31 mart,20 yanvar,26 fevral .....

    Kategori: Bloq / Siyasət Tarih: 4-04-2017, 00:07
    Azərbaycan Türk Tarixi yağı düşmənlərin törətdiyi faciələr və acı gerçəklərlə doludur. Şanlı tariximizdə düşmənlərimizə görə tək suçumuz Türk və müsəlman olmağımız olmuşdur. Bu səbəbdən bizlərə qarşı nankorcasına düşmənlik güdürdülər. Bu məqamda belə bir sual verə bilərsiniz " kimlər ? ". Təbii ki, cavab " ruslar və ermənilər " dir. Ayrıca bu düşmənliyin səbəblərindən biri olan iqtisadi cəhətlərdən sizə bəhs etməyəcəyəm. Bu yazımda sizə tarixi faktlardan daha çox bu soyqırımların töredilməsinin ardındakı qaranlıq pərdəni aralayacağam.

    31 mart,20 yanvar,26 fevral .....


    Bəziləri oxuyunca məni faşist olaraq suçlaya bilər. Amma bu mənim üçün önemli belə deyil. Çünki hər şey göz önündədir və tarix bütün olanları yazır və yazmışdır. 31 mart türklərə qarşı açıq aydın bir soyqırımı idi. Bu soyqırımın səbəbi rusların "müstəqil Azərbaycan qorxusu" idi. Qafqazda müstəqil bir Türk dövləti onların işlərinə gəlmirdi. Çünki dövlət olaraq rusları var edən türk milləti (Azərbaycan, Özbək, Tatar, Qazax, Qırğız Türkləri) olmuşdur. Bəlki bir müstəqil Türk dövlətinin Qafqazda var olması, digər Türklər də müstəqilliyə meyl etdirəcək və baş qaldıracaqlardır. Bu səbəbdən də Azərbaycan Türklərinə qarşı erməni quldurları ilə birlikdə soyqırımı törətdilər. 1918-ci ildə 29-31 mart və 3 aprel günlərində 50 min Azərbaycan Türkü qətlə yetirildi. Təkcə Bakıda 20 mindən çox Azərbaycan Türkü qətl edilmişdir. Azərbaycanın-Bakının mühüm iqtisadi, siyasi mərkəz olması və petrol qaynağı olması, hər zaman ermənilərin, rusların iştahını qabartmışdır.
    Azərbaycanlı Türk qardaşlarının harayına, köməyinə Qafqaz Türk İslam Ordusu gəldi. Bu şanlı Türk ordusu Oğuz Türk yurdu olan Azərbaycan torpaqları üçün 1132 əsgərini şəhid vermişdir.
    Bu soyqırım Azərbaycan Türklərinin tarixində sonuncu olmadı 1990-ci il 20 yanvar hadisələrində yenidən Bakı başda olmaqla Azərbaycan torpaqlarında yenə eyni şərr qüvvələr -rus hərbi qüvvələri ve erməni çətələri, quldurları soyqırımı etdilər. Bu hadisələrin öncəsində isə Sovet dönəmində rus ve ermeni idarəçilər utanmadan "xalqların qardaşlığı" sərsəmləməsi ilə Azərbaycan Türklərini və digər türkləri sosial həyatda alçaldır, əzirdilər. "Xalqların qardaşlığı" sərsəmləməsi Azərbaycan Türklərini Türklüklərindən, soylarında uzaqlaşdırmaq məqsədi ilə istifadə etmişlərdir. Bu qardaşlığın nəticəsi ağır oldu. Belə ki, Biz Azərbaycan Türkləri, Türkiyəli və Güney Azərbaycandakı qardaşlarımızdan qoparıldıq. Dilimiz və dinimiz beynimizdən, ruhumuzdan, könlümüzdən qoparılmağa çalışıldı. Bu siyasətdən ruslar və ermənilər qazanclı çıxdı. Onlar dillərini və dinlərini, qondarma millətlərini bizim torpaqlarımızda yaşatdılar və torpaqılarımızı işğal etdilər. Bu siyasətin sonunda erməni və rus quldurları gücləndilər. O dönəmlərdə tələbə olan müəllimlərimdən Azərbaycan şairi Ə. Əhməd bizlərə bir gün başına gələn bir hadisəni danışdı. Dəyərli müəllimim Ağcabədidən Bakıya oxumağa gəldiyini və Bakının mərkəzində kirayə ev tutduğundan danışdı. Sözü gedən ev isə "padval" adlandırdığımız tipdə yer altında müvəqqəti bir tələbə eviymiş. Ağcabədidə çox yaxşı şəraitdə yaşadığı halda Bakıda tələbə olduğu üçün o evdə qalmağa məcbur olduğundan bəhs etmişdi. O dönəm şairimizin dəyərli anası Bakıya oğlunu ziyarətə gəlir və gördüyü şərait qarşısında təəcüblənir. Beləki, ana oğlunun qaldığı evin bir "padval" olduğu halda yuxarı mərtəbədə bir rus qadının və itinin hündür bir eyvandan şəhəri seyr ediyini görüb üzülür. Yəni Azərbaycan Torpağında ruslar və ermənilər ən gözəl evlərdə yaşayır, onların övladları hər zaman ən yaxşı otamlarda olur, amma Azərbaycan Türkləri "padval"-larda, nəm olmuş evlərdə yaşamalı olur. Şairimizin anası da o dövrdə oğuluna "bu yaşayış deyil, sən bu vəziyyətdə bu evdə qalırsan, yad bir qadın və iti səndən üst qatda və səndən üstün şəraitdə yaşayır deyib üzülür. Bu hadisə ilə bizə müəllimimiz dönəmin gərçəklərini anlatmağa, izah etməyə çalışmışdı. O dönəmin çirkabları bununla da bitmirdi. Sovet vaxtında vəzifəli şəxs olmaq, dövlət qulluğunda işləmək üçün erməni və rus qadınlarla evli olmaq da mütləq idi. Yəni açıq aydın Türk millətinin bütün imkanlarını əlindən alırdılar. Digər tərəfdən hərbi xidmətə gedən türk millətindən olan gənclərə daima yemekxanalarda və ya tikinti yerlərində görəv veririlirdi. Mümkün olduğu qədər silhlardan və hərbi təlimdən uzaq tutulurdular. Bunun səbəbi heç şübhəsiz rusların savaşmağı bacaran türk millətinə qarşı dura bilməyəcəklərini anlamaları idi. Bütün bu imkanları istifadə edən ruslar və ermənilər daha da qudurdular və vətənimizin torpağına sahib çıxmağa niyətləndilər.

    31 mart,20 yanvar,26 fevral .....


    1992-ci il 26 fevral tarixində rus erməni quldurları Türk qanına doymadıqlarını göstərib, yenidən Azərbaycan Türklərinə qarşı soyqırımı etdilər. Bir gecənin içində Xocalıdakı əhalini yox etdilər, qətl etdilər. Ermənilər- ruslar Xocalıda 83 uşaq, 106 qadın və 70 dən çox yaşlı daxil olmaqla 613 nəfəri amansızca, insanlığa sığmayacaq tərzdə işgəncə edərək qətl etmiş və yüzlərlə əsir almışdır. Bu hadisə Türk millətinə qarşı törədilən növbəti soyqırımı idi.
    Sizlərə qısa da olsa 31 mart, 20 yanvar, 26 fevral soyqırımlarından bəhs etdim. Bütün bu tarixi faktlar -dəlillər göstərir ki, ruslar Qafqazda Azərbaycan Türklərinə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bu etnik təmizləmə sırasında özünə xiristian qardaş bildiyi ermənilərin iki dəniz arasında (Xəzər və Qara dəniz) "Böyük Ermənistan" qurmaq xəyalını da həyata keçirməyə çalışırdılar. Türk torpaqlarına erməniləri köçürürdülər. Bütün bu haqsızlıqlara rəğmən bu gün bəziləri ruslarla, ermənilərlə yenidən qaynayıb qarışmağa başlamışlar. Azərbaycan Türk yurdunun sərhədlərini keçən kimi bəziləri gərçəkləri göz ardı edir. Unutmayın erməni quldurları, xirstian -rus qardaşları olmadan biz Azərbaycan Türklərinə qarşı sadaladığımız soyqırımlarını törədə bilməzdilər. Diqqət etdinizsə "soyqırımları "dedim. Bəli bir dəfə deyil, dəfələrlə bizlərə qarşı soyqırımı törətdilər. Bu məqamda məşhur Türkiyəli Türk düşünür, ədib və şair Mehmet Akif Ersoyun bu misralarını xatırlatmaq istəyirəm: " Tarix təkərrürdən ibarətdir deyirlər. Heç ibrət alınsaydı tekerür mü edərdi? " Bu sözlərə diqqət edin, bizə qarşı dəfələrlə soyqırımı edən erməniləri, rusları bağışlayıb yenidən onlarla yaşadığımız üçün yenidən tarix təkrar etdi və onlar yenə bizə qarşı soyqırımı törətdilər. Eyni xətanı təkrarlayarıqsa, yenə bu ermeni məxluqlarının xəyanətinə şahid olarıq! Qisaca saf qan Türk milləti olan biz Azərbaycan Türklərinə qarşı daima qərəzli siyasət yeridən erməni və ruslara qarşı yenidən qardaş münasibəti bəsləmək hər zaman bizlərə həm siyasi, həm mədəni, həm də etnik baxımdan zərər verəcəkdir, necəki daima zərərli olmuşdur. Sizlərə bu yaxınlarda Rusların "genetik balans pozulur və miqrantları ölkəmizdən çıxarırıq" siyasətini xatırlatmaq istərdim. Onların miqrant deyərək ölkədən çixarmağa çalışdığı ( Azərbaycan, Özbək, Qırğız, Tacik )Türklər idi. Ruslar müasir zamanda " faşistliyi " bu bahanə ilə etməyə çalışmışdır. Ama bu siyasət heç də uğurlu olmadı. Çünki " Türklərin ölkədən çixarılması " siyasəti davam etsəydi, Rusiyada sosial həyatda hərəkətlilik olmazdı və həqiqətən bu işçi qüvvənin yox olmasına gətirib çıxarardı. Beləliklə bu siyasətdən məcburən vaz keçməli oldular. Burdan anlayacağınız, əgər əllərində imkan olsa ruslar yenə bizlərə qarşı qərəzli siyasətlərinə açıq aydın davam edərlərdi. Bu səbəbdən bizlər daima ehtiyatli və güclü olamalıyıq. Nə mutlu Türküm deyənə!

    AYNUR TALIBLI.
    İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları Bölümü. Yüksək Lisans.

    Millətləri var edən simvollar və dəyərlər. Türk millətinin millətləşmə problemi.

    Hər millətin onu təcəssüm etdirən bir simvolu, predmeti vardır....

    Dövlət anlayışı

    Dövlət anlayışının, mahiyyətinin fəlsəfi müstəvidə analizi...

    TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ (YENİ GÜN) İLK YAZ

    Türk yurduna, elimizə, obamıza, vətənimizə bahar gəldi. Baharın gəlişi həm təbiəti, həm də ruhumuzu canlandırır....

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı

    Azərbaycan Milliyyətçi Hərəkatının Türkman elində baş verənlərlə bağlı bəyanatı....

    AZƏRİ, YOXSA TÜRK MİLLƏTİ ?!

    Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənir. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir....



© 2017 Milliyyətçi Hərəkat