, tərəfdarlarından ibarət Qurultay çağırmaq, bu haqda digər İH üzvlərinin verdiyi təklifə dair son qərarı bildirmək və Qurultay çağrılması ilə bağlı yaranan məsələləri həll etmək
    - MGT-nin bölgələrdə özəklərini yaratmaq, bu haqda digər İH üzvlərinin verdiyi təklifə dair son qərarı bildirmək və özəklərdə idarəetmə məsələlərini tənzimləmək
    5.5 İH-nin digər üzvləri sadalanan özəl səlahiyyətlərində öz aralarında səsvermə ilə qərar qəbul etmək haqqına sahibdir:
    - MGT adından bəyanat və müraciətlə çıxış etmək
    - Əsaslandırılmış surətdə növbədənkənar canlı İH toplantısını çağırmaq
    - Yürüş və ya tədbir keçirmək haqqında İH Sədrinə təklif irəli sürmək
    - Nizamnamə, əsasnamə və ya bəyannaməyə düzəliş etmək haqqında İH Sədrinə əsaslandırılmış təklif irəli sürmək
    - MGT-nin bütün üzvlərindən, habelə, tərəfdarlarından ibarət Qurultay çağırmaq haqqında İH Sədrinə təklif irəli sürmək
    - MGT-nin bölgələrdə özəklərini yaratmaq haqqında İH Sədrinə təklif irəli sürmək
    5.6 İH sadalanan ümumi səlahiyyətlərində daxili səsvermə ilə qərar qəbul etmək haqqına sahibdir:
    - MGT-nin məqsədlərinə uyğun iş planı hazırlayaraq 3 il müddətində onları həyata keçirmək
    - MGT-nin loqosu və digər fərqləndirici atributlarını yaratmaq və ya onlara dəyişiklik etmək
    - Nizamnamə, əsasnamə və ya bəyannamənin müddəalarını pozan üzvlərə şifahi və yazılı xəbərdarlıq etmək
    - Qarşıda duran məsələlərin həllini təşkil etmək və ehtiyac olarsa daha əvvəlki təşkilat yükümlülərindən yardım istəmək
    - Nizamnamədən, əsasnamədən və bəyannamədən irəli gələn digər məsələləri həll etmək
    5.7 Nizamnamənin 5.5 və 5.6-cı maddələrində sözü keçən “səsvermə ilə qərar qəbul etmək” yalnız İH toplantılarında gerçəkləşir:
    - İH toplantısı ən az 4 İH üzvünün bir araya gəlməsi ilə baş tutur.
    - İH üzvləri vaxtı qərarlaşdıraraq ayın orta və son günlərində olmaqla ən az 2 dəfə canlı toplantı keçirməlidirlər.
    - Canlı toplantılara İH Sədri aparıcılıq edərək disiplini təmin edir.
    - Toplantılarda əsaslandırılmış, faydalı və səmərəli qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
    - Səsvermə prosesində İH-nin bütün üzvləri bərabərhüquqludur.
    - İH-nin digər üzvləri ayın sonunda baş tutan canlı toplantıda İH Sədrinə yazılı şəkildə aylıq fəaliyyət hesabatı təqdim etməlidirlər.
    5.8 MGT-nin məqsədlərini yerinə yetirməyə yönəlmiş fəaliyyəti təmin etmək üçün İH 5 müxtəlif Şöbədən təşkil olunur:
    - Maarif Şöbəsinin fəaliyyəti yenilikçi, yüksək dünyagörüşlü, savadlı gənclərin yetişməsini təmin etmək məqsədi üzrədir.
    - Dış Soydaşlarla Əlaqə Şöbəsinin fəaliyyəti AR xaricində yaşayan soydaşlarımız yönündə olan məqsədlər üzrədir.
    - Təbliğat Şöbəsinin fəaliyyəti topluma təsir üsullarının əldə saxlanılması və bu vasitələrlə MGT-nin məqsədləri gərəyi lazımi bilgiləri topluma ötürmək, aşılamaqdır.
    - Təşkilati Şöbənin fəaliyyəti arxiv-sənədləşdirmə işləri, yürüş və müxtəlif tədbirlərin, həmçinin, oradakı disiplinin təşkili, bölgə özəkləri ilə mərkəz arasında əlaqə məsələləri və təşkilati işdə qarşıya çıxan digər məsələlərin həllidir.
    - İdeoloji Şöbənin fəaliyyəti üzvlüyə qəbulla bağlı məsələlər, təbliğat materiallarının hazırlanması, seminarların təşkili və siyasi, ideoloji fikirlərin konseptual olaraq ortaya qoyulması üzrədir.
    5.9 Hər Şöbə üzrə İH üzvü:
    - Şöbənin İdarə Heyətində təmsilçisidir və Şöbə adından çıxış etmək haqqına sahibdir.
    - Şöbənin iş fəaliyyətində və qarşıya qoyulan məqsədin yerinə yetirilməsində birbaşa məsuliyyət daşıyır.
    - Şöbənin ümumi işində qarşıya çıxan problemlərin həll edilməsində məsul şəxsdir.
    - Öz işində operativliyi artırmaqdan ötrü MGT üzvlərindən ibarət müxtəlif sahələr üzrə koordinatorluqlar yaradır, görüləcək işləri müəyyənləşdirir və üzvlərdən birini koordinator seçir.
    - Şöbədəki müxtəlif koordinatorluqlar arasında qarşılıqlı iş birliyinin sağlanmasının təminatçısıdır.
    - Hər koordinatorluğun işinə birbaşa və ya dolayı yolla yardım edir.
    5.10 İH Sədrinin qərarı əsasında ən az 5 MGT tərəfdarının olduğu yaşayış məntəqələrində həmin məntəqə və ya bölgə üzrə MGT özəyi qurula bilər:
    - Bölgə özəkləri MGT-nin nizamnamə, əsasnamə və bəyannaməsi əsasında fəaliyyət göstərirlər.
    - Özəklərin fəaliyyət və idarəetmə ilə bağlı məsələləri İH Sədri tərəfindən tənzimlənir.

    VI. MGT-nin büdcəsi.

    6.1 MGT-nin büdcəsi aşağıdakı qaynaqlardan formalaşdırılır:
    - Hər ay yığılan üzvlük haqqlarından (aylıq ödəniş)
    - Könüllü verilən vəsait və ianələrdən
    - MGT-nin həyata keçirdiyi tədbirlərdən
    - Qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət sahələrindən əldə olunan gəlirlərdən
    6.2 Üzvlük haqqının məbləği İH tərəfindən müəyyən edilir.
    6.3 Büdcədəki maliyyə vəsaiti ancaq MGT-nin nizamnaməsində göstərilən məqsədlərin yerinə yetirilməsində istifadə olunur.

    VII. MGT-nin fəaliyyətinə xitam verilməsi.

    7.1 MGT öz fəaliyyətini üçüncü nəsil milliyyətçi hərəkatın ictimai mərhələsi əsasında qurduğuna görə öz məqsədlərinə çatanadək daima fəaliyyət göstərəcəkdir.

    KORPORATİZM

    XVIII-XIX əsr fəlsəfələri bəşər övladının öz yaşamına və dünyanın oturuşmuş quruluşuna müxalif düşüncələrini formalaşdırmış,...



© 2017 Milliyyətçi Hərəkat