"DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz

    Kategori: Bloq / Siyasət Tarih: 9-04-2017, 03:19
    Tarix yenidən təkrarlanır. Gəlin, keçmişə nəzər salaq:

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz


    > ABŞ, 7 oktyabr 2001-ci ildə Əfqanıstanda hakimiyyətdə olan Taliban qoşunlarına 50 Tomehawk raketi ilə hücuma başladı. Bunun ardından canlı yayımda açıqlama edən prezident Buş, konqresin icazəsi alınmadan bunların edildiyini açıqladı.

    > ABŞ, 7 aprel 2017-ci ildə Suriyada hakimiyyətdə olan Əsəd qoşunlarına 50-dən çox Tomehawk raketləri ilə hücum edir. Bunun ardından canlı yayımda açıqlama edən prezident Trump, konqresin icazəsi alınmadan bunların edildiyini açıqladı.

    > ABŞ və Avropa dairələri Səddam Hüseynin ordusunun və ən əsası da "kimyagər" ləqəbli general Əlinin kürdlərə qarşı kimyəvi bombalardan istifadə etməsini bəhanə edərək, 20 mart 2003-də İraq ərazisinə ordularını yeritdi. Müharibənin sonunda isə burada heç bir kimyəvi silahların tapılmadığını boyunlarına aldılar.

    > 5 aprel 2017-ci ildə İdlib şəhərində kimyəvi bombalardan istifadə edilməsi nəticəsində onlarla insan öldü və zəhərləndi. Qərb dairələri bunun Əsəd tərəfindən edildiyini iddia etsə də, Haşdi-əl Şabi qruplaşması bir neçə YPG-li kürd silahlı ilə birgə ABŞ zabitlərinin bunları planlaşdırması ilə bağlı əllərində sübutlar olduğunu söylədi. Daha sonra isə İŞİD, kimyəvi bombalama aparan naməlum hərbi bazaya hücumunu reallaşdırdı və hücumun kim tərəfindən edildiyi gizli olaraq, qaldı.

    İndi isə əsas məsələyə keçək. ABŞ çox yaxşı bilir ki, Asiyaya nəzarət edən, Avrasiyaya nəzarət etmiş olur. Avrasiyaya nəzarət edən güc isə bütün dünyaya nəzarət edə bilər. 2 dünya müharibəsi də sırf Asiya və ümumilikdə Avrasiyaya nəzarət üzərində olmuşdur. ABŞ isə hegemon dövlət olmasına rəğmən, hələ də Asiyada nəzarəti tam əlinə keçirə bilməyib.
    Asiyada sürətli inkişaf edən dövlətləri bir-bir sıradan çıxaran ABŞ, Yaxın Şərqdəki maraqlarını təmin etmək istəyir.

    Dünyəvi və sosialist sistemlə idarə edilən Yaxın Şərq ölkələrini, sırası ilə İran, Əfqanıstan, İraq, Liviya, Misiri xarabaya çevirməyi bacaran ABŞ, güclənən hər bir şərq ölkəsini əlində tutmaq istəyir. Bütün bunları isə sırf din yolu ilə edir. Çünki, diqqət yetirsək, İranda islam inqilabı, Əfqanıstanda sosialist hökümətə qarşı müharibə edən şəriətçi qruplaşmalar, Səddamın zülmünə düçar olmuş şiələr, moronitlər, süryanilər, kürdlər və türkmanlar, Liviyada hər zaman zülmə məruz qalmış təriqətlər, Misirdə sıxışdırılan müsəlman qardaşları və.s hər zaman ABŞ-ın öz əlində istifadə etdiyi "Marianet kukla" halına gəldi.

    Əsəd isə Suriyada azlıq halında olan şiə məzhəbli Nusayrilər təriqətinə mənsubdur. Nusayrilər Tartus vilayətində yaşayır və hal-hazırda Suriyada müharibə getməyən tək vilayət olaraq, bilinir. ABŞ isə bundan məharətlə istifadə edir və digər məzhəblərin haqqlarının əzilməsini xalq arasında dolayı yolla təbliğatını aparır, xalqı Əsədə qarşı qaldırmağa başlayır. Beləliklə də, Suriyada vətəndaş müharibəsi başlamışdı.

    "DEMOKRATİYA" adı ilə YAXIN ŞƏRQƏ nüfuz


    Rusiya son 30 ildə Yaxın Şərqdəki 5 əsas müttəfiqini Amerikan qartalının caynağından xilas edə bilmədi, amma bu dəfə Suriyanı itirmək istəmir. Çünki, Suriyanı itirmək, Rusiyanın regiondakı əsas dayağının əlindən çıxması anlamına gəlir. Rusiya, Suriya məsələsində Türkiyə və İran ilə birgə koalisiya şəraitində addım atmağı planlamışdı, amma Türkiyənin ikili siyasəti Rusiya tərəfinin bərk narahatlığına səbəb oldu. Rusiya əvvəllər Çin-ə arxalansa da, Çin tərəfi məsələlərə birbaşa müdaxilə etmədi. Lakin, Çin regionda Əsəd rejiminin olmasını dəstəkləyir və gizli də olsa öz silah yardımını edir. Çünki, Çin təkqütblü dünya sistemini, çoxqütblü dünyaya çevirmək və özünü də o sistemdə əsas söz sahiblərindən biri etmək istəyir. Amma bir şeyi də unutmaq lazım deyil ki, ABŞ və Çin arasındakı ticarət dövriyyəsi birinci pillədə gedir. Nə ABŞ, nə də Çin bir-biri ilə açıq mübarizəyə girmək istəmir. Koreya və Suriya məsələsində isə gizli də olsa, Çin ABŞ-a qarşı öz siyasətini yeridir.

    Qərbin dəstəyi ilə hakimiyyətə gələn AKP höküməti, üzərinə düşəni edir və "Böyük Yaxın Şərq Layihəsi"nin reallaşmasında addım-addım irəliləyir.

    Sonda isə həmişəki kimi siyasətin ən məhşur sualını özümüzə verək:

    "Bu kimin işinə yarayır?"

    - Rusiya ilə heç bir zaman açıq mübarizəyə girməyən və aralarında siyasi böhran belə yaranmayan Britaniyaya?
    - ABŞ ilə heç bir vaxt açıq mübarizəyə girməyib, ticarət əlaqələrini hər zaman üst səviyyədə saxlayan amma Koreya və Suriya məsələsində öz gücünü ortaya qoyan Çin-ə?
    - Yoxsa, "demokratiya" adı altında Yaxın Şərqdə öz nüfuzunu yaymağa çalışan ABŞ-a?

    Temuçin Fərid Mirzəli

    Əli Hacızadə Avropanın və ABŞ-ın kürdlərin Kərkükü türkmanlardan qoparmaq cəhdlərinə niyə göz yumduqları haqda

    Son zaman İraqın Kərkük şəhərində türkmanların onu “İraq Kürdüstanının” bir hissə etmək cəhdlərinə qarşı kütləvi etiraz aksiyaları müşahidə olunur....

    ABŞ donanmasının hava zərbələrindən sonra hərbi bazanın ilk görüntüləri yayınlandı

    Birləşmiş Ştatlar Suriya hökumət hədəflərinə qarşı kruiz raketləri ilə zərbələr endirib....

    İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub

    Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin hava zərbəsindən sonra...

    Tramp : ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”

    ”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”...

    ABŞ : "Suriyada Bəşər Əsəd iqtidarını dəyişməyin artıq mənası yoxdur"

    Ağ Evin mətbuat sözcüsü Sean Spicer, bu gün verdiyi brifinqdə,...



© 2017 Milliyyətçi Hərəkat