Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    Kategori: İqtisadiyyat Tarih: 13-03-2017, 20:00
    "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol billdirib ki, "Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir".

    Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

    TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir. "TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır. TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir. Əslində, biz işlərimizi çox tez başa çatdırmağı və 2019-cu ilin ortalarında Avropaya qaz nəql etməyi planlaşdırırıq. Lakin bu vaxtadək TAP layihəsinin icra olunacağına inanmırıq. Buna görə, biz 2020-ci ildən etibarən Avropaya qazın nəql olunacağını proqnozlaşdırırıq", - deyə S.Düzyol bildirib.

    Mənbə: APA

    Naxçıvanda tarixi adların əmtəə nişanı kimi istifadəsinə icazə verilməsinə dair qaydalar müəyyənləşdirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Naxçıvan” Muxtar Respublikası ərazisində...

    Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib

    Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də...

    “Novruz mühazirəsi” keçirilib

    Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib....

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Güvenlik Kodu (CAPTCHA)
    Kodu Güncelle





© 2017 Milliyyətçi Hərəkat