İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub

    Kategori: Siyasət / Dünya Tarih: 6-04-2017, 12:57
    Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra

    İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub


    İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub


    zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticəsində kimyəvi silahdan istifadə edildiyinin üzə çıxdığını bildirib.



    Xatırladaq ki, İngiltərə, İsrail, Fransa, Amerika, İran və Türkiyə kimyəvi silahdan istifadəni artıq pisləmişdir. BMT-nin təhlükəsizlik toplantısında Rusiya bunun yalan olduğunu bildirmişdir. Amerikanın BMT-dəki təmsilcisi Nikki Haley zəhərlənən uşaqların şəkillərini göstərərək "daha nə qədər uşaq ölməlidir ki, Rusiya məsələnin ciddiliyini etiraf etsin? Biz bütün bunlara gözümüzü yuma bilmərik " deyə çıxış etmişdir. Hal-hazırda BMT ekspertlərinin hesabatı hazırlanmaqdadır.



    Önümüzdəki günlərdə ABŞ prezidenti Donald Trampın Çinli həmkarı ilə görüşləri gözlənilir. Bu görüşdə əsas müzakirələrdən Şimali Koreyanın yeni balnistik raketləri sınaqdan keçirilməsi ilə bağlı olacaqdır. Suriya məsələsinin də müzakirəsi gözləniləndir.

    Təhlükəsizlik şurasının 5 daimi üzvünün hər birinin təsdiqi ilə Suriyaya medaxilə olunacaqdır. Ancaq hələki Fransa, İngiltərə və Amerikanın çağrışlarına Rusiya etiraz etməklə, kimyəvi silahın xlor qazı olmadığını isbat etməyə çalışmışdır.





    Qeyd edək ki, aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb. İdlibə kimyəvi bombaların Suriya, yaxud Rusiya qırıcı təyyarələrindən atıldığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə Han Şeyhun qəsəbəsində silahlıların hərbi anbarının bombalandığını, anbarda kimyəvi silah saxlandığını iddia edib.

    Tramp : ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”

    ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”...

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

    Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib....

    Rusiya Milli Qvardiyasının Şimali Qafqazdakı hərbi hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib

    TASS-a istinadən verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib....

    Rusiya XİN: PKK və PYD terrorist təşkilatı deyil

    Rusiya Xarici İşlər Nazirliyi PKK və PYD -ni terror təşkilatı olaraq saymır....



© 2017 Milliyyətçi Hərəkat