Əsasnamə

    Kategori: Milliyyətçi Hərəkat Tarih: 3-04-2017, 22:58
    Əsasnamə

    I. Ümumi müddəalar.
    1.1 Bu əsasnamə MGT daxili münasibətləri və disiplin normalarını tənzimləmək üçündür.
    1.2 Disiplin normaları ofis, toplantı, seminar-debat, yürüş və tədbirlərdə asayişə, eyni zamanda uyğun urun (protokol) qaydalarına əməl etməkdir.
    II. Daxili münasibətlər, Davranış
    2.1 Bu maddə əski türk törəsinin 4 dəyişməz yasası (insanlıq, bərabərlik, faydalılıq, ədalətlilik) üzərinə qurulur.
    2.2 Şəxslərə qarşı münasibəti bəlirləyən faktorlar yalnızca onların disiplinə əməl etməkləri, ideologiyaya sadiqlik, şəxsi keyfiyyət və düşüncə tərzləridir.
    2.3 Təşkilatın imicinə zərər vuran hallar istisna olmaqla, şəxslərin özəl həyatlarına müdaxilə yolverilməzdir.
    2.4 Üzvlər arasında münaqişə və şəxsiyyətini incitməyə səbəb ola biləcək hər cür söhbət və zarafatlar yasaqdır. Belə ki, ola biləcək ən kəskin toqquşmalarda belə qarşılıqlı sayğı qorunmalıdır.
    2.5 Ola biləcək tənqid və ya mübahisələr kənarda edilməli, şəxsi münasibətlər təşkilat daxilinə qətiyyən sirayət etdirilməməlidir.
    2.6 Bütün üzvlər nizamnamədə göstərilən hüquqlar çərçivəsində bərabərhüquqludur.
    2.7 Bütün üzvlər ilk öncə özünə, sonra isə hər kəsə qarşı faydalı olmalıdır.
    2.8 Bir-birinə qarşı münasibətdə bütün üzvlər ədalətliliyi qorumalıdır.
    2.9 Təşkilat daxilində ümumi müraciət forması “bəy” və “xanım” olaraq qərarlaşdırılıb.
    III. Disiplin normaları
    3.1 Ofis təşkilati işdə faydalı ola biləcək bütün üzvlər üçün gün ərzində bəlli vaxtlarda açıqdır.
    3.2 Ofisdə daha çox maarifləndirici mövzularda müzakirələrə üstünlük verilməli, sakitliyə riyaət edilməli və boş vaxt itkisinə qətiyyən yol verilməməlidir.
    3.3 Ofisdə disiplindən məsul şəxs İH Sədridir.
    3.4 Toplantı, seminar-debat, yürüş və tədbirlərdə uyğun urun qaydalarını İH tənzimləyir.
    3.5 İH ehtiyac olduqda disiplin normalarına uymağa nəzarət etmək üçün xüsusi Disiplin komitəsi yarada bilər.
    3.6 Bu komitə disiplin normaları gərəyi asayişi və uyğun urun qaydalarını təmin etmək üçün lazımi addımlar atmaq səlahiyyətinə malikdir.

    Tramp : ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”

    ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”...

    31 mart,20 yanvar,26 fevral .....

    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....



© 2017 Milliyyətçi Hərəkat